Fitosanitar xidmət

Bitkilərin normal inkişafı və məhsuldarlığı üçün onlara fitosanitar qulluq edilməlidir.
Fitosanitar xidmətlər bitkilərin zərərli orqanizmlərdən mühafizəsi məqsədilə müayinələrin aparılması,
bitki məhsullarından toksikoloji analizlərin götürülməsi, aqrokimyəvi xidmətlərin göstərilməsidir.

Fumiqasiya

Xəstəlik törədən mikroorqanizmlər parniklərdə becərilən bitkilərə zərər verir. Parnikləri
zərərvericilərdən xilas etməyin effektiv yollarından biri fumiqasiya üsuludur.
Fumiqasiya zəhərli buxar və qazlarla aparılan mübarizə metodudur.
Buxar və qaz istənilən yerə, hətta ən kiçik çatlara da nüfuz edə bilir. Kiçik böcəklər və həşəratlar belə yerlərdə gizlənirlər və onları orada başqa
vasitələrlə məhv etmək çətindir.

Alaq otlarına qarşı dərmanlama

Bağçalarda, həyətyanı sahələrdə, restoranların
həyətlərində alaq otları bitir. Ərazinin görünüşünə xələl
gətirməklə yanaşı, becərilən gül-çiçəyin, ağacların və digər
bitkilərin normal inkişafına mane olur.
Arzuolunmaz bitki örtüyü çox sürətlə böyüyür və geniş
əraziləri tutur. Alaq otlarına qarşı mübarizədə ən yaxşı vasitə herbisidlərdən istifadədir. Herbisidlər kimyəvi məhv edicilərdir.  Herbisidlər necə tətbiq edilir?
Alaq otları torpaq üzərinə çıxmazdan öncə dərmanlama.
Alaq otları torpağın səthinə çıxandan sonra dərmanlama.
Herbisidlər alaq otlarını öldürür, mədəni bitkiyə isə zərər vermir.

Ağacların müalicəvi dərmanlanması

Ağacların sağlam olması və məhsuldarlığın artması üçün onlara fitosanitar qulluq edilməsi, eləcə də vaxtında dərmanlanması vacibdir. Əks halda məhsulun əksər hissəsi zərərverici həşəratların təsirindən yararsız hala düşür. Hətta ağacların quruması da baş verər.
Ağac qabığının altında və çatlarda qışlayan böcəklər və onların sürfələri gizlənə bilir.
Yaz gəldikdə çoxsaylı zərərvericilər canlanır. İstiliyin artması bakteriyaları, virusları, göbələkləri aktivləşdirir.
Ağacların qönçələri oyanmamış maksimum dozada kimyəvi maddələrdən istifadə etmək olar. Çiçəkləndikdən sonra isə arılar və digər faydalı tozlayıcı həşəratların zərər görməməsi üçün digər dərmanlardan istifadə olunur.
Əməkdaşlarımız ağacların dərmanlanmasını insanların və digər bitkilərin zərər görməməsi üçün keyfiyyətli məhsullarla həyata keçirirlər.

Please enable JavaScript in your browser to complete this form.
Ad Soyad

Copyright @ 2023 Sanitariya.az