Korporativ Təmizlik

Divan, kreslo,stul təmizləmə

Yumşaq mebellər (kreslo, divan, stul) daimi istifadə olunduğu üçün tez çirklənir. Çirki, tozu, məkanda olan nəmliyi özünə çəkir. Kresloların və divanların rəngi
dəyişir. Həm estetik, həm də gigiyenik cəhətdən arzuolunmaz mühit yaranır. Bu da onların təmizlənməsini vacib edir. Problemin yerindəcə həll olunması bir başqa rahatlıqdır.

Şirkətimiz yumşaq mebellərin təmizliyini yerindəcə həyata keçirir. Mebellərin təmizlənməsi prosesi bitdikdən sonra iki mühərrikli vakuum avadanlığı ilə qurudulur.

kreslo təmizliyi

Matras Təmizliyi

Rahat və təmiz yataq yuxunun
keyfiyyətinə təsir edən əsas
amillərdəndir. Ona görə də matras və yatağın təmizliyi daim diqqət
mərkəzində olmalıdır.

Matraslar toz, kir və qoxuları udmaq qabiliyyətinə malikdir.
Şirkətimiz matras və yatağın kimyəvi təmizliyini yerindəcə həyata keçirir.

Bəzən parçadan asılı olaraq bəzi ləkələr tam getməyə bilər. Bu sizi
narahat etməsin. Yatağınızda olan və insan sağlamlığına mənfi təsir göstərən çoxsaylı yataq gənələri və digər zərərli mikroorqanizmləri gözlə görsəniz, ləkə heç yadınıza düşməz. Ən əsası odur ki, yatağınız gigiyenik baxımdan təmizdir.

PƏRDƏ, JALÜZ təmizliyi

Pərdələr məkanın yaraşığıdır. Zərif və təmiz pərdələr isə interyerin gözəlliyinə gözəllik qatır. Bunun üçün pərdə və jalüzlərin
təmizliyi diqqət mərkəzində olmalıdır. Məlumdur ki, pərdələr vaxtaşırı tozlanır və
çirklənir.

Jalüzlərin təmizlənməsi daha çətindir. Sanitariya Epidemioloji Xidmətlər MMC
evlərdə, restoranlarda, otellərdə, tibb, tədris və digər müəssisələrdə bütün növ pərdə və jalüzlərin təmizlənməsi xidmətini həyata keçirir. Bizim özəlliyimiz təmizliyi yerindəcə etməyimizdir.

Kafel, metlax təmizləmə

Kafel və metlaxlar müxtəlif
səbəblərdən tez-tez çirklənməyə məruz qalır. Üzərinə su, yağ və digər ləkələr düşür. Kafellərin aralıqları zaman keçdikcə qaralmağa başlayır. Nəm yerlərdə bu aralıqlarda göbələklər yığılır. Həmçinin təmirdən sonra müxtəlif ləkələr yaranır.

Şirkətimiz içtimai hamamlar, fitnes-idman zallarının sanitar qovşaqları və duşları, klinikalarda əməliyyat otaqları, sanitar qovşaqları, restoran və otellərin mətbəxləri və s. məkanların kafel və metlax hissələrində təmizlik və dezinfeksiya işləri həyata keçirir.

Alpinist şüşə təmizliyi

Fasad şüşələri binaların xarici görkəmində mühüm əhəmiyyət kəsb edən hissədir. Bu baxımdan şüşələrin təmizliyi xüsusi önəm daşıyır. Şüşələr toz, yağıntı və s. amillərin
təsirindən vaxtaşırı çirklənir.

Məlumdur ki, çoxmərtəbəli binaların çöldən təmizliyi çox çətin və təhlükəlidir.
Şirkətimizin peşəkar komandası xüsusi avadanlıq və alpinist qurğuları
vasitəsilə hündürlüyündən asılı olmayaraq bütün binaların, eləcə də fərdi evlərin fasadlarının təmizliyini həyata keçirir. Təmizliyə binaların daxili və fasad pəncərələri, çərçivələr və digər hissələri daxildir. Şüşələrinizin təmizliyi bizlik, dünyaya şəffaf aynadan baxmaq sizlikdir.

Navalça təmizliyi

Payızın gəlişi, leysan yağışların və dolunun yağması navalçaların təmizlənməsi işini yenidən gündəmə gətirir. Navalçalar yağıntı sularını binaların divarlarından və bünövrəsindən uzaqlaşdırır və divarları rütubətdən qoruyur. Binalarda navalça xətləri damdan başlayır və binanın künclərindən aşağı enir. Navalça borularında otlar, mamırlar, yosunlar bitir. Quşlar yuva qurmaq üçün dimdiklərində çör – çöp atırlar. Yaxud yuva qururlar.  Quşlar dimdiklərindən sümük və digər qida hissəcikləri də atırlar. Eləcə də quşların nəcisi, küləyin gətirdiyi yarpaqlar, toz – torpaq və s. boruların tıxanmasına səbəb olur. Bəzən qarğalar qozları sındırıb yemək üçün yuxarıdan damın üstünə atır. Bunlar da yağış axınının qarşısını kəsir. Həmçinin insanlar tərəfindən binanın damına yad əşyalar da atılır. Navalça borularında yaranan problemlər əsasən yağıntı yağanda fərq edilir.

Güclü yağış zamanı sular tıxanmış borudan tez axa bilmir və daşır. Bu, su sızmasına səbəb ola bilər. Sızma binanın daxilinə nüfuz edərək nəmlik, eləcə də kif göbələyinin yaranmasına şərait yaradır.

Navalca temizliyi

Please enable JavaScript in your browser to complete this form.
Ad Soyad

Xidmətlər

Copyright @ 2023 Sanitariya.az