“Sanitariya Epidemioloji Xidmətlər” MMC tərəfindən İSO Standartının Prosedurlar toplusunun “Liderlik və işçilərin səriştəsi” sənədinə müvafiq işçi məmnuniyyəti sorğusunun keçirilməsi ilə əlaqədar Qərar qəbul edilmişdir.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin işçilərinə 13 sualdan ibarət respondent sorğusu paylanmışdır. Cəmiyyətin işçiləri Sorğuda fəal iştirak etmişlər. Onlar sorğu blankında cavabları işarələməklə yanaşı, həm də şəxsi fikirlərini də bildirmişlər.

Keçirilən sorğunun cavablarında “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin fəaliyyətindən ümumilikdə razılıq çoxluq təşkil etsə də, işçilərin şəxsi qeydləri və qismən razılığın olması bizim üçün daha əhəmiyyətlidir. Bu idarəetmənin daha da təkmilləşdirilməsi üçün bizə əsas verir.
Bununla yanaşı ISO Standartının Prosedurlar toplusunun “Müəssisədaxili normativ sənəd fəaliyyətin qiymətləndirilməsi, monitorinq, ölçmə, təhlil və qiymətləndirmə san.ms.9.1.” sənədində nəzərdə tutulmuş “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin əməkdaşlıq etdiyi bəzi müəssisələr arasında 11 suadan ibarət “Müştəri məmnuniyyəti” Sorğusu paylanmışdır. Sorğuda müxtəlif fəaliyyət növü ilə məşğul olan müəssisələr iştirak etmişlər. Sorğuların təhlili göstərir ki, əməkdaşlıq etdiyimiz müəssisələr fəaliyyətimizi qənaətbəxş hesab etmişlər.

Müəssisələr fəaliyyətimizi dörd ballıq şkala üzrə 4 bal (tam razı) 67,4% qiymətləndirdiklərinə görə təşəkkür edirik. Bu mənəvi dəyər bizi heç də arxayın etmir. Xidmətimizin mükəmməl olmasından ötrü istiqamətimizin yerdə qalan 32,6%-in üzərindən qurulması bizim üçün həyati vacibdir. Məhz bu obyektiv münasibətə görə respondentlərə xüsusi minnətdarlığımızı bildiririk.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC olaraq keçirilən Sorğuda iştirak edən hər bir kollekiv üzvünə və müəssisələrə səmimi dost münasibəti göstərdikləri üçün “SAĞ OLUN” deyirik.