Dezinfeksiya xidməti

Sanitariya şirkəti artıq 5 ildən çoxdur ki, həm fərdi şəxslər həm də korporativ şirkətlər üçün dezinfeksiya xidməti işlərini yüksək səviyyədə həyata keçirir. Müştərilərimizdən aldığımız müsbət geridönüşlər dezinfeksiya xidmətində də ön sıralarda olduğumuzu göstərir.

Dezinfeksiya xidmətinin əhəmiyyəti nədir?

İnsanın sağlam yaşaması və fəaliyyəti üçün təmiz mühit lazımdır. Lakin bizi gözlə görmədiyimiz milyonlarla kiçik mikroorqanizmlər-bakteriyalar, viruslar, əhatə edir. Bunlar da insanda bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Xəstəlik törədən mikroorqanizmləri zərərsizləşdirməyin effektiv üsulu dezinfeksiyadır. Dezinfeksiya xəstəlik törədicisinin yoluxma yollarını, infeksiya mənbəyini məhv edərək aradan qaldırır.

Viruslar əsasən insanların gur toplaşdığı məkanlarda geniş yayılır. İri marketlər, bazarlar, kafe-restoranlar, otellər, məktəblər, tibb müəssisələri, toy, ziyafət, mərasim evləri, insanların daha gur olduğu hərəkətli yerlərdir.
Məkanların dezinfeksiyası müştərilərin sağlamlığına xidmət edir. Bu da bilavasitə məkanın müştərilərinin azalmaması, əksinə artması deməkdir.
Dezinfeksiya işləri aparıldıqdan 2-3 saat sonra məkanı havalandırmaqla normal iş rejiminə davam edə bilərsiniz. Yuxarıda qeyd olunanları nəzərə alaraq dezinfeksiya xidmətinin çox vacib əhəmiyyət daşıdığını deyə bilərik.

IMG_9449 (2)

Göbələk dezinfeksiyası xidməti

Ağacların sağlam olması və
məhsuldarlığın artması üçün onlara fitosanitar qulluq
edilməsi, eləcə də vaxtında
dərmanlanması vacibdir. Əks halda məhsulun əksər hissəsi zərərverici həşəratların təsirindən yararsız hala düşür. Hətta ağacların quruması da baş verər. Ağac qabığının altında və çatlarda qışlayan böcəklər və onların sürfələri gizlənə bilir. Yaz gəldikdə çoxsaylı zərərvericilər canlanır. İstiliyin artması bakteriyaları, virusları, göbələkləri aktivləşdirir.

Pest Control

Ozon dezinfeksiyası xidməti

Viruslar, bakteriyalar, göbələklər, toz gənələri, allergenləri və kif kimi zərərli patogenləri
zərərsizləşdirmək üçün effektiv üsullardan biri də ozonla dezinfeksiyadır.

Kimyəvi qatqısız, sürətli ozon qazı ilə dezinfeksiya digərlərindən daha yaxşı nəticələr verir. Təbii üsul olaraq ekoloji cəhətdən təmizdir və canlılar üçün tamamilə təhlükəsizdir. Ozon dezinfeksiyası ən çətin künclərə də çatır.

İstehsal müəssisələrində ozonloma qida
məhsullarının daxili sahəsində, səthlərdə,
cihazların əlçatmaz yerlərində və havada olan bakteriyaları, kif göbələyini məhv edir, məhsulların daxilinə nüfuz etməsinə imkan vermir.

Ölkəmizdə pest kontrol tədbirləri Azərbaycan Respublikasında qüvvədə olan
qanunvericilik və normativ bazaya uyğun olaraq həyata keçirilir

Please enable JavaScript in your browser to complete this form.

Copyright @ 2023 Sanitariya.az