Həşəratlar içərisində ən aktual problemlərdən biri də tarakandır. Müəssisələrdə, restoranlarda, kafelərdə, barlarda, uşaq bağçalarında, həmçinin evlərdə tarakan çox olur. 60 cür növü var. Ən çox yayılanı sarı, qara (Afrikada olur) və boz tarakan növləridir. Onlar ən çox su boruları, plintusların altında, yaş olan yerlərdə, mətbəxdə, çirkli qabların içərisində, şkafların divara yaxın olan yerlərində olur. Qonşulardan da gələ bilir.
Pivə sevən tarakanların qidaları
Tarakanın rahat yaşaması və artması üçün hansı şərait lazımdır? Qida, su, istilik və qaranlıq məkan. Tarakanlar çörək qırıntılarına, açıqda qalan şirniyyatlara, tortlara daraşırlar. Pivə olan yerdə çox olurlar. Onlar pivəni çox sevirlər.
Tarakan aclıq və susuzluğa çox dözümlüdür. Onlar 40 gün ac, 10 gün susuz yaşaya bilirlər. Həşəratın bu xüsusiyyəti onunla mübarizəni çətinləşdirir.
Tarakanlar necə xəstəlik yayır?
Tarakanlar çirkli yerlərdə, zibillikdə, kanalizasiya xətlərində, trapda gəzdikdən sonra sonra insan qidalarının üzərinə gəlir və onlardan qidalanaraq təmas edirlər. Beləcə mikrob yayırlar. İnsanlar da həmin qidalarla qidalandıqda xəstəliyə yoluxurlar. Bağırsaq infeksiyaları, dizenteriya, salmonellyoz, qarın yatalağı və s. tarakanlar tərəfindən insanlar arasında geniş yayılmış xəstəliklərdir. İctimai iaşə müəssisələrindən, barlardan tez-tez istifadə edən şəxslər bu xəstəliklərə daha çox yoluxur. Ancaq özləri də bu xəstəliyin haradan yoluxduğunu bilmirlər. Çünki baxırlar ki, istifadə etdikləri məkan təmizdir. Lakin müəssisənin mətbəxində nələr baş verdiyindən xəbərsiz olurlar.
Tarkanlara qarşı necə mübarizə aparılmalıdır?
Tarakanların kökünü kəsmək üçün onlar üçün münbit şəraiti aradan qaldırmaq vacibdir. Məkanın təmir işləri diqqətdə saxlanmalıdır. Çünki tarakanlar divarda olan çatlar vasitəsilə qonşulara yayılır. Su sızmaları, nəmişlik aradan qaldırılmalıdır. Bəzən restoran mətbəxində qab-qacaq yuyularaq üst-üstə yığılır. Suyu axa-axa qalır. Evlərdə dibçəkdə gül saxlanır. Gül sulandıqda rütubət yaranır. Bu da tarakanları cəlb edir. Yaxşı olar ki, dibçəklər axşam sulansın.
Zibil qabları məkandan uzaqda olmalıdır. Zibillər vaxtında atılmalıdır.
Dezinseksiya şirkətlərinin tarakanlara qarşı effektiv mübarizəsi
Tarakan yayılıbsa, onlara qarşı ən effektiv mübarizə üsulu dezinseksiya tədbirlərinin həyata keçirilməsidir. Bu dözümlü həşəratın öhdəsindən gəlmək üçün dərmanlama işləri peşəkar dezinseksiya şirkətlərinə həvalə edilməlidir. Sadəcə dərmanlayıb getməklə tarakanlardan qurtulacağınızı düşünürsünüzsə, yanılırsınız. İxtisaslaşmış dezinseksiya şirkətlərinin əməkdaşları su boruları, traplar, plintusların altı, küncləri, bir sözlə hər yeri dərmanlayırlar. Tarakanlar şkaflarla divarın arasında olur. Şkaflar divardan aralı çəkilib arxası dərmanlanır. Həmin yerlər tam təmizləndikdən sonra mebellər yerinə qaytarılmalıdır. Dərmanlama 7-10 gündən bir 3 dəfə təkrarlanmalıdır. Bu ona görədir ki, 1-ci dərmanlamada həşəratlar məhv olsun. Həşəratların qoyduğu yumurtadan çıxan balalarının məhvi üçün 2-ci dərmanlama aparılır. 3-cü isə profilaktikdir.
Bu sahədə peşəkar dezinseksiya şirkəti olan Sanitariya.az həşəratların kökünü kəsmək üçün xüsusi dezinseksiya üsullarından istifadə edir. Bizdə elə dərmanlar var ki, həşəratlar onun qoxusuna dözə bilməyib yuvalarından qaçırlar. Həşəratların gizli yuvalarını belə aşkar edirik. Həmin dərmanı xüsusi avadanlıqla künclərə vururuq. Tarakanlar kütləvi şəkildə yuvadan çıxırlar və dərmanlama ilə məhv olurlar. Beləcə problem kökündən həll olur. Siz də bu iyrənc həşəratdan qurtulmaq üçün bizə müraciət edə bilərsiniz.