Qoturluq son zamanlarda çox yayılan xəstəlikdir. Mikroskopik gənələr (Sarcoptes Scabiei) xəstəliyin yaranmasına səbəb olur. Sırf dəri altında yaşadığı üçün ona dərialtı gənə də deyilir. Dərinin üst təbəqəsini deşərək kanal kimi yuva qurub orada yaşayır, yumurtalar qoyur. 1-2 santimetr sonra dəri altından çıxaraq öz fəaliyyətini davam edir.
Qoturluğun dəridə yaratdığı ilk problem qaşınmadır. Gənə dəriyə düşəndən sonra dəri altında öz fəaliyyətini həyata keçirmək üçün müəyyən vaxt lazım olur. Bu vaxtda qaşınma əmələ gəlir. Bu müddət 3-5 gün ola bilər. Yoluxma yollarından asılı olaraq 1-2 həftəyə qədər uzana bilər. Bu hansı halda baş verir? Əgər yoluxma gənənin özü ilə deyil, yumurtaları vasitəsilə baş veribsə. Çünki yumurtanın içindən gənənin əmələ gəlməsi və fəaliyyətə başlaması üçün vaxt lazımdır.
Qoturluğun yaratdığı digər problemlər, ağırlaşmalar
Qaşınarkən dəri təbəqəsi zədələnə bilər. Çirkli əl vasitəsilə ora patogen mikroblar, streptokoklar, stafilokoklar düşərsə, piodermiya xəstəlikləri yaranır. Allergik əlamətlər ola bilər.
Bəzən səhv diaqnoz qoyulduqda, xəstəlik düzgün müalicə olunmadıqda, başqa dərmanlar istifadə etdikdə, onlar öz fəsadını göstərə bilər.
Qotura, gənəyə qarşı istifadə edilən dərmanlar da qıcıqlandırıcı təsir göstərə bilir. Müəyyən həssas insanlarda kontakt dermatit, allergik dermatit kimi özünü göstərə bilər. Bu zaman qoturluğun üstünə 2-ci, 3-cü xəstəlik əlavə olunur.
Qoturluğun diaqnostikası
Təcrübəli həkimlər bu xəstəliyi gözlə də təyin edə bilir. Dəqiq yoxlanış üçün mikroskopik tədqiqat aparılır. Dərinin üst hissəsi qaşınaraq mikroskopla baxılır. Bu zaman ya diri gənələr, ya onların yumurtaları və ifrazatı görünür.
Qoturluğun diaqnostikasında dermatoskop adlı cihazdan da istifadə olunur. Bu mikroskopun daha yaxşı böyüdən formasıdır. Onunla səpkilərə baxmaqla gənənin dəri altındakı yollarını görmək olur.
Qoturluğun yoluxma yolları
Qoturluq təmas yolu ilə yayılır. Təmas sıx olduqca yoluxma sürətli baş verir. Xəstəlik yoluxmuş paltar, yataq dəsti, dəsmallar, qucaqlaşma, öpüşmə, əllə görüşmə vasitəsilə yayılır. Otellərdə, istirahət mərkəzlərində, qatarlarda, hərbi hissələrin kazarmalarında sadalanan əşyalar düzgün yuyulub qaynadılmadıqda, ütülənmədikdə xəstəlik yayılır. Belə vaxt insan özü də kimdən yoluxduğunu bilmir.
Paltar mağazaları da bu baxımdan riskli yerlərdir. Xəstə insan paltar geyinir, baxır, soyunub yerinə qoyur. Bundan istər yarım saat, istərsə də bir həftə sonra sağlam insan bu paltarı geyinsə, qoturluğa yoluxacaq.
Qoturluq xüsusilə müharibə şəraitində daha çox yayılır. Ölkəmizdə ən çox yoluxma 90-cı illərdə və 2020-ci ildə müşahidə olunub. Çünki müharibə şəraitində kazarmalarda sanitar qaydalara tam şəkildə əməl etmək mümkün olmur. Həm xəstəlik sürətlə yayılır, həm də bu şəraitdə onu sağaltmaq da çətin olur. 1-ci Qarabağ müharibəsində qaçqın düşərgələrində də vəziyyət bu baxımdan çox çətin idi.
Qoturluqdan necə qorunmalı?
Bu xəstəlikdən qorunmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Kimləsə əllə görüşürük, avtobusda, metroda tutacaqlardan tuturuq, həmən əlləri sabunla yumaq lazımdır. Çünki gənə dəri altına girməmiş adi sabunla yumaq onu dərinin üstündən təmizləyə bilir. Paltar dükanından da gəldikdə həmən duş qəbul etdikdə yoluxma riski azalmış olur. Ancaq bu, o halda effektiv olur ki, gənənin yumurtası düşsün. Ancaq gənənin özü düşəndə qısa bir vaxtda dərinin altına girir. Bu zaman duş qəbulu da qarşısını almır.
Qoturluq xəstəliyinə qarşı dezinfeksiya şirkətlərinin köməyi
Qoturluq xəstəliyinə yoluxmuş insan nə qədər müalicə olunsa da dezinfeksiya tədbirləri görülməsə, problem həllini tapmayacaq. İstərsə ən güçlü dərmanlar qəbul etsin, istərsə müalicə dövrünü uzatsın, yenə də mümkün olmayacaq. Çünki xəstə sağalır, paltarında, yatağında və digər əşyalarında olan gənələr və yumurtaları yenidən yoluxur. Paltarlar, yataq dəstləri, dəsmallar və bu kimi əşyalar qaynar su ilə yuyulmalı, ütülənməlidir. Evdəki bütün əşyalar, yumşaq mebellər, oturacaqlar, qapıların dəstəyi, ətraf mühit və s. hər tərəf xüsusi məhlullarla dezinfeksiya olunmalıdır. Bunu ixtisaslaşmış dezinfeksiya şirkətlərinin əməkdaşlarına etibar edə bilərsiniz. Bu sahədə uzun illərin təcrübəsinə malik Sanitariya.az da bu işin peşəkarı olan dezinfeksiya şirkətidir.
}