Gümüş böcəklərinə qarşı mübarizə

Gümüş böcəkləri ilə mübarizə -dezinseksiya

Gümüş böcəyi və ya gümüş balığı

Bu həşərat gümüşü rəngdə olduğu üçün gümüş böcəyi və ya gümüş balığı adlanır. Adətən 13-25 mm (daha böyük növləri də var) uzunluğunda olan həşəratlardır. Bədən forması balığa bənzəyir. Başında 2 uzun buynuzları, 8 nazik ayağı və uzun quyruğu var. Həşəratın ömrü iki və səkkiz il arasında dəyişir. Sürətlə hərəkət edir. Ancaq şaquli istiqamətdə hərəkət qabiliyyəti yoxdur. Buna görə də onlar divarlara tez dırmaşa bilmirlər. İşığı sevmirlər.

gümüş böcəklərinə qarşı mübarizə

 

Həşərat harada yaşayır?

Qaranlıq, isti və rütubətli yerləri sevirlər. Buna görə onlara nəm böcəyi də deyilir. Nisbi rütubət 75%-dən yuxarı, temperatur 17-30 dərəcə arasında olan ərazilərdə yaşayırlar. Əsasən gecələr aktivləşirlər. Gümüş böcəklərini qarajda, çardaqda, zirzəmidə, mətbəxdə, kitabxanada, sanitar qovşağı və hamamda tapmaq olar.

Son zamanlar yeni tikililərdə, eləcə də isti döşəməsi olan mənzillərdə gümüş böcəkləri çoxalıb.

 

Gümüş böcəyi necə çoxalır?

Cütləşmədən sonra dişi gümüş böcəyi bir anda 60-a qədər yumurtadan ibarət qruplar qoyur.

Balaların yumurtadan çıxması 2 həftədən 2 aya qədər davam edir. Gümüş böcəyi ömrü boyu adətən 100 – ə qədər yumurta qoya bilir. Yumurtalar sarı və ya ağ rəngdə olur. Həşərat yumurtalarını məkanların qaranlıq, nəm, gizli yerlərində qoyurlar.

 

Gümüş böcəyi 1 ildən çox ac yaşaya bilir.

Gümüş böcəklərinin qida rasionuna əsasən nişastalı qidalar, kitab cildləri, xalça, geyim, qəhvə, kəpək, yapışqan, saç, bəzi boyalar, kağız, foto, gips, divar kağızı, şəkər və s. daxildir. Pambığı, ölmüş böcəkləri, kətan və ipək parçaları da xoşlayır. Hətta dəri və sintetik parçalar da yeyə bilir. Gümüş böcəyi aclığa dözümlü həşəratdır, su olduğu halda 1 ildən çox müddətdə qidasız yaşaya bilər.

 

Gümüş böcəklərinin verdiyi zərərlər

Bu həşəratlar məhsulları yeyərək zay edən zərərvericilərdir. Məlumdur ki, onlar kağız məmulatlarını xoşlayırlar. Beləliklə önəmli sənədləri məhv edə bilər. Həşəratın parça məmulatlarına olan marağı  paltarlara və bir çox şeylərə ciddi ziyan vura bilər.

Onlar natəmiz yerlərdə gəzdikdən sonra qidalara toxunaraq, onları çirkləndirərək insanlara zərər verirlər.

 

Gümüş böcəkləri ilə mübarizə üsulları

Bu həşəratlardan uzaq durmaq üçün ilk növbədə binanı yoxlayın. Döşəmədə, divarda olan dəlikləri, çatları bağlayın.

Binanın ətrafını nəm olmaqdan qoruyun. Su sızmaları varsa, təmir edin. Nəm sahələr varsa, çınqıl tökməklə aradan qaldırın. Rütubət yaradan bitkilər əkməyin. Alaq otlarını təmizləyin. Ağaclardan tökülən yarpaqları yığın. Çünki onlar da gümüş böcəklərini cəlb edir.

Tikinti materialları, taxta, odun və s. binaya yaxın yerə yığmayın. Evinizə gələn əşyaları yoxlayın ki, içərisində həşərat gəlməsin. Aldığınız paltarları paltaryuyan maşında yuyun. Aldığınız paxlalı bitkiləri və digər bağlamaları evinizə girməzdən əvvəl yoxlayın.

Bütün bu üsullar gümüş böcəklərinin yaxınlaşmaması üçündür. Əgər məkanınızı gümüş böcəkləri artıq basıbsa, onlardan qurtulmağın ən effektiv yolu dezinseksiya tədbirlərinin aparılmasıdır. Bu işi peşəkarlara həvalə etsəniz, zərərvericiləri tez bir zamanda məhv etmək olar. Əvvəlcə həşəratların yaşadığı yerlər təsbit olunur. Sonra insektisidlərdən istifadə edilir.

 

Evinizdə həşəratların gizlənə biləcəyi bütün yerlərə, dəliklərə dərman  çilənir. Beləliklə də zərərvericilərdən tamamilə qurtulursunuz. Ətraflı məlumat və digər dezinsekiya xidmətləri üçün dezinseksiya xidmətləri hissəsinə keçid edə bilərsiniz.

Related Blog