Parniklərin fumiqasiyasi

Parniklərin termo dumanlaması

Parniklərin termo dumanlaması – Parniklərin uzun müddətli və məhsuldar fəaliyyəti üçün bitkilərə vaxtında qulluq edilməlidir. Torpaqda, eləcə də bitkilərdə olan zərərli mikroorqanizmlərin (bakteriya, göbələk), həşəratların məhsulu yararsız etməsinin qarşısı alınmalıdır. Parnikləri zərərvericilərdən xilas etməyin effektiv yollarından biri termo dumanlama üsuludur.

Termo dumanlama kimyəvi maddələrdən ibarət zəhərli buxar və qazlarla aparılan mübarizə metodudur.

Parnik bitkilərinin zərərvericilərə qarşı termo dumanlama onların tam məhv edilməsi və yenidən əmələ gəlməsinin qarşısını alır. Termo dumanlamadan sonra karantin qaydalarına ciddi əməl olunsa, yəni parnikə kənardan yoluxdura biləcək heç nə daxil olmasa, zərərvericilər yenidən əmələ gəlməyəcək.

Termo dumanlama necə aparılır?

Temo dumanlayıcılar qaz halında olan  kimyəvi maddələrdir. Sıxlaşdırılmış qaz formasında metal balonda yerləşdirilir.

Fərqli termo dumanlayıcılar  zərərvericilərə qarşı mübarizədə müxtəlif təsirlərə malikdir. Bəziləri ayrı-ayrı zərərvericilərə xasdır, digərləri isə geniş spektrli maddələrdir və əksər zərərvericiləri  öldürür.

Termo dumanlama prosesinin mərhələləri

Termo dumanlama aşağıdakı mərhələlərlə aparılır:

Termo dumanlama üçün nəzərdə tutulan sahə örtülür;

Zəhərli qazların çıxması üçün məkan havalandırılır. Termo dumanlamadan sonra havalandırma nəticəsində preparatın qalıqları bitkidən uçur və təmizlənir.

Termo dumanlama üçün əlverişli vaxt və temperatur

Temperatur artdıqca termo dumanlayıcıların təsiri azalır. Bir çox termo dumanlaycılar 25 dərəcə temperaturda oksidləşməyə məruz qalır və neytrallaşır. Effektivliyi itir. Parniklərin termo dumanlanması üçün ideal temperatur +15 dərəcədir.

Parniklərin müalicəsi üçün  payız və yaz ayları daha məqsədəuyğundur. İstixanaları hər fəsildə bir dəfə termo dumanlama etmək yetərlidir.

Termo dumanlama üstünlükləri

Zərərvericilərlə müxtəlif mübarizə vasitələrindən termo dumanlam bir çox üstünlükləri var.Termo dumanlama zərərverici mikroorqanizmlərlə yoluxmuş bitkiyə birbaşa təsir edir. Qısa müddət ərzində çoxlu məhsullara tətbiq oluna bilir. Buxar və qaz istənilən yerə, hətta ən kiçik çatlara da nüfuz edə bilir. Kiçik böcəklər və həşəratlar belə yerlərdə gizlənirlər və onları orada başqa vasitələrlə məhv etmək çətindir.

Tətbiq edildikdə və ya qısa müddət sonra bu kimyəvi maddələr uçuculaşır və zəhərli molekulların torpaqdakı hava məsamələri vasitəsilə hərəkət etməsinə imkan verir. Zərərvericilər uzun müddət ərzində zəhərli konsentrasiya ilə təmasda olduqda ölür.

Termo dumanlama prosesində təhlükəsizlik tədbirləri

Yüksək toksikliyini nəzərə alaraq termo dumanlama işlərini xüsusi təlim keçmiş lisenziyalı şirkətin mütəxəssisləri həyata keçirməlidir.

Termo dumanlama zamanı  qoruyucu maska, respirator, eynək və rezin əlcəklər geyinmək lazımdır.

Termo dumanlam xidməti

Termo dumanlama sahəsində lisenziyalı Sanitariya.az şirkəti termo dumanlama xidmətini peşəkarcasına həyata keçirməklə parniklərinizi müxtəlif həşərat və onların sürfələri, eləcə də digər mikroorqanizmlərin zərərli təsirlərindən xilas edir. Mütəxəssislərimiz isti duman vasitəsilə parnikləri termo dumanlama edirlər.

Related Blog