Tibbi tullantıların daşınması və utilizasiyası
Tibbi tullantılar xəstəxanalar, poliklinikalar, tədqiqat yerləri, laboratoriyalar və s. tibb müəssisələrində əmələ gələn tullantılardır. Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi müasir dövrdə həm insan sağlamlığı həm də təbiət üçün çox əhəmiyyətli mövzuya çevrilib.
Tibbi tullantıların yarada biləcəyi təhlükələr
Tibbi tullantılar çirklənmiş materiallardır. İnsan və ya heyvanların hissələri, bədən mayeləri də daxil olmaqla virus və bakteriyalarla dolu bu materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu tullantılara açıq əllə toxunmaq olmaz. Onlar adi məişət tullantıları qutusuna atılmamalıdır. Ev şəraitində də tibbi tullantılar varsa, yaxınlıqdakı tibb müəssisələrinə təhvil verilməlidir.
İnsanlarla yanaşı bitki və heyvanlar üçün də çox zərərli olan tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür. Elə tibbi tullantılar var ki, utilizasiya (zərərsizləşdirmək) olunmamış torpağa basdırıldıqda yüz illərlə çürümür və beləliklə yeraltı su hövzələrinə qarışıb ağır yoluxucu xəstəliklər yayır.
Tibbi tullantılar necə idarə olunur?
Tibbi tullantıların idarə edilməsi tibb müəssisələrindən çıxan hər cür məişət, tibbi və təhlükəli tullantıların istehsal edildiyi yerlərdə ayrıca toplanması, daşınması, müvəqqəti saxlanması və utilizasiyası kimi prosesləri əhatə edir.
Tibbi tullantılar onların utilizasiyadan əvvəl toplanması, saxlanması üçün nəzərdə tutulan və təhlükəsiz mühit yaradan zibil qutularına atılır.
Səhiyyə müəssisələrində tibbi tullantılar diqqəti cəlb etmək üçün qırmızı qutulara yığılır. Kəskin deşici tullantılar isə sarı qablara yığılır.
Tibbi tullantıların toplanması zamanı qırmızı rəngli möhkəm polietilen torbalardan istifadə edilir.
Torbaların dörddə üç hissəsi dolduqda ağzı möhkəm bağlanır. Tullantı konteynerlərində utilizasiya sahəsinə daşınır. Torbaların ağzı bağlandıqdan sonra 48 saatdan az bir vaxtda utilizasiya sahəsinə çatdırılmalıdır. Tibbi tullantılar maşınlara yüklənərkən də əl və bədənlə təmas olmamalıdır. Tullantılar utilizasiya sahəsində dərmanlama, yüksək temperaturda yandırılma və bir neçə prosesdən keçərək məhv edilir.
Sanitariya.az şirkəti uzun illərdir tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə zərər vurmadan daşınmasını həyata keçirir. Bu və ya digər xidmətlərimiz haqqında məlumat almaq üçün şirkətimizin verdiyi xidmətlər hissəsinə keçid edə yaxud birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz.