Son illərdə Azərbaycanda respirator xəstəliklərin (qrip, bronxit, astma və digər tənəffüs yolları problemləri) artması müşahidə olunur. Xüsusilə payız-qış mövsümündə virusların yayılması, həmçinin havadakı toz, allergen və mikroorqanizmlərin çoxalması insanların sağlamlığını daha həssas vəziyyətə salır. Statistik məlumatlara görə, respirator xəstəliklər tənəffüs yollarının ən çox rast gəlinən infeksiyaları arasında yer alır və bu xəstəliklərin qarşısının alınmasında gigiyena və mühitin təmizliyi mühüm rol oynayır.
Respirator xəstəliklərin artmasının səbəbləri
Respirator xəstəliklərin artmasının əsas səbəblərindən biri yaşayış və iş yerlərində havanın çirklənməsi, dezinfeksiya tədbirlərinin kifayət qədər aparılmamasıdır. Virus və bakteriyalar ən çox qapalı məkanlarda, xüsusilə də kollektivlərin çox olduğu ofis, məktəb, xəstəxana və ictimai yerlərdə sürətlə yayılır. Yeni tədris ili başlayan ilk həftədən şagirdlər arasında qripəbənzər virus yayılmaqdadır. Bu da dərslərdə davamiyyətin aşağı düşməsinə səbəb olur.
Viruslarla mübarizədə dezinfeksiya xidmətlərinin əhəmiyyəti
Yuxarıda sadalanan problemlərdən qorunmaq üçün dezinfeksiya tədbirləri lazımdır. Bu həm fərdi, həm də ictimai sağlamlığın qorunmasında vacib addımlardan biridir. Dezinfeksiya yalnız xəstəlik yayıldıqdan sonra deyil, həm də profilaktika məqsədilə aparılmalıdır. Məsələn, evlərdə, ofislərdə və digər obyektlərdə səthlərdə, mebellərdə və havada olan mikroorqanizmlərin aradan qaldırılması, tənəffüs yollarını qorumağa kömək edir. Xüsusilə uşaqlar, yaşlı insanlar və immun sistemi zəif olan, xroniki xəstə şəxslər üçün belə tədbirlər həyati əhəmiyyət daşıyır.
Bizim işimiz sizin təhlükəsizliyinizdir
Uzun illər fəaliyyət göstərən peşəkar dezinfeksiya şirkətimiz respirator xəstəliklərin qarşısının alınması üçün yüksək keyfiyyətli xidmətlər təqdim edir. Xüsusi avadanlıq və təsdiqlənmiş dezinfeksiyaedici vasitələrdən istifadə edərək, qapalı məkanlarda virus, bakteriya və allergenləri effektiv şəkildə məhv edirik. Məqsədimiz yalnız mövcud infeksiyaları aradan qaldırmaq deyil, eyni zamanda gələcəkdə bu xəstəliklərin yayılmasının qarşısını almaqdır.
Əgər siz də ailənizin və ya kollektivinizin sağlamlığını qorumaq, respirator xəstəliklərin qarşısını almaq istəyirsinizsə, bizim dezinfeksiya xidmətlərimizdən yararlana bilərsiniz. Sağlam mühit – sağlam gələcək deməkdir.
Bizimlə əlaqə saxlayın, məkanınızı respirator xəstəliklərdən qorumağa kömək edək!