Tarakanlar (hamam böcəkləri) məktəblərdə, xüsusilə sanitar qovşaqlarında çox yayılır.
Vaxtında qarşısı alınmadıqda sürətlə çoxalan bu həşəratlar şagirdlərin çantasında evlərə gedə bilir.
Bir gecədə çoxlu bala verən tarakanlar evin hər yerini zəbt edə, hətta uşaqların bədəninə belə daraşa bilir.
Gümüş böcəyi probleminin həlli
Gümüş böcəyi adlanan boz rəngli həşərat əsasən isti və nəmlik yerlərdə olur. Hamamda, sanitar qovşaqlarda, qarajlarda, kitabxanalarda və s. yerlərdə daha çox rast gəlinir.
Son zamanlar yeni tikililərdə, eləcə də isti döşəməsi olan mənzillərdə məsələ daha aktualdır. Bu canlılar çox sürətlə çoxalırlar. Dişisi gündə 20 yumurta qoyur.
Gümüş böcəkləri daha çox qida məhsulları, paltar, kağız məmulatlarını sevirlər və onlara zərər verirlər.
Bu həşəratlardan qurtulmağın ən effektiv yolu onlara qarşı dezinseksiya tədbirlərinin aparılmasıdır.
Qarışqa istilasına son
Qarışqalara nə qədər zəhmətkeş deyib rəğbət bəsləsək də yeməyimizin içərisindən çıxanda bir o qədər də iyrənirik.
Mətbəxinizdə bir ədəd qarışqa ilə rastlaşdınızsa, deməli yüzüncü və minincini də görəcəyinizə əmin olun. Çünki bu həşəratlar həmrəydilər. Bir qarışqanın getdiyi yolda buraxdığı izdəki iyini alan digərləri onun ardınca gəlir. Beləliklə məkanınızı qarışqa dəstəsi basır və onlarla bacarmaq heç də asan olmur. Bu kiçik canlılar hətta soyuducunun içinə də yol tapır.
Soyuq havalarda qarışqalar evlər, restoranlar, kafelər və s. kimi qapalı məkanlara köçür və isti şəraitdə aktiv şəkildə çoxalırlar. Həmin məkanlardakı qida məhsullarına daraşaraq onları yeyirlər.
Bitlənmədən qorunma yolları
İnsan bitləri 3 cür olur. Baş, bədən və qasıq bitləri.
Uzunluğu 2 mm-dək olan bu parazitlər qanla
qidalanır. Ömrü 1 aydır.
Dişi bit gündə 5-6 ədəd yumurta (sirkə) qoyur.
Bit 1 həftəyə yumurtadan çıxır.
Bitlər əsasən toplu mühitdə insandan insana keçir. Məktəblər, bağçalar, hərbi hissələr və s. Baş biti uşaqlarda, əsasən də qızlarda daha çox görülür.
Yaxın təmas, daraq, geyimlər, yaylıq, papaq, şərf və digər əşyalarla yayıla bilir.
Saç biti yoluxucu xəstəlik yaymasa da çoxlu qan sormaqla anemiyaya (qan azlığı) səbəb ola bilir.
Bitin dişləməsi, tüpürcəyi və nəcisi dəridə qızartı, qaşıntı, hətta iltihablı yaralar yaradır.
Bədən biti tif və digər yoluxucu xəstəliklərə səbəb olur.
Bitlərdən azad olmaq üçün təkcə
dərmanlanmaqla kifayətlənmək olmaz. Saç
aksesuarları, daraqlar, papaqlar, şərflər, yataq dəsti, paltarlar, dəsmallar, xalçalar, oturacaqların yuxarı hissələri yuyulmalı və təmizlənməlidir. Bütün bu proses bir həftə sonra təkrarlanmalıdır. Qasıq biti adətən qasıqda və qoltuq altında olur. Sinə və üz tüklərində də tapıla bilər. Onlar digər bitlərdən kiçik olur. Ölçüsü 1,5 mm-dir. Açıq qəhvəyi rəngdə olur. 20-40 dərəcə arası temperaturda yumurtlayıb artır
Birələr
Təhlükəli xəstəliklərin mənbəyi
Birələr nöqtə boyda olmasına baxmayaraq, insanlara böyük problemlər yaradan parazitlərdir. Binanın zirzəmisində birə varsa, onların yüksək mərtəbələrə belə yayılacağına əmin olun. Çünki bu parazitlər güclü sıçrayış qabiliyyətinə malikdirlər. Onları tutmaq çox çətindir.
Qırmızımtıl, boz rəngdə olan bu parazitlər yaz-yay aylarında artır. Birələr qanla qidalanır. Beləliklə də bir çox yoluxucu xəstəliklərin daşıyıcısı olurlar.
Heyvanların və quşların üzərində yaşayan birələr onların qanını sorduqdan sonra insanları dişləyir. Bu da qızartı, güclü qaşınma ilə yanaşı, taun, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin ötürülməsinə səbəb olur.
Məkanınızı birələr istila edibsə onlarla özünüz bacara bilməzsiniz. Bunun üçün ixtisaslaşmış qurumlara müraciət etməlisiniz.
Milçəkləri necə yox edək?
Milçəklər 600-dən çox bakteriyanın daşıyıcılarıdır. Onlardan qorunun. Milçəklər sürətlə artan və xəstəlik yayan çox murdar həşəratlardır. Milçəklər əsasən iki qrupa bölünür: ev milçəyi və leş milçəyi.
Növündən asılı olmayaraq bütün milçəklər düşündüyümüzdən daha çox iyrənc həşəratlardır. Onlar çox sayda xəstəliyin
törədicisidir.
Araşdırmalar nəticəsində ev milçəyinin 351, leş milçəyinin isə 316 bakteriya növü daşıdığı aşkar olunub.
Milçək hər şey yeyir. Onlar xəstəlik törədən infeksiyaları ayaqları və qanadları vasitəsilə daşıyır. Zibilliyə, sanitar qovşaqlara qonduqdan sonra ərzaqların, xörəyin,
insanların üzərinə qonaraq bakteriyaları nəql edirlər.
Bu bakteriyaların əksəriyyəti insanları xəstələndirir. Milçəklər bu xəstəliklərə səbəb olur:
– bağırsaq xəstəlikləri
– qan zəhərlənməsi
– sətəlcəm və s.
Agcaqanadlara qarşı mübarizə
Ağcaqanadların istirahətinizi məhv etməyinə imkan verməyin!
Yay fəslinin istirahətini insana haram edən bu həşəratların
sancması azmış kimi, vızıltısı da əsəblərimizə toxunur. İnsanların dincəlmək üçün üz tutduğu dəniz kənarı, bağ evləri, açıq havada restoranlar ağcaqanadların hücum meydanına çevrilir. Bundan əlavə zirzəmisində rütubət olan binalarda ilin bütün fəsillərində
ağcaqanadlarla bacarmaq olmur.
Ağcaqanadlar daha çox isti, küləksiz, rütubətli, bataqlıq yerlərdə olur. Su, gölməçələr ətrafında yaşayır. Onlar yumurtalarını suya yaxın yerdə
qoyurlar.
Erkək ağcaqanadlar bitkilərin şirəsi ilə, dişilər isə qanla
qidalanır. Sancdığı yerə maye buraxır ki, bu da qaşınmaya səbəb olur. Ağcaqanad insanlarla yanaşı, heyvanların da qanını sorur və
onlarda olan xəstəliklərin daşıyıcısına çevrilir. Ağcaqanadlar bir çox xəstəliklərin yayılmasına səbəb olur. Onların sancması nəticəsində insan malyariya, hepatit C, B və s. xəstəliklərə yoluxa bilər.
İlbizlərə qarşı mübarizə
İlbizlər bağlara, kənd təsərrüfatına zərər vuran canlılardır. Əsasən rütubətli havalarda və gecələr üzə çıxan ilbizlər yay və payız aylarında çoxalırlar. 1-3 il arası yaşayırlar.
Mövsüm ərzində bir dişi ilbiz hərəsində 50-yə qədər yumurta olmaqla 8-10 topa qoyur
Əqrəb təhlükəsi ilə mübarizə
Əqrəblərə isti yay günlərində, həyətlərdə, bağlarda tez-tez rast gəlmək olur. Onlar ən çox dəniz kənarı, qumluq, nəm və çox isti yerlərdə yaşayırlar.
İnsan həyatı üçün təhlükəli zəhərə malik olan bu canlıların zəhərinin gücü yaşadığı yerlərə görə dəyişir. Həm də əqrəb nə qədər susuz qalsa, zəhəri bir o qədər qüvvətli olar.
8 ilə qədər ömrü olan bu canlılar bir il ac, susuz yaşaya bilir. Əqrəb zəhəri insanı həm öldürə, həm də iflic edə bilər. Qara və əlvan əqrəblər insan həyatı üçün daha təhlükəli hesab olunur. Ölümlə nəticələnən sancmaların əksəriyyəti qara əqrəblərin payına düşür. Bu əqrəb sancan insanın yaşından, sağlamlıq vəziyyətindən də asılıdır. Həmçinin yaranın insanın hansı orqanına yaxın olması da mühüm rol oynayır.
Evinizdə tarakan varsa, əqrəblərin olması ehtimalı da artır. Çünki, əqrəblər tarakan ovlamağı sevirlər.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC 2017-ci ildən fəaliyyətə başlayıb. Şirkət dezinfeksiya (yoluxucu virus, bakteriya, göbələklər və digər mikroorqanizmlərə qarşı mübarizə tədbirləri), dezinseksiya deratizasiya və digər xidmət sahələri üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir.