FAQ

Tibbi tullantıların daşınması və utilizasiyası

  • “ Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması” fəaliyyət növü üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-250/2022 nömrəli Lisenziyası
  • “Özəl tibb fəaliyyəti” (xidmət sahələri: dezinfeksiya, dezinseksiya, deratizasiya) fəaliyyət növü üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İN/L-1074/2017 nömrəli Lisenziyası
  • 7/24 operativ xidmət göstərmək (gün ərzində təcili sifarişlərə çatmaq);
  • Razılaşdırılmış cədvələ uyğun daşımaları həyata keçirmək;
  • Tibbi tullantıların idarə olunmasına dair tibb müəssisəsinin bütün işçilərinə ödənişsiz təlim keçmək;
  • Tibbi tullantıların yığıldığı konteyner və otaqları ödənişsiz dezinfeksiya etmək
  • “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı
  • Maddə 7.2 … A, B, C sinfinə aid tullantıların təbii şəraitdə bir sutkadan çox saxlanmasına icazə verilmir. Yalnız 5ºC-dən yüksək olmayan temperaturda bir sutkadan çox saxlanıla bilər.
  • “Sanitariya Epidemioloji Xidmətlər” MMC tərəfindən əməkdaşlıq edilən bütün tibb müəssisələrinə birdəfəlik sərt tutumlar (iki qat karton qutu) və polietilen paketlər təqdim olunur.
  • Həm tibbi tullantların daşınması haqqında Akt və onların zərərsizləşdirilməsi (utilizasiya) haqqında Arayış müəssisəyə təqdim olunur.
  • “Sanitariya Epidemioloji Xidmətlər” MMC bütün fəaliyyət istiqamətləri üzrə ölkə ərazisində xidmət göstərir.

Dezinseksiya

  • Həşəratlara qarşı mübarizədə effektiv nəticə əldə etmək üçün dərmanlama prosesi 1 həftə ara ilə 2-3 dəfə təkrar olunmalıdır.
  • Açıq sahədə görülən dezinseksiya işi hava şəraiti və təmizlik vəziyyətindən asılı olaraq 15-30 gün müddətində qalıcıdır.

İlan qovucu tədbirlər

  • İlanlara zərər vurulmadan ərazidən uzaqlaşdılması həm tələ (məhsullar bölməsindən baxa bilərsiniz), həm də dərmanlar vasitəsilə həyata keçirilir.
  • İlanların uzaqlaşdırılmasında həm toz, həm də maye halında olan dərmanlardan istifadə olunur.

Qarışqa və siçanlar

Həşəratlara qarşı dərmanlama professional əməkdaşlar tərəfindən olunmalıdır. Çünki qarışqa yuvaları çox dərində olur. Vətəndaş özü tam aşkar edə bilmir.  Biz yuvanı aşkar edib dərmanlayırıq ki, sonra qarışqalar gəlməsin. Həm də dərmanlanan yerlərdə qarışqa dərmana dəyib ölməməlidir. Dərmanı özü ilə birgə yuvasına aparmalıdır ki, reseptorlar vasitəsilə digər qarışqalar da həmin dərmandan istifadə edə bilsinlər ki, məhv olsunlar

Dükandan alınan dərman siçana birbaşa təsir göstərə bilir. Siçanlarda kollektiv şüur olduğu üçün ən yaşlı, xəstə siçanı qabağa itələyirlər. Dərmanı yeyən siçan ölürsə, digərləri ora gəlmirlər. Şirkətin dərmanları 7-10, hətta 14 gün müddətə öldürür. Digər siçanlar görür ki, siçan dərmanı yeyir, amma ölmür. Onlar da yeməyə başlayır. Dərman və yapışqan yerləri professional baxışla olmalıdır. Onlar siçanın gəlmə bucağına qoyulmalıdır ki, siçan dərmanları yeyə və yapışqana düşə bilsin.

Həşərat və gənələr

  • Həşəratlara qarşı mübarizədə effektiv nəticə əldə etmək üçün dərmanlama prosesi 1 həftə ara ilə 2-3 dəfə təkrar olunmalıdır.

Yatağın dərhal yığılması, yaxud bir müddətdən sonra yığılmasının ev tozu gənələrinin artması və ya azalmasına heç bir təsiri yoxdur. Çünki gənələr təkcə yataqda toplanmır, otağın hər yerində olur. Yorğan-döşəkdə, yastıqda, xalçada, çarpayının altında və s. yerlərdə olur.

Bağlarda dərmanlama

Bağ dərmanlanan kimi bitkini sulamaq olmaz. Nə qədər gec olsa, preparat bir o qədər effektiv təsir göstərəcək. Tövsiyə edilir ki, 72 saat su vurulmasın. Ancaq elə bitkilər var ki, gündəlik sulanmalıdır. Belə halda yalnız bitkinin kökünə su tökülməlidir. Üzərini yumaq olmaz.

Preparatlar bir neçə sinfə bölünür. Fosfororqanik preparatlar var. Onlar dekorativ bitkilərə ziyandır. Onlardan istifadə olunmur. Pritroid, karbomat, neonokotinoid sinfindən olan preparatların isə bitkilərə ümumiyyətlə zərəri yoxdur. Çünki onlar inseksid (həşərat) əleyhinədir. Ağaca, kola zərər vermir.

Dərmanlama öncəsi proses və bitlər

Dərmanlamadan əvvəl mütləq şəkildə hər tərəf təmizlənməlidir. Çünki səthlər təmiz olduqda dərmanların təsiri daha  effektiv olur. Qidaların, uşaq oyuncaqları və bu kimi əşyaların üzəri örtülməli, yaxud həmin yerdən uzaqlaşdırılmalıdır. Mebellərin içərisi dərmanlandıqda isə içəridə olan şeylər boşaldılmalıdır. Divara yaxın olan mebellər, divan və s. divardan aralanmalıdır ki, dərman ora təmas edə bilsin.

Qarışqalar bitləri ağacın ən incə yeri olan yarpaqlara daşıyır. Orada bitlər bitkinin şirəsini dartır. Şirin saxaroza, fruktoza çıxır. Sonra qarışqa bu şirələri bitlərin altından yığıb aparır öz yuvasına, qidalanır. Vətəndaş mağazadan bit əleyhinə dərman alıb bitkini dərmanlayır. Bir neçə gün bit olmur, sonra yenə əmələ gəlir. Çünki qarışqa yenə biti ora gətirir. Şirkət mütəxəssisləri isə həm qarışqa, həm də bitə qarşı mübarizə aparırlar.

Dezinseksiya və daxili sahədə dərmanlama

İstifadə etdiyimiz dərmanlar ləkə saxlamayan dərmanlardır. Ancaq dərmanın dozası artıq olanda ləkə saxlaya bilir. Çünki suda tam həll olmur. Ləkənin qalma səbəblərindən biri də suyun təmiz olmamağıdır. Bu, dərmanı çirkli, quyudan əldə olunmuş, pH dərəcəsi yüksək olan su ilə qarışdıranda baş verir. Hər iki halda ləkələr qalıcı deyil. Su ilə rahatlıqla silinə bilir.

Dezinseksiya zamanı müxtəlif həşəratlara qarşı mübarizə aparılır. Bu səbəblə dərmanın təyinatından asılı olaraq bu zaman da dəyişə bilər. Ümumilikdə 3-6 saat arasında dəyişir. Yəni 3-6 saatdan sonra həmin sahəyə daxil olmaq mümkündür. Yaxşı olardı ki, maksimum hədd gözlənilsin. 6 saatdan sonra insanlar rahatlıqla evə və yaxud müəssisəyə daxil ola bilərlər.

Bağlarda həşərat və dərmanlamadan sonrakı proses

Dərmanlamadan 3 saat sonra içəri daxil olub təmizliyə başlamaq olar. Öncə qapı-pəncərəni açıb içərinin havasını 10-15 dəqiqə dəyişdirmək lazımdır. Mətbəx mebeli, insanın təmas edə biləcəyi hər yer dərindən təmizlənməlidir. Bunun üçün 10 litr suya 3 xörək qaşığı çay sodası töküb qarışdırıb həmin suyla əl dəyilən yerlər təmizlənməlidir. Künc, bucağı dərindən təmizləməyə ehtiyac yoxdur. Çünkü istifadə etdiyimiz mikrokapsulalı dərman bir müddət effektivliyini saxlayır. Həşərat yuvadan çıxır və həmin səthə dəyir və məhv olur.

Bağlarda milçəklər, ağcaqanadlar, qarışqalar, ağaclarda zərərverici həşəratlar və.s olur.

Bağlarda bütün zərərverici həşəratlara qarşı müxtəlif meyvə ağacları, dekorativ ağaclar, güllər, dibçəklər və eləcə də bağın divarları, yer səthi və s. hissələr dərmanlanır.

Həşəratlar və dərmanların effektivliyi

Həşəratların yuvasını tapandan sonra onlarla mübarizə aparmaq daha asandır. Bunun üçün şirkətimizin xüsusi tədbirləri var. Xüsusi avadanlıqla spesifik qoxulu dərman künclərə vurulur. Həşəratlar bu qoxuya dözmədikləri üçün özlərini  yuvalarından bayıra atırlar və biz həşəratların haradan çıxdığını görüb yuvaları təyin edirik. Ondan sonra həşəratlara qarşı mübarizə aparırıq.

Daxili sahədə dərmanların effektivliyi daxili sahə, ev təmizlənənə qədər davam edir. Çöl sahəsində isə ağaclar, müxtəlif güllər yuyulana və yağış yağana qədər dərmanlar öz effektivliyini tam şəkildə qoruyub saxlayır. Müştərilərimizə bir tövsiyəmiz var ki, ağacları sulayarkən üst hissəsini yumasınlar. Bu dərmanın effektivliyini azaldır. Bundan əlavə dərmanlama aparılarkən hava şəraiti mütləq nəzərə alınmalıdır. Yəni bir neçə gün yağışlı hava olmasın ki, dərman effektiv təsir göstərsin.

Mətbəx mebelinin altında, zibil tullantı qablarında, soyuducunun motorxana hissəsində tarakanlar toplaşır. Tarakanlar hamam traplarından, havalandırmadan, şaxtalardan gəlir. Gümüş böcəkləri plintusların qırağında, hamamların traplarında olur. Bütün bu hissələr dərmanlanır. Qarışqalara qarşı mətbəx mebelində bütün künclərə, alt hissəsinə dərman vurulur. Otaqlarda da şkaflarda qarışqa olur. Paltarlarda taxtabiti, taxtalarda taxtaqurdu olur. Taxta məmulatları, mebel, stol, stul, döşəmə, taxta qapılar xüsusi avadanlıqla dərmanlanır.

Tibb müəssisələrində yaranan bütün tullantılar tibbi tullantılar adlanır. A, B, C, D olmaqla 4 sinfə bölünür: A sinfi – təhlükəsiz tullantılardır. Buna məişət tullantısı da deyilir. Bunlar tibb müəssisəsində, inzibati otaqlarda yaranan kağız və s. məişətə aid tullantılardır.

B sinfi tullantılar. Bura qanlı materiallar, xəstə ilə təmasda olan digər materiallar aiddir.

C sinfi tullantılar – xüsusi təhlükəli tullantılardır. İnfeksion xəstələrlə təmasda olmuş qanlı materiallar, pambıq, ifrazat, əməliyyat kütlələri və s.

D sinfi – sənaye tullantısına yaxın tullantılardır. Tibb müəssisəsində vaxtı keçmiş dərman preparatları, elektrikli cihazların batareyaları və s.

Bizim tibbi tullantıların daşınması və utilizasiyasına dair bir sıra üstünlüklərimiz var. İlk öncə biz 7/24 ölkənin hər yerində fəaliyyət göstəririk. Daşınmalarımız qrafikə əsasəndir. Yəni müştərinin istəyinə uyğun qrafik təyin olunur və daşınmaları vaxtlı-vaxtında, operativ şəkildə həyata keçiririk. Əlavə olaraq tibbi tullantıların idarə olunmasına dair təlimlərimiz var. Həmin təlimləri müqavilə bağladığımız müəssisələrə ödənişsiz təklif edirik. Ən əsas üstünlüyümüz də odur ki, tibbi tullantıların daşınması prosesindən sonra həmin ərazinin dezinfeksiyasını həyata keçirən yeganə şirkətik. Bu xidmətimiz də ödənişsizdir.

Bağ dərmanlanarkən həyətdə olan insanların evə girməsi tövsiyə olunur. Evin pəncərələri bağlanmalıdır. Kondinsionerlər işə salınsa, yaxşı olar. Bütün həyət, evin divarları, hovuzun ətrafı, ağaclar, yerlər zərərverici həşəratlara qarşı dərmanlanır. Ev sahiblərinə izah olunur ki, həyətdə insanla təmasda olan səthlər, həmçinin də hovuz ətrafında olan səthlər, tutacaqlar, pilləkənlər hansı maddələrlə silinsin, təmizlənsin. Ondan sonra insanlar çıxıb istirahət edə bilərlər.

Tibb müəssisələrinin nümayəndələri bəzən tibbi tullantıların düzgün çeşidlənməsi, siniflərə bölünməsi barədə az məlumatlıdırlar. Ona görə də biz tibbi tullantıların idarə olunmasına dair təlimlər keçirik. Həmin təlimlərdə tibbi tullantıların düzgün, qanunvericiliyə uyğun şəkildə idarə olunmasına dair bütün məlumatları əyani və praktiki cəhətdən göstəririk. Bütün məlumatları veririk və təlim sonrası iştirakçıları sertifikatla təmin edirik. Qeyd edək ki, hal-hazırda çalışdığımız müəssisələrə həmin təlimləri ödənişsiz həyata keçiririk.

Yay başlayandan sentyabr ayına qədər bağda istirahət edilir. Bu mövsüm ağcaqanadın, qarışqanın, milçəyin, digər uçan və sürünən həşəratların insanları daha çox narahat etdiyi dövrdür.

Sanitariya Epidemioloji Xidmətlər MMC-nin əməkdaşları tərəfindən tövsiyə edilir ki, bütün bağ hər 21- 27 gün arası  dərmanlansın. Bağdakı qazon, ağaclar, həm binanın içi, hər yer işlənilir. Bağların çoxunda şambolar var, onların ətrafı dərmanlanır. Vətəndaşlara da necə qulluq etməli olduqları izah edilir.

Hovuzlar mövsümlər boyunca çirklənir. Payızda və qışda toz-torpaq, yarpaqlar yığılır və bunun nəticəsində bir çox mikroblar yaranır. Bu da insan sağlamlığına çox böyük, ciddi zərər vurur.

Estetik görünüşə də fikir vermək lazımdır. Buna görə hovuzlar həm sağlamlıq, həm də gözəllik üçün mütəmadi təmizlənməlidir.

İlkin olaraq hovuzun suyu boşaldılır, sonra xüsusi maddələrlə təmizlənir. Təmizlik bitəndən sonra isə xüsusi preparatlarla dezinfeksiya edilir. Dezinfeksiya edildikdən sonra həmin an hovuzu su ilə doldurmaq olar. Hovuzların ildə bir dəfə, yay ayından qabaq təmizlənməsi tövsiyə edilir.

Vətəndaşlar bağlarda ev heyvanları saxlayırlar. İt, pişik, toyuq, cücə və s. Həmin heyvanların gecələdiyi evləri, toyuq hinləri, onların ətrafı hamısı dərmanlanır və onlara heç bir zərəri yoxdur. Cins itlər olur ki, onların sahibləri istəmir dərmanlama yerində olsun, bu halda biz təklif edirik ki, həmin iti və yaxud digər ev heyvanını dərmanlama bitənə qədər sahibi evin içində saxlasın.

Birələr evə adətən ev heyvanları vasitəsilə daxil olur. İt, pişik və s. Üst geyimi vasitəsilə də gəlirlər. Əşyaların arasında bir evdən başqasına keçirlər. Birələr evə zirzəmi və havalandırma sistemi vasitəsilə də daxil ola bilirlər. Adətən isti, rütubətli yerdə olurlar, çoxalırlar. Yun əşyaları çox sevirlər. Xalçalarda, mebellərdə, çarpayılarda görünürlər. Günün istənilən vaxtı hücum edib dişləyə bilərlər.

Anestezik  yeritmədiyi üçün dişləmə zamanı ağrı hiss olunur. Adətən boyun, qol nahiyəsində, baş dərisində dişləmə müşahidə olunur. Ən çox da ayaqlarda.

İstifadə etdiyimiz dərmanlar yalnız həşəratların məhvi üçün nəzərdə tutulub. Yəni insanlara zərəri yoxdur. Hər bir halda bağdan meyvə dərəndə, bazardan alanda yuyulub yeyilir. Eləcə də dərmanlandıqdan bir saat sonra meyvəni dərib, yuyub, yemək  olar.

Bəli, zərəri var. Çünki bu dərmanlar kimyəvi tərkiblidir. Lakin, buna qarşı müəyyən tədbirlər var. Belə ki, dərmanlama prosesi olduqdan sonra 3 saat və 3-6 saat arasında yaxşı olar ki, həmin daxili sahəyə insan daxil olmasın. Bizim istifadə etdiyimiz dərmanlarda 3 saatdan sonra oksidləşmə prosesi gedir və onun insana olan zərəri tamamilə itir. Tövsiyə olunur ki, nəfəs yollarında və müəyyən xəstəlikləri olan insanlar həmin sahəyə 5-6 saata daxil olsunlar

Copyright @ 2023 Sanitariya.az