tibbi tullantıların daşınması və utilizasiyası

Tibbi tullantıların idarə olunması və zərərsizləşdirilməsi

Tibbi tullantılar nədir?

Tibbi tullantıların idarə olunması – Tibbi tullantılar xəstəxanalar, poliklinikalar, tədqiqat yerləri, laboratoriyalar və s. tibb müəssisələrində əmələ gələn tullantılardır.

Tibbi tullantılar epidemioloji, toksikoloji, radiasiya dərəcəsinə, həmçinin ətraf mühitə mənfi təsirinə görə 4 sinfə bölünür:

A sinfi (təhlükəsiz)

Yoluxucu xəstəliklər və vərəm əleyhinə müəssisələr istisna olmaqla, habelə pasiyentlərin bioloji mayeləri ilə təmasda olmayan, digər səhiyyə ocaqlarının qida tullantıları, mebelləri, tərkibində toksik elementlər olmayan və işləməyən diaqnostika avadanlıqları, yoluxmamış kağız, süpürüntü, tikinti və s. tullantılardır.

B sinfi (təhlükəli)

Potensial yoluxucu xəstələrlə təmasda olmuş tullantılar, ifrazat, qanla çirklənmiş materiallar və alətlər, xəstələrin üzvi (bədən üzvləri, toxumalar və s.) cərrahiyyə tullantıları, qida qalıqları da olmaqla yoluxucu xəstəliklər şöbələrinin bütün tullantıları, 3 və 4-cü qrup patogen mikroorqanizmlərlə işləyən mikrobioloji laboratoriyaların tullantıları, bioloji tullantılar bu sinfə aiddir.

C sinfi (xüsusi təhlükəli)

Xüsusi təhlükəli yoluxucu xəstələrin təmasda olduğu materiallar, 1 və 4-cü qrup patogen mikroorqanizmlərlə işləyən laboratoriyaların tullantıları, vərəm əleyhinə və dəri-zöhrəvi xəstəxanaların tullantıları bu sinfə aiddir.

D sinfi (tərkibi sənaye tullantılarına yaxın olan)

Bu sinfə vaxtı keçmiş, yararsız dərman və diaqnostik preparatlar, dezinfeksiya vasitələri, kimyəvi preparatlar, tərkibində civə olan cihazlar daxildir.

tibbi tullantıların daşınması və utilizasiyası

Tibbi tullantıların növləri hansılardır?

Bunlar yoluxucu, patoloji, toksik, kimyəvi, əczaçılıq tullantıları, kəsicilər, yüksək miqdarda ağır metallar olan tullantılar, təzyiqli qablar və radioaktiv tullantılardır.

Kimyəvi tullantılar

Tərkibində kimyəvi maddələr olan bu tullantılar insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur. Ətraf mühitin strukturunu və ekoloji tarazlığını pozur. Bunlar istifadə olunmamış və vaxtı keçmiş dezinfeksiyaedici maddələr, laboratoriya materialları və s. tullantılardır.

Radioaktiv tullantılar

Tərkibində radioaktiv material olan bu tullantılar çirklənmiş şüşə qablar, radioterapiya və ya laboratoriya tədqiqatlarından qalan, istifadə olunmamış mayelər, qablaşdırma və ya uducu kağız, qorunmaq üçün qablaşdırılmamış bütün növ radioaktiv mənbələr, xəstələrdən götürülmüş və tərkibində qorunan qablaşdırma olan məhsul və ya nəcis tipli tullantılar misal ola bilər.

Patoloji tullantılar

Anatomik tullantı toxumaları, orqanlar və bədən hissələri, eləcə də cərrahi müdaxilə zamanı və ya sonradan yaranan bədən mayeləri pataloji tullantılardır. Əməliyyat otağı, morqda yarılma, məhkəmə – tibb ekspertlərinin tədqiqatı zamanı yaranan tullantılar, bədən hissələri, plasenta kimi insan tullantıları, üzvi hissələr, kəsilmiş əzalar, bioloji təcrübələrdə istifadə edilən cəsədlər patoloji tullantılara aiddir.

Əczaçılıq tullantıları

Tərkibində dərman preparatları olan təhlükəli və ya təhlükəsiz bütün növ tullantılardır. İstifadə müddəti bitmiş dərmanlar əczaçılıq tullantılarıdır. Heyvanlar üçün istifadə edilən dərmanlar və kremlər də əczaçılıq tullantıları hesab olunur.

Tibbi tullantıların yarada biləcəyi təhlükələr

Tibbi tullantılar çirklənmiş materiallardır. İnsan və ya heyvanların hissələri, bədən mayeləri də daxil olmaqla virus və bakteriyalarla dolu bu materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu tullantılara açıq əllə toxunmaq olmaz. Onlar adi məişət tullantıları qutusuna atılmamalıdır. Ev şəraitində də tibbi tullantılar varsa, yaxınlıqdakı tibb müəssisələrinə təhvil verilməlidir.

İnsanlarla yanaşı bitki və heyvanlar üçün də çox zərərli olan tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür. Elə tibbi tullantılar var ki, utilizasiya (zərərsizləşdirmək) olunmamış  torpağa basdırıldıqda yüz illərlə çürümür və beləliklə yeraltı su hövzələrinə qarışıb ağır yoluxucu xəstəliklər yayır. Ona görə də tibbi tullantıların idarə olunması çox vacib bir prosedurdur.

Təkrar emal edilən tibbi tullantılar

Tibbi tullantıların bəziləri təkrar emal edilə bilir. Əsasən də cərrahi alətlər. Belə materiallar sterilizasiya prosesindən sonra təkrar istifadə edilə bilər. Bu prosedurlar zamanı sterilizasiya protokollarına əməl edilməlidir.

Tibbi tullantıların idarə olunmasına dair tələblər

Tibbi tullantıların idarə edilməsi tibb müəssisələrindən çıxan hər cür məişət, tibbi və təhlükəli tullantıların istehsal edildiyi yerlərdə ayrıca toplanması, daşınması, müvəqqəti saxlanması və utilizasiyası kimi prosesləri əhatə edir.

Tibbi tullantılar onların utilizasiyadan əvvəl toplanması, saxlanması üçün nəzərdə tutulan və təhlükəsiz mühit yaradan zibil qutularına atılır.

Səhiyyə müəssisələrində tibbi tullantılar diqqəti cəlb etmək üçün qırmızı qutulara yığılır. Kəskin deşici tullantılar isə sarı qablara yığılır.

Tibbi tullantıların toplanması zamanı qırmızı rəngli möhkəm polietilen torbalardan istifadə edilir.

Torbaların dörddə üç hissəsi  dolduqda ağzı möhkəm bağlanır. Tullantı konteynerlərində utilizasiya sahəsinə daşınır. Torbaların ağzı bağlandıqdan sonra 48 saatdan az bir vaxtda utilizasiya sahəsinə çatdırılmalıdır. Tibbi tullantılar maşınlara yüklənərkən də əl və bədənlə təmas olmamalıdır. Tullantılar utilizasiya sahəsində dərmanlama, yüksək temperaturda yandırılma və  bir neçə prosesdən keçərək məhv edilir. Tibbi tullantıların idarə olunması məsələsini aktuallaşdırmaq və nəzarətdə saxlamaq birbaşa cəmiyyətimizin sağlamlığı və gigiyenası üçün çox vacib məsələdir.

Sanitariya.az şirkəti uzun illərdir tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə zərər vurmadan daşınmasını həyata keçirir. Bu və ya digər xidmətlərimiz haqqında məlumat almaq üçün şirkətimizin verdiyi xidmətlər hissəsinə keçid edə yaxud birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz.

Related Blog