Matras-təmziliyi

Matras təmizliyi

Nələri bilməliyik?

Gün ərzindəki yorğunluğumuzu dəf etmək üçün ən optimal dincəlmək üsulu rahat yataqda yatmaqdır. Keyfiyyətli yuxu sağlamlığa təsir edən əsas amillərdəndir. Keyfiyyətli yuxu üçün isə rahat və təmiz yataq vacibdir. Ona görə də yatağın, eləcə də matrasın təmizliyi daim diqqət mərkəzində olmalıdır.

Matraslar zaman keçdikcə çirklənir. Toz, kir və ləkə yığır. Xoşagəlməz qoxuları udur. Yatağa allergenlər, nəmdən kif yığılır.

Matrasınızın təzə və təmiz qalması üçün üzərinə  tökülənləri tez təmizləmək lazımdır.

Matrası tozsoranlayın

Təmizliyə başlamadan öncə onun üzərindəki bütün əşyaları götürüb kənara qoyun. Əvvəlcə matrası tozsoranlayın. Yataqdakı gənələr, toz, ölü dəri qırıntıları, saçlar və digər zibillər təmizlənəcək. Bu zaman tozsoranın başlıq və fırça hissələrinin tam təmiz olduğuna diqqət edin. Tozsoranın fırçası çirklidirsə, matrası daha da çirkləndirə bilər. Matrasın üst hissəsini tozsoranın geniş fırçası ilə, yarıqları, ucları, kənarları və küncləri isə uzun ucluqla təmizləyin.

Sonra təmizlik vasitələrini və ilıq suyu qabda qarışdırın. Bu suyu bir parça ilə götürün və bütün yatağınızı yaxşıca silin.

Ləkələr necə təmizlənir

Təzə ləkələri həmən silin. Yaş ləkələr matrasa  tökülən kimi silinsə asan  təmizlənər. Əvvəlcə nəmli ləkəni parça ilə qurudun. Yoxsa ovuşdurma və ya fırçalama nəticəsində maye matrasın daxilinə hopacaq. Sonra təmiz parçanı soyuq suda isladıb ləkəni silin.

Ləkələri çıxaran optimal vasitələr

1 xörək qaşığı qab şampunu ilə 2 xörək qaşığı hidrogen peroksidi qarışdırın. Fırçanı köpüyə batırıb matrasın ləkəli hissəsinı yumşaq şəkildə sürtün. Sonra təmiz, nəm bir parça ilə silin. Bu yemək və içki ləkələrini effektli çıxarır.

Ləkəni ağardıcı ilə də təmizləmək olar. Ağardıcını ləkəyə töküb, 15 dəqiqə gözləyin, sonra su ilə yuyun.

Matrası ağ sabunla da təmizləmək olar.

Bu matrasdakı xoşagəlməz qoxuların və ləkələrin qarşısını alır.

Təmizlik məhsullarından biri də sirkədir. Parçanın üzərinə sirkə töküb matrası sürtün. Bu, saralma kimi ləkələri aparır.

Kimyəvi ağardıcı da saralmış hissələri əvvəlki ağ vəziyyətinə qaytarır.

Suya soda töküb qarışdırın. Bu suda isladılmış parça ilə matrası silin.

Matrasın üzərinə soda səpmək xoşagəlməz qoxunu aradan qaldırır, ləkələri aparır.

Ətirli yağlardan da istifadə mükəmməl nəticə verir. Soda ilə lavandanı qarışdırıb matrasa yayın. Bir müddət qaldıqdan sonra tozsoranlayın.

Soyuq suya bir az duz əlavə edilib silinərsə, qan ləkələri daha asan çıxarıla bilər.

Matrasdakı ləkələri çıxarmaq üçün limon da əla vasitədir. Çünki limonun tərkibində turşu var.

Matrasda təmizləndikdən sonra getməyən ləkələr olur ki, bunun üçün quru təmizləmə uyğundur. Xüsusi kimyəvi maddələr bu ləkələrin öhdəsindən gəlir.

Matrası yaxşı qurudun

Matras maye ilə təmizləndikdən sonra quruması üçün havalandırılmalıdır. Əks halda nəm, kif yarada bilər. Matrası açıq havaya çıxara bilməsəniz, otaqda pəncərəni açın. Çalışın ki, içəri günəş işığı daxil olsun. Çünki matrasda olan bakteriyaları,  kifləri, qoxuları günəş şüaları məhv edir. Həm də onu tez qurudur. İstifadə etməzdən əvvəl tam quruduğunu yoxlayın.

Matrası yuyun

Təmizləməklə həll olunmayan çöküntüləri yumaqla dəf etmək olar. Məsələn, matrasda sidik qaçırma probleminin ən optimal həlli onu yuyucu vasitələrlə yumaqdır.

Yataqdan qalxan kimi yığışdırmaq zərərlidir

İnsanlar yuxudan qalxan kimi yatağı yığışdırmağa adət edib. Bu həm də səliqəlilik göstəricisidir. Ancaq bu yanlış adətdir.

Oyandıqdan dərhal sonra yatağınızı düzəltmək yerinə, bir müddət açıq havalandırma xeyirlidir. Belə olduqda yataqda olan allergenlər, bakteriyalar məhv olur.

Matrasların təmizlənməsi hansı tezliklə aparılmalıdır

Matras neçə müddətdən bir təmizlənməlidir? Bu həmin yataqda yatan insanın fizioloji vəziyyətindən, matrasın növlərindən və hansı tezliklə çirklənməsindən asılı olaraq dəyişir. Məsələn, allergiyalı insanlar yatağını tez-tez təmizləməlidir.

Gözlə görünməyən təhlükə

Matrasda ləkə problemin görünən tərəfidir. Bəzən parçadan asılı olaraq bəzi ləkələr tam getməyə bilər. Bu adətən bizi narahat edir. Ancaq yataqda olan və insan sağlamlığına mənfi təsir göstərən çoxsaylı yataq gənələri, müxtəlif növ bakteriya, mikrob, həşərat, göbələk və sporlar olur. Onlar insan sağlamlığına ciddi ziyan vura bilər. Bu səbəbdən peşəkar yataq təmizliyi vacibdir.

Bu sahədə peşəkar təcrübəyə malik Sanitariya.az əməkdaşları matrasların yerindəcə, kimyəvi üsulla  təmizliyini həyata keçirir. Matras təmizliyi və digər korporativ təmizlik xidmətləri üçün bizə müraciət edə bilərsiniz.

Related Blog