Qəhvəyi mərmər bağacığı

Qəhvəyi mərmər bağacığı sizi müflis edir

Qəhvəyi mərmər bağacığı bitki ilə qidalanan həşəratdır. Bu zərərverici bitkilərin qənimidir. Onların meyvələrinin, cavan budaqlarının və yarpaqlarının şirəsini sorur. Məhsuldarlığı aşağı salaraq ciddi iqtisadi itkilərə səbəb olur.
Təsəvvür edin ki, 2010-cu ildə ABŞ-nin 33 ştatında bağacığın təsərrüfata vurduğu ziyan 21 milyard dollar olmuşdur.
300-dən çox bitki növünə zərər vurma qabiliyyətinə malikdir. Daha çox fındıq, xurma, üzüm, qarğıdalı, sitrus bağlarına daraşır.
Sürətlə çoxalan həşəratdır. Onun təkcə yetkin fərdi ziyankar deyil, həmçinin sürfələri də. Belə ki, sürfələr də yetkin fərdlər kimi bitkini məhv edir. Sitrus bitkilərinin, xurma və üzümün meyvələri yetişmədən tökülür. Qərzəkli bitkilərin meyvələrini erkən mərhələdə zədələyir və ləpə inkişafdan qalır. Qəhvəyi mərmər bağacığı insanları və heyvanları dişləmir. Onların insanlara olan fiziki zərəri budur ki, həşərat bədənindəki vəzlərdən çox pis qoxulu maye ifraz edir və bu da allergenlərə qarşı həssas olan insanların nəfəs yollarını qıcıqlandıra bilər. Xüsusilə də ona toxunanda bu qoxunu ifraz edir.
Zərərverici ölkəmizin şimal-qərb və qərb rayonlarında daha çox olur.
Bağacığın rəngi qəhvəyidir, üzərində ləkələr var. Bədən ölçüsü 12-17 mm, forması yastı və uzunsovdur. Həşəratın bədənindəki açıq və tünd rəngli ləkələr onu mərmərə oxşadır. Buna görə də ona mərmər bağacığı deyilir.

Yaşayış yeri

Qəhvəyi mərmər bağacığı isti yerləri xoşlayır. Yetkin həşərat daha çox yaşayış binalarında və başqa tikililərdə, anbarlarda, çardaqda, qapı və pəncərələrin, taxta və odunların arasında qışlayır. Bəzən bir yerə minlərlə bağacıq yığıla bilir. Həşəratlar kitab rəflərində, divan və kresloların alt hissələrində, divardakı çatlarda və s. yerlərdə toplaşırlar. Köhnə paltarların, pərdələrin, xalçaların arasında, karton qutuların içində gizlənirlər.
Yazda həşərat qışlama yerini tərk edir və qidalanır. 1–2 həftə qidalandıqdan sonra dişi bağacıqlar yumurta qoyurlar. Yumurtaları bitkilərin aşağı hissəsinə qoyurlar. Yumurtalar ağ rəngdədir, ölçüsü 1,3 – 1,6 mm olur. 25–30 ədəd olmaqla topa şəklində olur.

Yoluxma yolları

Zərərverici və onun sürfələri nəqliyyat vasitələri ilə, daşınan yüklərin arasında, meyvə-tərəvəz, güllər, kollar, bitkilər və s. vasitəsilə yayılır.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə

Bağacığın qışlamasına imkan verməmək üçün evləri, çardaqları və digər tikililəri təmiz saxlamaq lazımdır. Təmirində problem olan yerlər təmir edilməlidir. Pəncərələrə mütləq tor vurulmalıdır.
Aşkar olunan zərərvericiləri tozsoranlamaq və yaxud süpürgə ilə süpürüb, toplayıb məhv etmək olar.
Bağacıqla mübarizədə tələlərdən, süni sığınacaqlardan da istifadə edilir. Onların toplaşdığı tikililərdə və əkin sahələrində tələlər qoyulur. Boş qutuya karton və ya kağız parçaları doldurulur. Qutu bağacığın qışladığı yerlərdə asılır. Qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilir. Bağacıqla mübarizədə yapışqanlı lentlərdən də istifadə etmək olar. Lampa işıgına gələn ziyanvericilər yapışqana yapışır.
Aerozollardan istifadə olunsa da bir o qədər effekti olmur.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizəni yazda başlayanda effektiv olur. Çünki zərərvericinin birinci nəsli o vaxt inkişaf edir. Birinci nəslin məhvi sonrakı nəslin də inkişafının qarşısını alır.
Qəhvəyi mərmər bağacığına qarşı ən effektiv mübarizə üsulu kimyəvi metoddur. Piretroit və neonikotinoid insektisidlərin istifadəsi yüksək səmərə verir. Zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirlərini dezinseksiya şirkətlərinin ixtisaslaşmış mütəxəssisləri aparmalıdır. İnsektisidlərdən istifadə edərkən onların yaşayış sahələrində istifadəsinin təhlükəsizliyinə əmin olmaq lazımdır. Zərərvericilərlə mübarizə sahəsində ixtisaslaşmış şirkət olan Sanitariya.az-ı seçsəniz, qəhvəyi mərmər bağacığından da qurtulmuş olacaqsınız.

Şirkətimiz bu zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirir. Təsərrüfatınızın xilası üçün zəng edin.

Related Blog