Baca Təmizliyi

Yağlı Baca Təmizliyi

Dəm qazından zəhərlənmələrin
və güclü yanğınların əksəriyyətinin səbəbi bacaların vaxtında
təmizlənməməsidir.

Təmizlənməyən bacadan pis qoxu yaranır. Baca motorlarının elektrik sərfiyyatı artır. Motorlarda tez-tez nasazlıq yaranır. Restoranların, otellərin, xəstəxanaların, məktəblərin, uşaq bağçalarının və s. müəssisələrin mətbəxinin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Yağlı bacalarda toplanmış yağlar yüksək yanma qabiliyyətinə malikdir. Bu da güclü yanğınlara səbəb olur.

Mətbəx plitələri, manqalların, qazanxanaların, binaların, sobaların tüstü
bacaları aylıq və ya rüblük olaraq təmizlənməlidir.

Manqal Bacalarının Təmizliyi

Restoranlarda və digər xidmət sahələrində tüstünün baca vasitəsilə havaya çıxması üçün manqaldan istifadə olunur. Bacanın yükü davamlı olaraq yüksək olduğundan və yanma məhsulları yağlarla birləşdiyi üçün daimi qulluq tələb olunur. Müntəzəm texniki qulluq və təmizliyə laqeyd yanaşmaq bacada çöküntüləri
alovlandıra və yanğına səbəb ola bilər.
Avadanlıqlar tamamilə soyuq halda olduqda təmizlik işinə başlanılır. Əvvəlcə hərtərəfli baxış keçirilir. Tüstü kanalında his və his yığıntıları göründükdə manqal
təmizlənməlidir. Təmizləmə tezliyi manqalın istifadəsinin tezliyindən və intensivliyindən asılıdır.
Vaxtında təmizlənən baca sizi əlavə xərclərdən azad edir. Elektrostatik filterlərin, mühərriklərin sıradan çıxmasının qarşısını alır.

Ventilasiya kanallarının təmizliyi və dezinfeksiyası

Rahat nəfəs almaq sizin də haqqınızdır. Ventilyasiya sistemləri binalarda normal
havalandırmanı həyata keçirir. Havalandırma xətlərində zamanla toplanan toz, nəm bakteriya, viruslar yaradır ki, bu da nəfəsalma nəticəsində insan səhhətinə mənfi təsir göstərir. Havalandırma sistemləri vaxtaşırı  təmizlənməsə havada karbon və digər zərərli qazlar artır. Nəticədə insan özünü pis hiss edir, baş ağrıları, yorğunluq və başqa problemlər yaranır. Sanitariya.az-ın peşəkar əməkdaşları
havalandırma sistemlərini təmizləməklə rahat nəfəs almanıza şərait yaradır.

Bina bacalarının təmizliyi

Binaların tüstü bacaları vaxtaşırı təmizlənmədikdə təbii qaz tam yanmır. Natamam yanma nəticəsində əmələ gələn çirklənmiş qazlar bacaların tıxanmasına səbəb olur.
Tıxanmış baca bir sıra problemlər yaradır. Bu səbəbdən hər il xeyli insan zəhərlənərək ölür. Bu baxımdan baca təmizliyi tez-tez aparılmalıdır.

Binalarda bacaların təmizlənməsi digər bacalarda olduğu kimi çətin və təhlükəlidir. Bu işin peşəkarı olmayan insanların təmizləmə cəhdi qəzaya səbəb ola bilər. Bu xüsusi materiallarla, mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
Bu yolla ola biləcək yanğın və buna bənzər mənfi hadisələrin qarşısı alınır.

Elektrostatik filterlərin
təmizliyi

Qanunvericiliyə əsasən bütün restoranların kabab manqallarında elektrostatik filterlərin quraşdırılması tələb olunur.

Elektrostatik filterlər kabab bişərkən qalxan zərərli tüstünün qarşısını alır, yağ yığılma deposu yaradır. Zərərli tüstünü saxlayır. Havaya yalnız zərərsiz tüstünü buraxır. Vaxtaşırı yağ, his və s. ilə çirklənməyə məruz qalan bu filterlərin təmizlənməsi vacibdir.

Qazanxana Bacalarının Təmizlənməsi

Restoranlarda və digər xidmət sahələrində tüstünün baca vasitəsilə havaya çıxması üçün manqaldan istifadə olunur. Bacanın yükü davamlı olaraq yüksək olduğundan və yanma məhsulları yağlarla birləşdiyi üçün daimi qulluq tələb olunur. Müntəzəm texniki qulluq və təmizliyə laqeyd yanaşmaq bacada çöküntüləri alovlandıra və yanğına səbəb ola bilər.
Avadanlıqlar tamamilə soyuq halda olduqda təmizlik işinə başlanılır. Əvvəlcə hərtərəfli baxış keçirilir. Tüstü kanalında his və his yığıntıları göründükdə manqal
təmizlənməlidir. Təmizləmə tezliyi manqalın istifadəsinin tezliyindən və intensivliyindən asılıdır.

Vaxtında təmizlənən baca sizi əlavə xərclərdən azad edir. Elektrostatik filterlərin, mühərriklərin sıradan çıxmasının qarşısını alır.

Please enable JavaScript in your browser to complete this form.
Ad Soyad

Copyright @ 2023 Sanitariya.az