ağcaqanadlara qarşı mübarizə

Ağcaqanadlara qarşı mübarizə tədbirləri

 Ağcaqandlara qarşı mübarizə – Yay istirahətinə qənim kəsilən qaniçənlər – ağcaqanadlar istirahət üçün ən gözəl vaxt olan yay axşamlarında vızıltısı ilə qulağımızın dibində oxuması azmış kimi canımıza da qənim kəsilən bu həşərat bizdən nə istəyir? Qanımızı. Çünki dişi ağcaqanadın qidası qandır. Erkək ağcaqanadlar isə bitkilərin şirəsi ilə qidalanır.

Ağcaqanadlar harada yaşayır?

Ağcaqanadların yaşayışı üçün əlverişli mühit isti, küləksiz, rütubətli, bataqlıq, qaranlıq yerlərdir. Su, gölməçələr ətrafında yaşayır. Onlar yumurtalarını suya yaxın yerdə qoyurlar.

Bu qaniçənlər əsasən yay fəslində dəniz kənarı, bağ evləri, restoran həyətlərində və s. yerlərdə çox olur. Lakin, zirzəmisində rütubət olan binalarda ilin bütün fəsillərində ağcaqanadlara rast gəlmək olur. Kanalizasiya və yeraltı sulara yaxın məskunlaşır. Qeyd olunduğu kimi yaz ayının sonları və bütün yay fəslində ağcaqanadlara qarşı mübarizə aktual mövzuya çevrilir.

Havanın temperaturu 14-15 dərəcəni  keçdikdə ağcaqanadlar aktivləşir və sancma qabiliyyətləri fəallaşır.

Ağcaqanadları hansı rənglər cəlb edir?

Türkiyə alimlərinin araşdırmasına görə, narıncı, qırmızı və qara rənglər ağcaqanadları daha çox cəlb edir.  İnsan dərisində qırmızı və narıncı çalarlara oxşarlıq olduğu üçün ağcaqanadların sancmasına tuş gəlir. Tədqiqatlara əsasən ağ, yaşıl, bənövşəyi və mavi rənglər bu həşəratları cəlb etmir. Buradan belə nəticəyə gəlmək olur ki, bu sadalanan rənglərdə paltar geyinməklə ağcaqanadlardan nisbətən can qurtarmaq olar.

Ağcanadlara qarşı mübarizə

Ağcaqandlar ən çox kimi kimi dişləyir?

 Ağcaqanad dişləməsi -Ağcaqanadların əsasən yumurtlama vaxtı qana ehtiyacı olur. Məhz bu səbəbdən yalnız dişi ağcaqanadlar qan sorur. Bəs onlar qaranlıqda da olsa ovlarını necə tapırlar? Canlılar nəfəs alıb-verərkən havaya karbon dioksid qazı yayılır ki, ağcaqanad da bu qazın iyinə ovunu tapır.

Ağcaqanadların kimi sancıb, kimi sancmayacağı isə bizim bədənimizdən asılıymış. Əgər bədəndən gələn təbii qoxu və yaxud vurduğumuz hansısa ətirləndiricilərin qoxusu həşərata xoş gəlirsə, qanımıza susayacaq.

Tədqiqatlara əsasən dərisində çox miqdarda asetion və karboksilik turşusu olan insanlar ağcaqanadları cəlb edib.

Yapon alimlərinin araşdırmasına görə, qan qrupu 1 olan insanları ağcaqanadlar daha çox dişləyir.

Tərləyən insanları ağcaqanad daha çox sancır. Çünki tərlə ifraz olunan laktik turşusu bu həşəratları cəlb edir.

Ağcaqanadlar qalın dərili insanları az dişləyirlər. Nazik dərili insanları isə daha çox sancırlar.

Bu həşəratların bir sevimli ovu da hamilə qadınlardır. Çünki hamilə qadınların qarın hissəsində temperatur bir qədər yüksək olur. Beləliklə də tərləmə yolu ilə ağcaqanadların şikarına çevrilirlər.

Ağcaqanadlar təhlükəli xəstəliklərin səbəbkarıdır

Ağcaqanadlar hər il dünyada 700 milyon insanı müxtəlif yoluxucu xəstəliklərə yoluxdurur. Onlar sancdığı yerə qaşınmaya səbəb olan maye buraxır.

Xəstə insanların və heyvanların qanını soran ağcaqanad sonra sağlam insanları sancır, beləliklə də infeksiya daşıyaraq xəstəliklərə yoluxdurur.

Onların sancması nəticəsində insanlar malyariya, hepatit C, B, Qərbi Nil virusu, sarı qızdırma, ensefalit və zika kimi xəstəliklərə yoluxa bilər.

İsti zonalarda yerləşən bölgələrdə teperatur yüksək olduğundan ağcaqanadların daşıdığı  xəstəliyin yoluxma riski çoxdur. Ona görə də ağcaqanadlara qarşı mübarizə tədbirlərinə xüsusi diqqət ayırmaq həmişə vacib məsələlərdən biri kimi gündəmdədir.

Ağcaqandlara qarşı mübarizə

Ağcaqanadlara qarşı mübarizə üçün çoxlu vasitələr var. Müxtəlif yapışqan tələlər, elektrik qovucular, losyonlar, spreylər, tabletlər, aerozollar. Bütün bunlar həşəratlarla mübarizədə effektiv təsir gücünə malikdir. Ancaq, bu üsulların təsir gücü müvəqqətidir.

Sanitariya.az şirkətinin ağcaqanadlarla mübarizə üsulu daha effektivdir. Biz həşəratları effektiv dezinseksiya (həşəratların məhv edilməsi üçün kompleks tədbirlər) tədbirlərimizlə uzaqlaşdırırıq və onların əsas mənbəyini məhv edirik.  Ağcaqanadlara qarşı mübarizə və digər dezinseksiya xidmətləri haqqında ətraflı məlumat ala və bizim 24/7 xidmətimizdən yararlana bilərsiniz.

Ağcaqanadlara qarşı mübarizə üsulları və ağcaqandların yaratdığı təhlükələr ilə  bağlı ətraflı  aşağıdakı videoya baxa bilərsiniz.

Related Blog