Qizilca-yoxsa-allergiya-necə-ayird-edək

Qızılca yoxsa allergiya, necə ayırd etmək olar?

Son zamanlar bu hallarla çox rastlaşırıq. Dərisində səpgi olan insan görəndə qorxub qaçmaq istəyirik. Qızılcaya yoluxmaqdan qorxuruq. Bu hal koronavirusun geniş vüsət aldığı dövrdə də özünü cox göstərirdi. Yanımızda kimsə öskürəndə qorxub qaçırdıq. Yəni hər kəs xəstəliyə yoluxmaqdan qorxur. Bəlkə də yanımızdakı insan qızılca deyil. Necə ayırd edə bilərik, qızılca, yoxsa sadəcə allergiyadır?

Bu suallara allerqoloq-toksikoloq t.ü.f.d., dosent İsmayıl Əfəndiyevlə müsahibədə aydınlıq gətirdik: “Bəzi hallarda həqiqətən allergik səpgiləri və qızılcada əlamət olan səpgini səhv salırlar. Lakin burada sizə ayırmaq üçün kömək edə biləcək bir neçə məqam var. Birinci növbədə bilmək lazımdır ki, qızılca infeksion mənşəli xəstəlikdir. Səpgilər onun yalnız bir əlamətidir. Qızılca kataral əlamətlərlə başlaya bilər. Qızdırma qalxa bilər. Ağızın içində Filatov-Koplik deyilən ləkələr əmələ gəlir, limfa düyünləri şişə bilər”.

Həkim qeyd edir ki, allergiyadan fərqli olaraq qızılca səpgiləri mərhələli peyda olur: “Səpgilər əvvəl qulaqların arxasında, alında, üzdə, döş qəfəsində, yuxarıdan aşağıya yayılır. Allergik səpgilər isə adətən dərhal olur və qızdırma ilə müşahidə olunmur. Qızılcada qaşınma ola bilər ki, müvəqqəti olsun. Səpgini qaşısanız, yarım saat ərzində qaşınma keçəcək. Allergik səpgilərdə əksinə, nə qədər çox qaşısanız, o qədər də qaşınma çox olacaq”.

Allergik səpgiləri digər faktorlarla da əlaqələndiriən ekspert buraya şokoladı, portağalı və digər qidaları nümunə gətirir. Yaxud vurulan hansısa bir iynənin, peyvəndin təsirindən də allergiyanın mümkünlüyünü vurğulayır.

İ. Əfəndiyev qızılcaya qarşı daha güvənli metod kimi peyvənd vurdurmağı tövsiyə edir: “Əgər siz vaxtında uşaqlarınıza qızılcaya qarşı peyvənd vurdursanız, ondan sonra sizdə belə bir problem olmayacaq ki, mənim uşağımda qızılca səpgiləridir, yoxsa allergiya. Çünki artıq siz bilirsiniz ki, uşaq qızılcadan qorunubdur”.

Qızılcaya yoluxmuş insanların olduğu məkanların virusdan təmizlənməsi üçün dezinfeksiya xidməti vacib hesab edilir. Bununla siz təhlükəni minimuma endirə bilərsiniz.

Related Blog