İlanlara qarşı mübarizə yaz və yay fəslində daha da aktuallaşır. Bu sürünənlər bağ evlərində və həyətyanı sahələrdə insanların qorxulu kabusuna çevrilir. Zəhəri olub-olmamasından asılı olmayaq ilanı görmək belə çox insanların qorxmasına səbəb olur. İlan sancmaları zamanı yaranan problemlər və ölüm halları isə bir başqa faciədir. Ona görə də ilanlara qarşı mübarizə çox vacib və diqqət tələb edən mövzudur.
İlanlara qarşı mübarizənin əhəmiyyəti
Qeyd etdiyimiz kimi ilanaların fəallaşdığı yaz və yay aylarında insanlar da həyətyanı sahələrdə, çimərliklərdə, gəzintilərdə və digər aktivitələrdə daha çox iştirak edirlər. Yəni sürünənlərin təhlükələri ilə daha çox rastlaşa bilərlər. Bunları nəzərə alıb əvvəlcədən bu təhlükələrdən uzaq olmaq lazımdır. Hətta zəhərli ilanlar belə olmasa bu sürünənlərin görüntüsü çoxlarımızı qorxudur.
İlanlara qarşı dərmanlama
İlanlara qarşı mübarizə tədbirləri iki üsulla aparılır:
1.Həyətyanı sahələrin ətrafına xüsusi maddələr səpilir ki, bu da ilanları ərazidən uzaqlaşdırır.
2.Tələlər yerləşdirməklə ilanların tutulması.
Əraziyə və vəziyyətə görə bu iki üsuldan biri yaxud hər ikisi istifadə olunur.
Bu tədbirləri yüksək peşəkarlıqla həyata keçirən şirkətimiz sizə ilansız yay istirahəti bəxş edəcək. Digər deratizasiya xidmətləri ilə bağlı ətraflı məlumat üçün qeyd olunan linkə keçid edə yaxud ilanlardan qurtulmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 7/24 xidmətinizdəyik.