Sanitariya.az şirkəti “Tibbi tullantıların idarə olunması” mövzusunda seminar təşkil edib.
Şirkətimiz tərəfindən təşkil edilən “Tibbi tullantıların idarə edilməsi” adlı seminarda məqsəd tibbi tullantıların ətraf mühit, eləcə də insan sağlamlığı üçün təhlükə mənbəyi olmasına diqqət çəkmək, səhiyyə müəssisələrini bu tullantıların təhlükəsiz idarə edilməsi yönümdə maarifləndirməkdir.
Seminarda Səhiyyə Nazirliyinin, TƏBİB, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Ümumdünya Səhiyyə Təşkilatının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri və digər şəxslər iştirak edib.
Qeyd olunub ki, özəl tibb müəssisələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Tibbi tullantıların qaydalara uyğun, təhlükəsiz şəkildə toplanıb, daşınıb, utilizasiya olunmasında problemlər var. Bu sahədə maarifləndirmə işini genişləndirməyin vacibliyi vurğulanıb. Tibbi tullantıların daşınması haqqında daha ətraflı məlumat ala yaxud bizimlə birbaşa əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz.