“AZZA” QSC-nin dəvəti ilə 23 noyabr 2023-cü il tarixdə baş ofisində SƏTƏMM mütəxəssislərinin, istehsalat sahə rəhbərlərinin və keyfiyyətə nəzarət xidmətinin işçilərinin iştirakı ilə “Müasir dövrdə PEST Kontrol (dezinfeksiya, dezinseksiya və deratizasiya)” mövzusunda təlim keçirilmişdir. Təlim “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin Baş həkim sanitar-epidemioloq Əkbərova E.H, Keyfiyyət və xidmətə nəzarət şöbəsinin müdiri Ağayev S.M tərəfindən mövzu ilə bağlı çıxışları olmuşdur. Təlimdə məruzulər ilə yanaşı iştirakçıların qaldırdıqları məsələlərə aydınlıq gətirilmiş və onların suallarına ətraflı cavablar verilmişdir. “AZZA” QSC-nin təlimdə fəal iştirak edən bir qrup nümayəndəsinə “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin sertifikatları təqdim olunmuşdur. Təlim iştirakçıları “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin keçirdiyi təlimdən razı qaldıqlarını bildirmişlər.