Fitosanitar nədir
Fitosanitar xidmətlər bitkilərin zərərli orqanizmlərdən mühafizəsi məqsədilə müayinələrin aparılması,
bitki məhsullarından toksikoloji analizlərin götürülməsi, aqrokimyəvi xidmətlərin göstərilməsidir.
Fitosanitar xidmət – Bitkilər həyatın özünün mərkəzindədir. Onlar insanlar və heyvanlar üçün əsas qida mənbəyidir. Bitkilər iqlimi tənzimləməyə kömək edir və yaşadığımız təbii mühitin bir hissəsidir. Kənd təsərrüfatı sektorunda müntəzəm məşğul olan milyonlarla insanlar üçün bitkilər iqtisadiyyatın əsas hissəsidir, iş yeridir. Buna görə də bitki sağlamlığının təmin edilməsi iqtisadi sabitliyi və vətəndaşların rifahını qorumaq üçün vacibdir.
Bitki sağlamlığı geniş bir məfhumdur. Bu, bitkilərin zərərvericilərdən və xəstəliklərdən qorunmasını, iqlim dəyişikliyinin bitkilərin ekosisteminə mənfi təsirlərinin yumşaldılmasını və dünyanın artan əhalisini qidalandırmaq üçün kənd təsərrüfatı sektorunun inkişafını əhatə edir. Bitki sağlamlığının yaxşılaşdırılması üçün bütün səylərin mərkəzində davamlılıq dayanır. Bitkilərin sağlamlığının qorunması üçün onlara davamlı olaraq fitosanitar qulluq edilməlidir.
Fitosanitar xidmətlərə bitkilərin zərərli orqanizmlərdən mühafizəsi məqsədilə müayinələrin aparılması, toksikoloji analizlərin götürülməsi, yoluxmuş bitkilərin karantinə alınması, zərəzvericilərə qarşı mübarizə tədbirləri, dərmanlama, fumiqasiya, aqrokimyəvi xidmətlərin göstərilməsi, gübrələmə, alaq otlarının təmizlənməsi aiddir.
Zərərvericilərə qarşı mübarizə və bitki məhsuldarlığının artırılmasına kimyəvi maddələrin, pestisidlərin düzgün istifadə edilməsi və ətraf mühitə əlavə ziyan vurmadan nail olmaq lazımdır. Zərərvericilərə qarşı mübarizə zamanı təhlükəli kimyəvi maddələrdən imtina etmək ətraf mühiti, eləcə də tozlandırıcıları, zərərvericilərin təbii düşmənlərini, faydalı orqanizmləri, bitkilərlə təmasda olan insanları və heyvanları qoruyur.
Yüksək effektli, sertifikatlaşdırılmış məhsullara və təlim keçmiş peşəkar komandaya malik Sanitariya.az şirkəti aşağıdakı fitosanitar xidmətləri təklif edir:
Ağacların müalicəvi dərmanlanması;
Alaq otlarının kimyəvi məhv edilməsi.
Ağacların müalicəvi dərmanlanması
Zərərvericilər və göbələk xəstəlikləri ağacların inkişafını ləngidir və hətta qurumasına səbəb ola bilər. Fitosanitar dərmanlama ilə ağaclarınızı bu təhlükələrdən qoruyuruq. Xüsusi analizlər əsasında seçilən dərmanlarla müalicə prosesini aparırıq. Ağacların müalicəvi dərmanlanması çox vacib və faydalı prosesdir
Ağacların budanması və qulluq
Düzgün budama ağacların sağlamlığını qoruyur, böyüməsini təşviq edir və zərərvericilərin yayılmasının qarşısını alır. Müntəzəm qulluq isə fitosanitar tədbirlərin əsas hissəsidir. Peşəkar komandamız ağaclarınıza uzunömürlü həyat bəxş edir.
Bitkilərin dərmanlanması
Ev, bağ və park bitkiləri də zərərvericilərin hücumuna məruz qalır. Bitkilərin vaxtında və doğru şəkildə dərmanlanması onların sağlam qalmasını təmin edir. Biz həm kimyəvi, həm də ekoloji dərmanlama üsulları təklif edirik.
Siz də bitkilərinizi və ağaclarınızı qorumaq üçün elə indi müraciət edin.