Ağaclara qulluq

Ağaclara qulluq, müalicəvi dərmanlama

Ağacların məhv olmasının qarşısını almaq, təmiz, dərmansız meyvələrlə qidalanmaq üçün  vaxtında dərmanlamaq çox vacibdir.

Ağaclar hansı xəstəliklərə görə dərmanlanmalıdır?

Ağaclarda əsas xəstəliklər funqisid (göbələk), inseksid (həşərat) olur. Bunlar  sırf ağacın üzərindəki göbələklərdir və həşəratlardır. Onlar zərərverici xəstəliklər sayılır. Ağaclar vegetasiya (cücərmə) dövrü başlamamışdan əvvəl dərmanlanarsa, meyvəyə zərərli təsiri olmaz. Vaxtında dərmanlanan ağac yaxşı inkişaf edir. Meyvəsi də gözəl və dadlı olur.

Ağaclar nə vaxt dərmanlanmalıdır?

Ağacların dərmanlanması prosesi meyvəyə zərər yetirmədən həyata keçirilməlidir. Dərmanlama çiçəklənmə dövrü başlamamışdan öncə, yəni fevral ayının əvvəllərindən, ortalarından başlayır. Əvvəlcə funqisid tərkibli preparatlarla dərmanlanır ki, bu da havalar isinməyə başlayarkən ağaclar üzərində göbələklərin yayılmasının qarşısını alır. Bu proses 7-10 gündən bir təkrarlanır. Çiçəklənmə dövründə dərmanlama prosesi dayanır. Bu dövr bitdikdən sonra isə, tumurcuqlar əmələ gələn vaxt, zərurət yarandığı təqdirdə dərmanlama prosesi davam edir.

Ağacların dərmanlanması üçün uyğun hava şəraiti

Ağacların dərmanlanması üçün əlverişli hava şəraiti olmalıdır. Yağıntının  olmaması mütləq şərtdir. Bu zaman dərman preparatları ağaca daha keyfiyyətli təsir göstərir.

Torpağın gübrələnməsi

Torpağın gübrələnməsi ağacların vegetasiya dövrü ərzində, payızda, qışda, ağaclar qış yuxusuna gedən vaxt, inkişafdan dayananda da aparılmalıdır. Bu zaman torpağın strukturu mütləq nəzərə alınmalıdır. Torpaq analizləri verilməlidir. Bakı şəhərində bağlarda, Abşeron yarımadasında meneral gübrələrdən istifadə etmək tövsiyə olunur. Müxtəlif növ meneral gübrələr var. Torpaq analiz edilir, sonra hansı meneral gübrələrdən istifadə edilməsi müəyyənləşir.

Ağaclara peyinin zərəri

İnsanlar torpağa peyin vururlar. Peyinin quru olması vacibdir. Yaş, tam çürüməmiş peyinin tərkibində göbələklər, bakteriyalar olur. Bu da ağacın kökünə zərər verir. Nəticədə xərçəng xəstəliyi yaranır. Ağac şirə buraxmağa başlayır. Onun da sağalması çox çətin və uzun bir prosesdir. Çox vaxt ağac tələf olur və kəsib ərazidən uzaqlaşdırmaq zərurəti yaranır.

Ağac niyə əhənglənir?

Ağacın gövdəsi, torpağa yaxın olan hissəsi ən çox zədələnə bilən yerlərdir. Dırmıq, bel kimi alətlərlə işləyərkən, bu hissələr zədələnə bilir. Zədəli yerlərdə göbələk mikroorqanizmləri və həşəratlar qabığın altına yerləşirlər və ağaca zərər verməyə başlayırlar. Əhəngləndikdə isə həmin zərərvericilər ağacın yuxarı hissəsinə qalxa bilmirlər və zərər vermirlər.

Şirkətimizin əməkdaşları əhəngləməni fərqli üsulla həyata keçirirlər. Əhəngin tərkibinə əlavə mikroelementlər, funqisid tərkibli digər maddələr qatırlar, bu da daha effektiv təsir göstərir.

Əhəngləmənin ildə 2 dəfə aparılması tövsiyə olunur. Birinci fevral-mart aylarında, ikinci dəfə aprel ayında, yağıntılar bitən dövrdə təkrar əhəngləmək lazımdır.

Ağacların budanmasının əhəmiyyəti

Ağaclarda daxilə baxan budaqlar sıx olduqda gövdəyə, orta hissəyə gün şüaları yaxşı düşmür və xəstəliklər baş qaldıra bilir. Ona görə də daxilə baxan budaqlar budanmalıdır ki, ağac fotonlarla (şüa) yaxşı qidalansın. Budandıqdan sonra  funqisid tərkibli preparatlarla  dərmanlama həyata keçirilməlidir ki, budanan nöqtədən ağacın tərkibinə xəstəliklər keçməsin.

Torpaq niyə bellənir?

Torpağın bellənməsinin  ağacın inkişafına müsbət təsiri var. Bellənmiş torpaqdan oksigen ağacın kökünə asanlıqla keçir. Bellənməni mütləq hər il etmək lazımdır. Ağacın ətrafında ot olmamalıdır. Qazonla ağacın arasında torpaq sərhədi olmalıdır. Qazon birbaşa ağacın altına gedərsə, torpaqdakı faydalı elementləri özü üçün mənimsəyir. Ağacın kökü qidalana bilmir. Qeyd olunan proseslər mütəxəssis tövsiyyəsidir və hamı vaxtında və doğru bu işləri həyata keçirə bilmir. Ona görə də şirkətimiz fitosanitar xidmət işini yüksək peşəkarlıqla həyata keçirir.

Ağacların müalicəvi dərmanlanması, əhənglənməsiağaclara qulluq üçün bizə müraciət edə bilərsiniz.

Related Blog