Müştərilərinizi siçanlara görə qaçırmayın
Təsəvvür edin ki, restoranınızda əyləşən müştəriniz süfrə başında siçan görür. Bütün iştahası qaçır. Eləcə də müştəriniz həmişəlik qaçır. Bu da sizin
qazancınızı itirməyinizə səbəb olur.
Süfrədə siçan görmək həmişəlik yaddaqalan, xatırladıqca iyrəndiyimiz bir mənzərədir. Hələ bu arzuolunmaz “qonaq”ların toxunduğu hissələrdə yarada biləcəyi xəstəliklər bir ayrı mövzudur.
Soyuq havalarda özlərinə isti və ərzaqla bol mühit axtaran bu “kirayəşinlər” evlərin, ofislərin, restoran və kafelərin zirzəmilərini hədəf seçirlər. Oradan da imkan tapan kimi içəri daxil olurlar.
Siçanlar istənilən məhsulu yeyirlər. Bütün ərzaqları, yun tərkibli paltarları, yorğan-döşəkləri, plastik, rezin, taxta məmulatları, sabun, şam, yapışqan və s.
Siçanlar hər yeri nəcis və sidiklə çirkləndirir, çoxlu bakteriya, patogenlər buraxır. Beləliklə də bağırsaq infeksiyaları, taun, vərəm, hərarət, quduzluq və s. xəstəliklərin yaranmasına səbəb olur.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC 2017-ci ildən fəaliyyətə başlayıb. Şirkət dezinfeksiya (yoluxucu virus, bakteriya, göbələklər və digər mikroorqanizmlərə qarşı mübarizə tədbirləri), dezinseksiya deratizasiya və digər xidmət sahələri üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir.
Automated page speed optimizations for fast site performance