Su Anbarı Təmizliyi

Su dispenserinin təmizliyi və dezinfeksiyası

Su dispenserinin təmizliyi suyun keyfiyyətinə təsir göstərir. Bu sudan içən insanların səhhətinə də təsir edir Su əməliyyatı zamanı cihazın daxilində çox sayda bakteriya toplanır. Bu, xüsusilə aşağı keyfiyyətli sudan və ya dispenserdən istifadə qaydalarına düzgün əməl etmədikdə baş verir. Dispenserlər ən azı altı ayda bir dəfə təmizlənməli, dezinfeksiya olunmalıdır.

Daxili səthləri kirəc əleyhinə xüsusi vasitə ilə işlənməlidir. Cihazın su ilə
təmasda olan bütün hissələri xüsusi məhlulla dezinfeksiya olunmalıdır. Daxili hissələri ozonlaşdırılmalıdır. Xarici səthləri yuyucu vasitə ilə
yuyulmalı və dezinfeksiya olunmalıdır.

İçdiyiniz suyun təmizliyinə arxayın olmaq üçün şirkətimizlə əlaqə saxlayın.

Su Borularının Dezinfeksiyası

Məişətdə içməli su sistemləri mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Evinizdə, restoranınızda və digər məkanlarda yeni su boruları quraşdırılıbsa, yaxud da mövcud borular təmir olunubsa, istismara verilməzdən əvvəl onların daxilində sanitarizasiya üçün dezinfeksiya işləri aparılmalıdır.

İşə başlamazdan əvvəl boru kəməri quraşdırma prosesi zamanı əmələ gələn çirkləndiricilərdən və təsadüfi yad obyektlərdən təmizlənməlidir. Su çəni varsa dezinfeksiya əvvəlcə çəndən başlamalıdır.
Su çəni təmizləndikdən sonra müəyyən sürətlə dezinfeksiyaedici məhlullar bütün qurğulara ötürülür. Daha sonra bütün kranlardan təmiz su gələnə qədər orta hesabla 5 dəqiqə su axıdılır. Təmizləndikdən sonra qurğularda olan bütün bakteriya və sporlar məhv olur. Sağlam su istifadəsi üçün su sisteminin təmizlənməsi 6 ayda, ən az ildə bir dəfə aparılmalıdır.

 

Su çəni təmizliyi

Keyfiyyətli İçməli Su Təmiz Çəndən Keçir – İçməli suyun keyfiyyətini qorumaq üçün su çənlərini təmiz saxlamaq l azımdır.
Suyun çirklənməsinin qarşısını almaq üçün müəyyən bir müddətdən sonra çənlər dezinfeksiya olunub, yuyulmalıdır.
Üç gündən çox müddətdə çəndə qalan içməli suyu boşaltmaq lazımdır.

Dezinfeksiya çən tam boşaldıqdan sonra həyata keçirilir.
Klapanları və birləşmə elementləri birləşmədən əvvəl dezinfeksiya edilir.
Yeni çən də istifadəyə verilməzdən əvvəl dezinfeksiya edilir, sonra maksimum təzyiqli su ilə yuyulur.

su çənlərinin təmizlənməsi

Bağlarda hovuzların təmizlənməsi

İstirahət və idman üçün önəmli məkan olan hovuzlar həm üzmək, çimmək, həm də estetik görünüş baxımından rahatlıq gətirir. Onların təmizliyi sağlamlığımız üçün çox önəmlidir. Məlumdur ki, durğun suda bakteriyalar toplaşır. Bu da hovuzlarda əsasən kafellərin arasında yığılır. Həmçinin yosunlar da əmələ gəlir.
Üzmə zamanı suya ölü dəri hissəcikləri, saç, tər, kosmetika qalıqları və s. tökülür. Buna küləyin hovuza gətirdiyi zibillər də qoşulur. Gigiyenik cəhətdən çirkli bir çimərlik mühiti yaranır. Bu da yoluxucu xəstəliklərə səbəb olur.
Çirkli su tez bir zamanda hovuzdakı avadanlıqları da sıradan çıxara bilir.
Bu problemlərlə üzləşmək istəmirsinizsə, bizimlə əlaqə saxlayın. Biz işimizi insan sağlamlığına zərəri olmayan vasitələrlə edirik.

Fontanlarin Təmizlənməsi

Fontanların verdiyi estetik zövq və sərinlik insanı özünə cəlb edir. Ancaq düzgün qulluq edilmədikdə, zaman keçdikcə fontanın qabının
və struktur elementlərinin səthində müxtəlif növ çöküntülər əmələ gəlir və su, hətta yaxşı filtrlərlə də çirklənir, sağlamlıq üçün təhlükəli olan mikroorqanizmlər orada aktiv şəkildə çoxalmağa başlayır və  xoşagəlməz qoxular yaranır.

Fontanların istismarı zamanı onların kasasının, suyun təmizlənməsi, filtrasiya sisteminin yuyulması, xüsusi fontan avadanlığının xarici
çirkləndiricilərdən (çubuqlar, kir, yarpaqlar), duz çöküntülərindən, kif, pas, mikroorqanizmlərdən təmizlənməsi üçün profilaktik qulluq təmin edilməlidir.

Şirkətimiz fontanları peşəkar yuyucu vasitələrdən və müasir
avadanlıqlardan istifadə edərək, suyun təmiz və şəffaf saxlanmasına, eləcə də ümumi təravət ab-havasının yaradılmasına imkan verən peşəkar təmizlik işlərini həyata keçirir.

fontanlarin təmizlənməsi

Please enable JavaScript in your browser to complete this form.

Copyright @ 2023 Sanitariya.az