Tibbi tullantılar nədir? Tibbi tullantılar xəstəxanalar, poliklinikalar, tədqiqat yerləri, laboratoriyalar və s. tibb müəssisələrində əmələ gələn tullantılardır. Tibbi tullantılar epidemioloji, toksikoloji, radiasiya dərəcəsinə, həmçinin ətraf mühitə mənfi təsirinə görə 4 sinfə bölünür: A sinfi (təhlükəsiz) Yoluxucu xəstəliklər və vərəm əleyhinə müəssisələr istisna olmaqla, habelə pasiyentlərin bioloji mayeləri ilə təmasda olmayan, digər səhiyyə ocaqlarının qida tullantıları, […]
