Sanitariya.az şirkəti tərəfindən 2017-ci ildən etibarən peşəkar şəkildə həyata keçirilən dərmanlama xidməti zərərvericilərlə effektiv mübarizə metodudur. Sektorda etibar və peşəkarlığı ilə seçilən şirkətimiz, evlərdə, ofislərdə və istehsal müəssisələrində sağlam mühit yaratmaq üçün geniş spektrli dərmanlama xidmətləri təklif edir. Peşəkar komandamız, sertifikatlı dərmanlarımız və zəmanətli xidmətimiz ilə hər zaman xidmətinizdəyik.
Tarakan Dərmanlama Xidməti
Tarakanlar evlərdə və iş yerlərində ən çox rast gəlinən zərərvericilərdən biridir. Onlar qida mənbələrini çirkləndirərək müxtəlif bakteriyalar və viruslar yayır. Sanitariya.az olaraq, tarakan dərmanlama xidməti vasitəsilə bu zərərvericilərdən tamamilə qurtulmağı təmin edirik. Peşəkar mütəxəssislərimiz xüsusi dərman preparatlarından istifadə edərəksizə birdəfəlik problemdən qurtulmağı təklif edir.
Qarışqa Dərmanlama Xidməti
Qarışqalar qida və məişət əşyalarına asanlıqla yayıla bilən zərərvericilərdir. Onların sürətlə çoxalması və yuva qurması böyük problemlərə səbəb ola bilər. Ölkəmizdə həm evlərdə həm də ictimai iaşə obyektləri və ofislərdə uçan qarışqa, sarı qarışqa və adı qarışqa növlərinə çox rast gəlinir. Bu növlərin hər biri ilə effektiv mübarizə aparmaq və problemi kökündən həll etmək üçün bizə müraciət edə bilərsiniz.
Gümüş Böcəyi Dərmanlama Xidməti
Gümüş böcəyi nəmli və qaranlıq mühitlərdə yaşayır və kağız, parça kimi materiallarla qidalanır. Bu zərərvericinin yayılmasının qarşısını almaq üçün Sanitariya.az mütəxəssisləri xüsusi dərmanlama üsullarından istifadə edirlər. Gümüş böcəkləri ilə mübarizə üçün bizə müraciət edə bilərsiniz.
Ağcaqanad və Milçək Dərmanlama Xidməti
Yaz aylarından başlayaraq yayın sonu payızın əvvələrinə qədər istər həyət evləri istərsə də bina evlərində ağcaqanad və milçək problemi hər birimizi yoran, əsəbləşdirən, istirahətimizə və işləməyimizə mane olan və sağlamlığımıza təhlükə yaradan bir məsələ kimi hamını narahat edir. Ağcaqanad və milçək dərmanlaması üçün biz müraciət edə bilərsiniz.
Dezinfeksiya dərmanlama xidməti
Dərmanlama xidməti təkcə zərərvericilərlə mübarizə aparmaqla məhdudlaşmır. Evlərdə, ofislərdə və ictimai yerlərdə mikrobların və bakteriyaların qarşısını almaq üçün dezinfeksiya xidməti də həyata keçiririk. Bu xidmət sağlamlığınızı qorumaq və daha təhlükəsiz mühit yaratmaq üçün vacibdir. Dezinfeksiya xidməti üçün bizə müraciət edə bilərsiniz.