Məhsullar

İlan tələsi

Sürünənlərlə mübarizədə çox effektiv vasitə olaraq istifadə edilir. Tələyə düşmək üçün yem bazasına  xamyak, bildirçin yumurtası və.s  yerləşdirilərək  ilan cəlb edilir.

ilan telesi
milcek telesi

EFT YAPIŞQANLI MİLÇƏK TƏLƏSİ

Elektrikli və yapışqanlı həşərat tutucu

Məhsuldan ISO və HASP standartlarına əsasən qida istehsalı sahələrində, restoranlarda, otellərdə, marketlərdə, şirniyyat yerlərində milçək və digər uçan həşəratları tutmaq üçün istifadə olunur.
Cihazın içindəki yapışqan lövhələrə ultrabənövşəyi işıq vasitəsilə cəlb edilərək milçəklər yaxalanır.
Yapışqanlı lövhələr orta hesabla 30 gündən bir, lampalar isə 6 aydan bir dəyişdirilməlidir.
Lampalar 6 ay sonra işıq saçsa da ultrabənövşəyi şüası olmadığı üçün milçəkləri cəlb etmir. Cihaz yerdən 2,5 metr yüksəklikdə asılmalıdır.
Qida istehsalı sahələri üçün nəzərdə tutulmuş cihazlarda təhlükəsizlik baxımından teflon örtüklü lampalardan istifadə edilir.

AYAQALTI DEZİNFEKSİYA XALÇASI – PASPAS

Virus və bakteriyaların çoxu ayaqqabılarda yayılır. Onları da dezinfeksiya etmək lazımdır. Bunun üçün xüsusi kiçik xalçadan (paspas) istifadə olunur.

Paspas ayaqqabıda gələn viruslar, bakteriyalar, kif, maya göbələyi və digərlərinə qarşı təsirli vasitədir. Onun üzərinə müəyyən miqdarda xüsusi dezinfeksiyaedici maye tökülür. Mayeni udur. Paspasa ayaq basdıqda maye ayaqqabının altına toxunaraq onu dezinfeksiya edir.

Paspas yumşaqdır və asan yuyulub təmizlənir.

dezinfeksiya xalcasi
metbexlerde yag tutucu

YAĞ TUTUCU

Yağ tutucu cihaz mətbəxinizdə kanalizasiya xətlərini tutulmaqdan qoruyur. Onları vaxtaşırı təmizlədin. Kütləvi müştərilərə xidmət göstərən məkanlarda qab yuma cihazlarında çoxlu miqdarda yağ, piy, tullantı qalıqları yığılır ki, bu da tez-tez kanalizasiya xətlərinin tutulmasına səbəb olur. Bu problemin ən asan yolu Separator-yağ tutucudan istifadə etməkdir. Bu cihaz restoran mətbəxlərində kanalizasiya xəttinə qoşularaq yağların və bərk tullantıların sistemə daxil olmasının qarşısını alır.

Bu avadanlıq sayəsində kanalizasiya sistemi həmişə etibarlı mühafizə altında olur. Ölçüsündən asılı olmayaraq hər bir yağ tutucusunun vaxtaşırı təmizlənməsi lazımdır. Avadanlıqlara qulluq, yağ və mexaniki tullantıların cihazdan  çıxarılmasından ibarətdir. Piy çöküntüsü suda həll olunmayan və təbiətə ciddi ziyan vura bilən IV sinif təhlükəli tullantılara aiddir. Bunun qarşısını almaq üçün mütəmadi olaraq yağ tutucularından istifadə edilməli və yığılan piyin lisenziyalı şirkət tərəfindən lazımi qaydada xüsüsi poliqonda utilizasiyası həyata keçirilməlidir.

Sanitariya.az şirkəti IV sinif tullantıların yığılması və daşınması üçün lisenziyaya malikdir. Biz təmizləyici avadanlıqlar üzrə ixtisaslaşmışıq. IV sinif tullantıların utilizasiyasını ekoloji standartlara uyğun həyata keçiririk və bunun üçün
poliqonla müqaviləmiz də var. Utilizasiya aktları da təqdim edirik.

GƏMİRİCİ YAXALAMA TƏLƏSİ

Gəmiriciləri canlı yaxalamaq üçündür. Kiçik gəmiricilər (siçanlar və s.) üçün nəzərdə tutulub. Siçan içəri daxil olur, qapı özü bağlanır və çölə çıxa bilmir.

Tələnin içinə gəmiricini təhlükəsiz uzaqlaşdırmaq üçün xüsusi yapışqan lövhə yerləşdirilir.

sican telesi
sican ve sicovul telesi

GƏMİRİCİ YEMLƏMƏ MONİTORU

“Monitor” adlanan bu tələ yemləmə üçün nəzərdə tutulmuş qara qutudur. İçərisinə zəhərli qida yerləşdirilir.

Gəmiricilər tələni yuva bilərək içəri daxil olur və zəhərlə təmasda olduğu üçün onunla qidalanıb zəhərlənirlər.

Qəfəsli tələ (gəmirici)

Gəmiricilərin böyük növlərindən olan siçovullara qarşı istifadə edilən effektiv bir tələdir. Estetik görünüşü olmasa belə mübarizə effektivliyi çox yüksəkdir.

Sintuz ( milçək tələsi)

Açıq sahədə milçəklərin təbii qoxu bağlantılarından istifadəsi ilə sintuz tələsinə cəlb olunaraq tələf edilir. Bir tələ 100 m2 ərazini qoruma altına alır. Həmçinin tələnin içində olan qoxu kartriclərinin satışı da var.

EFT üçün teflonlu lampalar

Üzərində xüsusi teflon örtüyü olan lampalardır. Teflon, lampa sındıqda və ya partladıqda ətrafa şüşə qırıntılarının yayılmasının (qida məhsullarının üzərinə düşməsi və.s) qarşısını alır torbanın için hissəsində saxlayır. Bütün növ qida emalı və satış müəssisələrinə tövsiyyə olunur. EFT lampası həm sadə həm də teflonlu ultrabənövşəyi lampalar sayılır. Teflonlu lampalar altı aya öz əsas funksiyasını itirir, buna görə də altı aydan bir dəyişdirilməsi tövsiyyə olunur.

Dezinfeksiya stendi

 

Əl dezinfeksiyası üçün sensorlu dispenser

 

Əl dezinfeksiyası üçün mexaniki dispenser

 

Please enable JavaScript in your browser to complete this form.
Copyright @ 2023 Sanitariya.az