Dekorativ ağaclardan bəzək və kölgəlik üçün istifadə olunur. Hər bir ərazinin iqlim xüsusiyyətinə uyğun dekorativ ağacları olur. Abşeron yarımadasında da bağlarda dekorativ ağaclar əkilib, becərilir. Müəyyən bir vaxt çatanda, ağaclar xəstəlik tutur və tələf olur. Dekorativ ağaclara qulluq da meyvə ağaclarından fərqli olur.
Ağaclarda göbələk xəstəliyi necə yaranır?
Dekorativ ağaclarda daha çox göbələk xəstəliklərinə rast gəlinir. Bu ağ rəngdə olan kiçik topalardır. Göbələyin yaranma səbəbi nədir? Daimi təmiz və yaşıl qalması üçün bağbanlar və ev sahibləri ağacın üzərini su ilə yuyurlar. Ağac kölgəlikdə qalır, nəmlik olur. Beləliklə, göbələk xəstəliyi əmələ gəlir. Göbələyə qarşı ağac funqisid preparatlarla dərmanlanır. Bu prosesləri mütəmadi etmək vacibdir. 7-14 gündən bir təkrarlamaq lazımdır. Çünki dekorativ ağaclar həmişə yaşıl olur. Ona görə də təmiz olması üçün daimi yuyulur. Müntəzəm olaraq dərmanlanmalıdır ki, nəmlikdən göbələklər yayılmasın.
Ağacların qələmləri niyə tələf olur?
Dekorativ ağaclarda digər bir problem qələmlərin tələf olmasıdır. Bu mikroelement çatışmazlığından baş verir. Əsasən də küknar ağaclarında daha çox rast gəlinir.
Ağacları necə müalicə edirik?
Şirkətimizin əməkdaşları ağaclara baxış keçirirlər. Sonra hansı preparatlardan istifadə olunacağını müəyyən edirlər. Dərmanlama aparılır. Ev sahibləri və bağbanlara ağaclara hansı qaydada qulluq etməli olduqlarını tövsiyə edirlər. Lazım gəldikdə telefon əlaqəsi ilə də məsləhət verilir. İstər dekorativ ağaclar, istər sə də meyvə ağaclarına qulluq ilə bağlı fəaliyyəti professional şəkildə həyata keçiririk.
Quyu suyunun zərəri
Ağaclar çox vaxt quyu suyu ilə sulanır. Quyu sularının tərkibi yoxlanılmalıdır. Çünki suyun tərkibində qələvilik normadan artıq və ya az olur. Belə olduqda ağaca öz zərərini verir. Ağacda quruma prosesi başlayır. Belə olduqda mikroelementlərlə işlənir. Mikroelementlər su ilə qarışdırılaraq ağac sulanır. Bu da xəstəliyin qarşısını alır.
Ağacları sıx əkməyin
Aralarında məsafə az olduqda da ağaclar inkişafdan qalır. Sıx əkilərsə, kiçik ağaclar böyüklərin arasında böyüyə bilmir. Çünki günün şüası onları tutmur və kölgədə qalır, inkişafı dayanır. Ona görə də ağacları bir-birindən aralı əkmək lazımdır.
Dekorativ ağaclara qulluq ilə bağlı tam videoya bax: