Dezinseksiya qapalı və açıq məkanlarda müxtəlif növ zərərverici həşəratların (ağcaqanad, milçək, tarakan, qarışqa, bit, birə, gümüş böcəyi, gənə, qurdlar, yataq böcəkləri, güvələr və.s) məhv edilməsi tədbirləridir. Zərərverici həşəratlar insanlar (tibbi dezinseksiya) və heyvanlar arasında (baytarlıq dezinseksiyası) yoluxucu xəstəliklərin (malyariya, səpkili və qayıdan yatalaq, gənə borreliozu, ensefalit, zika, bağırsaq infeksiyaları, dizenteriya, qarın yatalağı, astma, dermatit, allergik […]
Birələrin əlamətləri Evinizdə, özünüzün, ev heyvanlarınızın üstündə sıçrayan qara nöqtələr varsa, ev heyvanınız şiddətli qaşınırsa, öz ayaqlarınızda qızartı və şiddətli qaşınma varsa, deməli birələrlə yoluxmusunuz. Birələr kiçik ölçülü (növündən asılı olaraq 1 mm-dən 10 mm-ə qədər) parazitlərdir. Dişiləri erkəklərdən daha böyükdür. Qırmızımtıl, boz rəngdə olurlar. Birələr qanla qidalanır. Heyvanların və quşların üzərində yaşayaraq onların qanını […]
Bitlənmə, (elmi adı pedikulyoz) bütün insanların yoluxa biləcəyi parazitlərə məruz qalmaqdır. Əsasən isti mövsümdə daha da artan bu problemlə hər il dünyada rəsmi statistikaya görə 12 milyona qədər insan rastlaşır. Qanla qidalanan bu parazitlər tullana və uça bilmir. Yalnız sürətli qaçır. Bitlərlə hamı hər yerdə yoluxa bilər. Uşaq bağçalarında, məktəblərdə, gözəllik salonlarında, nəqliyyat vasitələrində, tibb, […]
Gümüş böcəyi və ya gümüş balığı Bu həşərat gümüşü rəngdə olduğu üçün gümüş böcəyi və ya gümüş balığı adlanır. Adətən 13-25 mm (daha böyük növləri də var) uzunluğunda olan həşəratlardır. Bədən forması balığa bənzəyir. Başında 2 uzun buynuzları, 8 nazik ayağı və uzun quyruğu var. Həşəratın ömrü iki və səkkiz il arasında dəyişir. Sürətlə hərəkət […]
Qarışqalar ən zəhmətkeş həşəratlardır. Onlar özlərindən 20 dəfə ağır yükü daşıya bilirlər. Həşəratlar içərisində ən böyük beyin qarışqalardadır. Bir qarışqanın ömrü 45-60 gün arasında dəyişir. Həşəratın boyu əsasən 2-7 mm arasında dəyişir. Boyu 4-5 sm-ə çatan iri növlərə də rast gəlinib. Qarışqalar həmrəydirlər. Onlar koloniya halında yaşayırlar. Bir qarışqanın getdiyi yolda buraxdığı izdəki qoxunu alan […]
Tarakanların (hamamböcəyi) çox qədim tarixi kökləri var. Əcdadlarının yaşı təxminən 300-350 milyon il əvvələ təsadüf edir. Tarakanlar çox davamlı həşəratlardır. Buna səbəb həşəratın əcdadlarının yaşının qədimliyidir. Tarakanlar soyuqdan başqa ən uyğun olmayan şəraitdə (içməli su, yemək, istilik və işıq olmadıqda) yaşaya bilirlər. ABŞ alimlərinin tədqiqatlarına görə, tarakanların hətta nüvə silahından sağ çıxma ehtimalı çoxdur. Tarakanlar […]
Yay istirahətinə qənim kəsilən qaniçənlər – ağcaqanadlar istirahət üçün ən gözəl vaxt olan yay axşamlarında vızıltısı ilə qulağımızın dibində oxuması azmış kimi canımıza da qənim kəsilən bu həşərat bizdən nə istəyir? Qanımızı. Çünki dişi ağcaqanadın qidası qandır. Erkək ağcaqanadlar isə bitkilərin şirəsi ilə qidalanır. Ağcaqanadlar harada yaşayır? Ağcaqanadların yaşayışı üçün əlverişli mühit isti, küləksiz, rütubətli, […]
Xəstəlik mənbəyi olan milçəklər – onlardan necə qurtulmaq olar? Sürətlə artan və təhlükəli xəstəliklər yayan, çox murdar canlı olan milçəklər buğumayaqlılar tipinin həşəratlar sinfinə, ikiqanadlılar (Diptera) dəstəsinə aiddir. Milçəyin xarici görünüşü Milçəyin bədən uzunluğu bir neçə millimetrdən 2 sm-ə qədər ola bilər. Onun iki qanadı, böyük başı, ağzı və iki iri gözü var. Milçəyin bədəni […]