Siçan və siçovullar insanların həyatında ciddi təhlükə yaradan gəmiricilərdir. Onların həm yaşayış yerlərinə, həm də sağlamlığa vurduğu zərərlər az deyil. Xüsusilə siçan və siçovulların yaydığı yoluxucu xəstəliklər insan həyatı üçün təhlükəli nəticələr doğura bilər. Bu gəmiricilər müxtəlif bakteriya, virus və parazitlərin daşıyıcısı olaraq birbaşa və dolayı yolla insanlara yoluxma mənbəyi olurlar.
Siçan və siçovulların daşıdığı əsas xəstəliklər bunlardır:
- Leptospiroz – Çirkli su və qida vasitəsilə insana keçən bu xəstəlik yüksək hərarət, qarın ağrısı, əzələ zəifliyi ilə müşahidə olunur.
- Tulyaremiya – Çox təhlükəli infeksiyalardan biridir. Siçanların nəcis və sidiyi ilə çirklənmiş qida məhsullarından insanlara keçir. Yüksək hərarət (38-40°C), titrətmə, üşütmə, halsızlıq, yorğunluq, baş, əzələ və oynaq ağrıları, ürəkbulanma və qusma kimi əlamətləri var.
- Salmonellyoz – Siçovulların gəzdiyi yerlərdə qida maddələrinin çirklənməsi nəticəsində yaranır və ciddi mədə-bağırsaq problemlərinə səbəb olur.
- Taun (Bubon taunu) – Tarixdə milyonlarla insanın ölümünə səbəb olmuş bu xəstəlik gəmiricilərin üzərində yaşayan birələr vasitəsilə yayılır.
Əsas əlamətləri şiddətli hərarət, titrətmə, limfa düyünlərində şişkinlik, ağrı və iltihab, baş ağrıları, zəiflik, ürəkbulanma, qusma və s.
- Hantavirus infeksiyası – Siçanların ifrazatları və toz vasitəsilə insana keçən virusdur. Xəstəlik ağır tənəffüs problemləri ilə nəticələnə bilər.
- Listerioz – Əsasən zəif immunitetli insanlarda daha təhlükəli olan bu xəstəlik siçovulların çirkləndirdiyi qidalar vasitəsilə yayılır.
Yoluxmanın qarşısının alınması yolları
Evin və iş yerlərinin gigiyenasına diqqət etmək vacibdir. Qida və su mənbələrini qoruyun. Siçan və siçovulların ən çox cəlb olunduğu amil açıqda qalan yemək və su mənbələridir. Qida qalıqlarını açıqda saxlamayın ki, siçan və siçovullar artmasın.
Divarlarda, döşəmədə, tavanda olan çatları və deşikləri bağlayın. Bu gəmiricilər kiçik boşluqlardan asanlıqla məkana daxil ola bilər.
Peşəkar dərmanlama xidmətindən istifadə edin. Siçan və siçovulların çoxalmasının qarşısını almağın ən effektiv üsullarından biri mütəmadi deratizasiya – dərmanlama aparmaqdır.
Siçan və siçovulların yaydığı yoluxucu xəstəliklər həm sağlamlıq, həm də ictimai təhlükəsizlik üçün böyük risk daşıyır. Onların yayılmasının qarşısını almaq üçün mütəmadi tədbirlər görmək, gigiyenaya riayət etmək və peşəkar xidmətlərdən istifadə etmək vacibdir. Unutmayın ki, siçan və siçovullarla mübarizə aparmaq, əslində, xəstəliklərin qarşısını almaq deməkdir.
Sanitariya Epidemioloji Xidmətlər MMC gəmiricilərlə mübarizə sahəsində uzun illərin təcrübəsinə malik şirkətdir. Biz siçan və siçovullarla bir neçə üsullarla mübarizə aparırıq. Həm canlı yaxalama tələlərimizlə, həm də keyfiyyətli dərmanlarımızla siçan, siçovul probleminizi kökündən həll edirik. Bizə müraciət edin, gəmiricilərdən azad olun.