Yay fəsli ilə birlikdə ağcaqanad da gəldi. Daha doğrusu getməmişdi, nəmlik olan binalarda bütün fəsillərdə vardı. Sadəcə havalar isindikcə hər yerdə artdılar və qansorma fəaliyyətləri daha da aktivləşdi. Xüsusilə axşam saatlarında açıq havada vaxt keçirən insanlar tez-tez ağcaqanad sancması ilə üzləşirlər. Bu sancmalar bəzən sadəcə qaşınma ilə keçsə də, bəzi hallarda allergik reaksiyalara və ya infeksiyalara səbəb ola bilər. Bəs ağcaqanad sancanda nə etmək lazımdır?Sualın əraflı cavabını bu yazıdan oxuyun. Əvvəlcə ağcaqanad dişləməsinin əlamətlərinə nəzər yetirək.
Ağcaqanad dişləməsinin əsas əlamətləri
Ağcaqanad sancan nahiyədə adətən aşağıdakı simptomlar müşahidə olunur:
- Qızartı və şişkinlik
- Güclü qaşınma
- Bəzi hallarda ağrı və istilik hissi
- Uşaqlarda və allergiyaya meyilli insanlarda daha güclü reaksiyalar
İlkin tədbirlər
Ağcaqanad sancan yerə vaxtında, düzgün qulluq edildikdə narahatlıq azalır. Həmçinin infeksiyaların qarşısı alınır. Bəs nə etməliyik və nəyi etməməliyik?
- Qaşımaq olmaz. Qaşıma nəticəsində yaraya infeksiya düşə bilər.
- Kompres qoyun. Sancılan yerə buz və ya soyuq parça ilə kompres tətbiq edilərsə, qaşınma və şişkinlik azalar.
- Spirt və ya antiseptik kremlə təmizləyin. Bakteriyaların yaranmasının qarşısı alınacaq.
- Qaşıntıya qarşı kremlərdən istifadə edin. Hidrokortizon, aloe vera və ya kalamin losyonları effektiv nəticə verir.
- Allergik reaksiya əleyhinə dərman qəbul edin. Antihistamin preparatlar qaşınma və qızartını azaldacaq. Həkim məsləhəti ilə istifadə edilməlidir.
Ağcaqanad dişləməsindən yaranan təhlükəli hallar
Əgər dişləmədən sonra aşağıdakı hallardan biri müşahidə olunursa, dərhal həkimə müraciət etmək vacibdir:
- Bədənin müxtəlif nahiyələrində səpgilər və şişkinlik əmələ gələ bilər.
- Tənəffüs çətinliyi yaranar.
- Qızdırma və ürəkbulanma müşahidə edilə bilər.
Yara irinləyə və ağrı arta bilər
Ağcaqanaddan necə qorunmaq olar?
- Evinizin pəncərələrinə tor vurun.
- Ağcaqanadların qoxusunu sevmədiyi xüsusi vasitələrdən (repellentlər) istifadə edin.
- Geyiminiz açıq rəngli olsun.
- Ağcaqanadlar su olan yerlərdə çoxalır. Ətrafı yaş saxlamayın.
Çox zaman ağcaqanad sancmasına çox da əhəmiyyət vermirik. Nə qədər adi görünsə də, düzgün tədbir görülmədikdə sağlamlıq üçün riskli ola bilər. Ev şəraitində görüləcək sadə tədbirlərlə bu sancmaların fəsadlarını minimuma endirmək mümkündür. Ən əsası isə profilaktik tədbirlərlə ağcaqanadlardan qorunmaq hər zaman daha effektivdir.
Ağcaqanad dərmanlaması xidməti
Bu zərərvericilərlə mübarizədə öz səyləriniz yetərli deyilsə, ağcaqanad dərmanlaması ilə məşğul olan şirkətlərə müraciət edə bilərsiniz.
Biz də şirkət olaraq ağcaqanadlarla mübarizə xidmətimizlə sizə yardımçı ola bilərik. Şirkətimizə müraciət edin. Biz sizin bağınızı, həyətyanı sahənizi dərmanlayacağıq. Beləliklə zərərvericilər sizə yaxın gəlməyəcək.