Tarakanların (hamamböcəyi) çox qədim tarixi kökləri var. Əcdadlarının yaşı təxminən 300-350 milyon il əvvələ təsadüf edir. Tarakanlar çox davamlı həşəratlardır. Buna səbəb həşəratın əcdadlarının yaşının qədimliyidir. Tarakanlar soyuqdan başqa ən uyğun olmayan şəraitdə (içməli su, yemək, istilik və işıq olmadıqda) yaşaya bilirlər.
ABŞ alimlərinin tədqiqatlarına görə, tarakanların hətta nüvə silahından sağ çıxma ehtimalı çoxdur.
Tarakanlar hətta bir neçə həftəlik başsız yaşaya bilir. Buna səbəb odur ki, həşəratın qan damarları şaxələnmiş deyil və qan itkisi olmur. Onların tənəffüs sistemi də qarınlarının yan tərəfindədir. Beyin qan və oksigen dövranında rol oynamır. Başsız qalan həşərat bir neçə həftə sonra acından ölür.
Tarakanların yaşayış yeri
İsti və rütubətli mühitdə yaşayırlar. Əsasən evlərin, restoranların, müxtəlif iaşə obyektlərinin mətbəxində, yemək qalıqları arasında, çörək və qənnadı məmulatlarının hazırlandığı mağazalarda, müxtəlif növ qida müəssisələrində, eləcə də zibillik və kanalizasiya sistemlərində yaşayırlar.
Divarlardakı çatlar, havalandırma dəlikləri, açıq pəncərələr, su və ya qaz boruları, elektrik xətləri vasitəsilə, hətta məktəbli çantasında, paltarların arasında məkana daxil olur.
Tarakanlar isti mövsümdə bayırda, zibilliklərdə, otların arasında fəal şəkildə çoxalırlar. Havalar soyuyanda isə bayırda yaşayan həşəratlar isti binalara köçürlər.
Tarakanlar hər şeyi yeyir
Tarakanlar harada yaşamalarına baxmayaraq, hər nə tapsalar yeyirlər. Bütün növ insan qidaları, heyvan yemləri, bitkilər, kağız, karton, insan dərisinin qırıntıları, kanalizasiya sistemlərindəki qalıqlar, ağac və.s. Bir sözlə, dəmirdən, qayadan, betondan başqa hər şeyi yeyirlər. Yeməklə bağlı problemləri olmadığından istənilən mühitdə rahat yaşa və çoxala bilirlər. Bu həşəratın hər şeyi yeyə bilməsi hım də onun nə qədər antisanitariya şəraiti yaratdığını və təhlükəli xəstəliklərə yol açdığını göstərir. Ona görə də insanlar arasında tarakan dezinfeksiyası kimi adlandırılan bu proses çox vacib və həyati prosesdir.
Tarakanlar 50-dən çox xəstəliyin daşıyıcısıdır
Tarakanlar insan sağlığı üçün çox təhlükəlidir. Çünki onlar antisanitar şəraitin hökm sürdüyü yerlərdə, zibilliklərdə, kanalizasiya sistemlərində yaşayır. Buradakı mikroblar həşəratın pəncələrində və qarnında hamamın, sanitar qovşağın və mətbəxin hər yerinə yayıla bilir.
Tarakanlar hər şey yeyir. Kanalizasiya sistemlərində olan qida qalıqları, nəcis, zibillikdəki tullantılarla qidalanır. Bu da həşəratın həzm sistemində müxtəlif patogen mikroorqanizmlər toplanmasına səbəb olur. Tarakanların gəzdiyi səthlərdə bu patogen bakteriyalar yayılır. Həmin yerə toxunan, qidalardan yeyən insanlar təhlükəli xəstəliklərə yoluxur. Bu başlıqda daha detallı tarakanların xəstəlik törədici olması ilə bağlı məlumat verilib. İnsanların tarakan dezinfeksiyası adlandırdığı prosesin nə qədər vacib olması bu hissədən daha da aydın olur. Təsdiqini tapmış elmi araşdırmalara görə, tarakanlar mikobakterioz (dəri, orqan və toxumalarda müxtəlif ölçülü vərəmlərin əmələ gəlməsi və zəifləməsi ilə xarakterizə olunan xroniki və yoluxucu bakterial infeksiya), qastroenterit (mədə və bağırsaqların iltihabına, həmçinin ishal, ürəkbulanma, qusma, qızdırma ilə nəticələnən bağırsaq infeksiyası), pnevmoniya (ağciyər iltihabı), meningit (baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi), salmonellyoz (hərarətin yüksəlməsi, mədə-bağırsaq pozuntusu ilə xarakterizə olunan infeksion xəstəlik), sidik-cinsiyyət infeksiyaları və s. kimi xəstəliklərin inkişafına səbəb ola bilər.
Tarakanın insanlara verdiyi bir zərər də insanın qulağına girməsidir. Nəticədə qulaqda qanaxma, qulaq pərdəsinə yaxınlaşdıqda tinnitus (qulaqda səs-küy), bəzən eşitmə itkisi, selikli axıntı, qaşınma, şiddətli baş ağrıları, ürəkbulanma, qusma, başgicəllənmə ola bilər. Həkimə müraciət edilməlidir.
Tarakanların çoxalması
Tarakanlar çox sürətlə artan həşəratlardır. Erkək və dişinin bir dəfə cütləşməsi ikincinin dəfələrlə yumurtlaması üçün kifayət edir. Yumurtalar kapsulda ana həşəratın qarnının altında saxlanır. Bir kapsulda həşəratın növündən asılı olaraq 12-50 arası yumurta olur.
Sürfələr barama kimi olduğundan ətraf mühitin zərərli təsirlərindən qorunur. Sürfədə olan bütün balalar yetkinləşib tarakana çevrilir. Bu həşəratların sürətlə çoxalması tarakan dezinfeksiyası ilə bağlı insanları hərəkətə keçirməyə vadar edir.
Tarkan yeyən insanlar
Bizim əl vurmağa iyrəndiyimiz tarakanlar bəzi insanların gündəlik qida rasionunda önəmli yeməkdir. Hətta tarakanlardan xüsusi reseptlərlə xörəklər hazırlayanlar var. Donuz ətinin dadını verən tarakan Madaqasqarlıların mətbəxində çox tez-tez rast gəlinən qidadır. Cənub-Şərqi Asiya ölkələri, Cənubi Amerika sakinləri üçün tarakan çox dadlı və məşhur təamdır.
Tarakanlar soyuqda yaşaya bilmirlər
Tarakanlar hər şəraitdə yaşamağa davamlı olsalar da soyuğa dözmürlər. Həmişə isti bölgələrdə yaşadıqları üçün mənfi temperatura adaptasiya olmayıblar. Tarakanların vərdiş etdiyi temperatur 8-10 dərəcədən yuxarıdır. Mənfi 5 dərəcədən aşağı temperaturda həşəratlar ölür. Buradan da göründüyü kimi tarakanlara normal otaq temperaturundan aşağı temperaturda belə yaşayıb çoxala bilirlər. Əgər mənfi temperatur yoxdursa tarakanlar üçün yaşama və çoxalmaqla bağlı problem olmayacaq. Ölkəmizin ərazisinin əksəriyyəti bu hava şəraiti ilə uyğun olduğundan həm Bakı şəhərində həm də bölgələrdə tarakanlara rast gəlmək mümkündür və insanlar tarakan dezinfeksiyası ilə bağlı əməli tədbirlər görürlər.
Tarakanın məhv edilməsi – dezinseksiya
Tarakanlarla mübarizənin bir çox yolu var. Bu üsullardan biri dondurmaqdır. Məlumdir ki, tarakanlar soyuqda yaşaya bilmir. Əgər siz soyuq bölgədə yaşayırsınızsa, mənfi 8 – 10 dərəcə şaxtada istiliyi söndürün, pəncərələri, qapını açıq qoyun. Tarakanın məhv edilməsi üsullarından biri də budur. Bir gün belə qaldıqda həşəratlar məhv olacaq. Bunu bir neçə gün sonra təkrar etsəniz yaxşıdır.
Tarakanlarla mübarizədə xalq təbabətinə əsaslanan ikinci üsul bol turşusudur. Onu yumurta sarısına vurun və qarışımı tarakanların gəldiyi yerlərə qoyun.
Digər təsirli üsullar – tələlər, aerozollar, karandaşlar və s. var. Lakin tarakanlar onlara toxunmaya bilər.
Tarakanlardan qurtulmağın ən effektiv üsulu dezinseksiya tədbirlərdir. İnsanlar arasında tarakan dezinfeksiyası kəlməsi daha çox yayılsa da əslində bu işin adı rəsmi olaraq tarakan dezinseksiyasıdır.İxtisaslaşmış şirkətlərin peşəkar mütəxəssisləri məkanınızı güclü təsirli dərmanlarla dezinseksiya edərək həşəratlardan təmizləyəcək.