Siyasət
![]() | TƏSDİQ EDİRƏM “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin Direktoru _______ Həsənzadə Fuad “04” sentyabr 2023-cü il |
KEYFİYYƏT, EKOLOGİYA, SAĞLAMLIĞIN QORUNMASI VƏ ƏMƏYIN TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ SİYASƏT
“Sanitariya Epidemioloji Xidmətlər” MMC – fəaliyyətini korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirən vahid bir missiya, məqsəd və vəzifələr sistemi ilə birləşən bir şirkətdir.
Şirkətin missiyası – müştərinin ehtiyac və hədəflərindən asılı olmayaraq, müştəri təşkilatının ölçüsü və quruluşundan, istehsal olunan məhsul və göstərilən xidmətlərdən, istifadə olunan təhlükəsizlik tələblərindən, funksiyalarından və təşkilati proseslərindən asılı olmayaraq, lisenziyalarına müvafiq olaraq ölkə daxilində özəl tibb fəaliyyəti; epidemiologiya, dezinfeksiya, dezinseksiya, deratizasiya və təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması sahəsində xidmətlər göstərməkdir.
Şirkətin işçiləri öz səriştələrini və təcrübələrini daim artıran bir mütəxəssis komandasıdır.
Şirkətin idarəetmə sistemi qarşıya qoyulmuş hədəflərə çatmaq, məxfiliyi, bütövlüyü, risklərin idarə edilməsi və imkanlarını həyata keçirilməsi proseslərinin düzgün idarə olunduğuna maraqlı tərəflərin əmin olmasına və inamını təmin etmək yolu ilə bütün maddi və qeyri-maddi aktivlərdən istifadə imkanlarını qorumağa yönəlmişdir.
1. ƏSAS ORIENTİRLƏR
1. Müştəri / istehlakçı və onun maraqları,
2. Peşəkarlıq, təlim-təhsil, bilik mübadiləsi, səriştəlilik və məsuliyyət,
3. Şəffaflıq və məxfilik,
4. İdarəetmə prinsiplərinin obyektivliyi və universallığı,
5. Dürüstlük və uzunmüddətli tərəfdaşlıq,
6. Komanda ruhu və fərdi yanaşma,
7. Təşəbbüs, yenilik və mükəmməlliyə bağlılıq.
Şirkət Azərbaycan Respublikasının Konstitusiyası, mövcud qanunvericilik və digər normativ hüquqi aktlara, şirkətin fəaliyyətini tənzimləyən beynəlxalq və dövlət standartlarına uyğun olaraq, şirkətin nizamnaməsi, bu siyasət və missiya əsasında fəaliyyət göstərir.
2. ŞİRKƏTİN ƏSAS MƏQSƏDLƏRİ
İstehlakçıların tələblərinə, müqavilə tələblərinə, tətbiq olunan qanunvericilik və digər normativ hüquqi, nizamlayıcı və tənzimləyici tələblərə cavab verən yüksək ixtisaslı xidmətlər göstərmək.
Keyfiyyət, ekologiya, sağlamlığın və əməyin təhlükəsizliyi menecment sistemlərinin tətbiqi, ümumi fəaliyyətinin yaxşılaşdırılmasına kömək edə biləcək və davamlı inkişaf təşəbbüsləri üçün möhkəm zəmin yarada biləcək sistem qurmaq.
Ətraf mühit, cəmiyyət və iqtisadiyyat arasında bir tarazlığın yaradılması, davamlı inkişaf, şəffaflıq və hesabatlılıqla əlaqəli sosial gözləntilər təşkilatda ekoloji menecment sistemlərinin tətbiqi yolu ilə və davamlı inkişaf məqsədi ilə ətraf mühitin idarə edilməsinə sistematik bir yanaşma tətbiq etmək.
SƏTƏMM qaydalarına əməl edilməsini, sağlamlıqla və təhlükəsizliklə bağlı rol, öhdəlik və məsuliyyəti dərk etmək, iş yerlərində, gündəlik həyatda baş verə biləcək təhlükələrin müəyyənləşdirilməsi, ehtimal olunan risklərin praktik cəhətdən aşağı salmaq və təhlükəsiz iş mühitinin formalaşmasını həyata keçirmək.
3. ŞİRKƏTİN FƏALİYYƏTİN ƏSAS YÖNLƏRİ
Ölkə daxilində özəl tibb fəaliyyəti; epidemiologiya, dezinfeksiya, dezinseksiya, deratizasiya və təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması.
4. ŞİRKƏTİN MENECMENTİNİN ƏSAS PRİNSİPLƏRİ
İnkişaf strategiyası ilə əlaqəli və idarəetmənin effektivliyinə təsir edən konteksti, xarici və daxili amilləri, şərtləri anlamaq.
Proses yanaşma prinsipi, prosesləri və onların qarşılıqlı təsirlərini planlaşdırmağa, proseslərin tələb olunan mənbələrlə təmin olunmasına və dəyişiklikləri idarə etməyə imkanlar yaratmaq.
Risk menecmenti prinsipinə əsaslanaraq fəaliyyətin səmərəliliyinə təsir edən amilləri müəyyən etmək, fəaliyyət göstəricilərini qiymətləndirmək və təhlil etmək, bu göstəricilərin qiymətləndirilməsini müəyyənləşdirmək, riskləri idarə etmək və imkanları reallaşdırmaq üçün tədbirləri planlaşdırmağa imkanlar yaratmaq.
Tələblərin fasiləsiz yerinə yetirilməsi, bütün maraqlı tərəflərin gələcək ehtiyac və gözləntilərinin qabaqcadan nəzərə alınması metod və prinsipinə əsaslanaraq şirkətə müasir iş gerçəkliklərini qarşılamağa imkan yaratmaq.
5. ƏLDƏ ETMƏK HÜQUQU
Hazırki siyasət işçi heyətə çatdırılır, başa düşüləndir və təşkilat daxilində tətbiq olunur.
Dərc edilmiş siyasətin elektron versiyası ən son redaksiyadır və bütün istifadəçilər üçün əlçatandır.
6. MƏSULİYYƏT
Bu Siyasət lazımi qaydada nəzərdən keçirilmiş, razılaşdırılmış, qəbul edilmiş və təsdiq edilmişdir.
Cəmiyyətin bütün işçiləri bu sənəddə əks olunan tələbləri bilirlər və onlara ciddi əməl etməyə borcludurlar.
Bu qaydaları pozduğu aşkarlanan hər hansı bir işçi, işinə xitam verilməsinə qədər intizam məsuliyyətinə cəlb edilə bilər.
Şirkət rəhbərliyi bu sənədi təsdiq edərək bu Siyasətin icrasına nəzarət məsuliyyətini özündə saxlayır.