Qidalarda-gəmirici-problem

Qidaların içərisində siçan, siçovul

Qidalarda gəmirici problemi – Sosial şəbəkələrdə, tez-tez belə görüntülərə rast gəlirik. Qida müəssisələrində gəmiricilər qidaların üzərindədir, yaxud onların içərisindən çıxır. Bu mənzərə ilə özümüz də rastlaşa bilirik.

Gəmiricilər – siçanlar, siçovullar əsasən soyuq fəsildə, qorunmaq, qida tapmaq və balalamaq üçün onlara əlverişli olan məkanları seçirlər. Bu da ən çox böyük marketlərdə, qida anbarlarında onların toplaşmasına səbəb olur. Un kisələrinin və digər ərzaqların içərisinə girib orada balalayıb sürətlə artırlar. Kisəni açanda içərisində 10-12  bala birdən çıxır. Hər 4 aydan bir hamilə olan bir gəmiricinin nəsli  il ərzində 800-1000 ədəd artır. Siçan və siçovullar qidaların 20 faizini yeyirlər. Onlara toxunmaqla xəstəlik əmələ gətirir, həm də nəcisləri ilə çirkləndirirlər.

Gəmiricilərin qidalara vurduğu zərərlər

Gəmiricilər qida vasitəsilə insanlarda təhlükəli xəstəliklər törədir və yayırlar. Onlar qidaya toxunur və  yeyir. Bu zaman gəmiricilərin səthlərində olan patogen mikroorqanizmlər qida məhsuluna keçir. Sonra mikroorqanizmlər həmin məhsulda inkişaf edir. Bu qida ilə qidalandıqda mikroorqanizm insanın mədə-bağırsaq sisteminə düşür və burada inkişaf edərək müəyyən xəstəliklər törədir. Bir çox hallarda bu  ölümlə nəticələnə bilən xəstəliklər ola bilir. Gəmiricilər leptospiroz (qaraciyəri, böyrəkləri, əzələləri, kapilyarları, sinir sistemini zədələyən infeksiya), Sibir yarası, quduzluq, bruselyoz və s. xəstəliklərin yayıcılarıdır.

Gəmiricilərlə necə mübarizə aparılmalıdır?

Gəmiricilərin qida müəssisələrinə gəlməsinin qarşısı alınmalıdır. Onların gəldiyi yırtıqlar tutulmalıdır. Məkanda artıq gəmiricilər aşkarlanıbsa, onlara qarşı mütləq deratizasiya (gəmiricilərə qarşı mübarizə tədbirləri) həyata keçirilməlidir. Yalnız qida məhsullarının sağlamlığını bu yolla qorumaq mümkün ola bilər. Həmçinin cəza və cərimələrdən xilas olmaq mümkündür. Sanitar-gigiyenik qaydalara əməl etməyən, qidaların sağlamlığını qorumayan istehsalat sahəsi, ticarət şəbəkəsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cəzalandırılır və cərimələnir.

Gəmiricilərlə mübarizə sahəsində ixtisaslaşmış şirkətlər əsasən aşağıdakı deratizasiya üsullarından istifadə edirlər. Birincisi mexaniki üsuldur. Mexaniki üsul onların tələlərlə, yapışqanlarla tutulmasıdır. Digəri kimyəvi üsuldur ki, dərman preparatları, aldadıcı yemlər qoyulur və gəmiricilər onları yeyib məhv olurlar.

Dərmanlamada təhlükəsizlik tədbirləri

Dərmanlama apararkən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Çünki gəmirici dərmanı yeyib, sonra qidanı zəhərləyə bilər. Bu necə baş verir? Gəmiricilər zəhərdən müəyyən qədər yedikdən sonra onun ağzının ətrafında və ya bədəninin səthində həmin dərmanın müəyyən qalıqları qalır. Gəmirici qida məhsulunu yeyərək və ya onunla təmasda olarkən zəhər onun üzərinə, yaxud tərkibinə keçir. Həmin məhsulla insanlar qidalandıqda zəhərlənə bilər. Ona görə də kimyəvi dərmanlar hamı tərəfindən qoyula bilməz. Mütəxəssislər tərəfindən qoyulmalıdır. Çünki onlar dərmanları elə yerlərdə yerləşdirirlər ki, gəmirici onu yeyəndən sonra qidalarla təmasda ola bilmir. Bir çox hallarda dərmanlar xüsusi qutuların içərisində yerləşdirilir. Gəmiricilər ora daxil olur, dərmanlarla qidalanır və həmin yerdə də məhv olurlar.

Təhlükəsiz və effektiv deratizasiya tədbirləri üçün Sanitariya Epidemioloji Xidmətlər MMC-nin peşəkar komandasına müraciət edə bilərsiniz.

Related Blog