Pərdə-Jaluz-təmizliy

Pərdə, jalüz təmizlənməsi

Pərdə, jalüz təmizlənməsi – Pərdələr məkanın yaraşığıdır. Onlar həmişə təmiz olmalıdır. Pərdələr zamanla toz və kir yığa bilir.

Pərdələrin materialından və növündən asılı olaraq onların  təmizlənmə üsulu da dəyişə bilər. Üsulu ona görə seçin.

Pərdələrinizi təmizləmədən öncə etiketlərindəki təlimatları nəzərdən keçirin. Bəzi pərdələr yalnız quru təmizlənə bilər, digərləri isə yuyula bilər.

Pərdələri tozsoranla təmizləyə bilərsiniz. Bu üsul tozların, azacıq olan kirlərin öhdəsindən gəlir.

Pərdələri həmçinin yuya bilərsiniz. Bu zaman etiketdəki təlimata uyğun hərəkət edin.

Pərdələri paltaryuyan maşında yuyarkən yüksək fırlanma və yüksək dərəcədə isti su proqramından istifadə edilməməlidir. Paltaryuyan yuduqdan sonra dərhal qurumağa asın ki, çox qırış olmasın. Bu çox ütüləmədən qoruyur. Pərdəni çox qurumamış, azacıq nəm halda asılqandan götürüb ütüləyin. Bu zaman qırışlar yaxşı açılır. Organza və tül  pərdələr aşağı rejimdə ütülənməlidir. Əks halda yana bilər.

Quru təmizləmə tələb edən pərdələr də var. Bu üsul daha təhlükəsizdir. Pərdələrin zədələnməsinin qarşısını alır.

Elə pərdələr var ki, onları yumaq, həmçinin quru təmizləmək zərərlidir. Onların materialı çox zərif olur. Onları azacıq nəm parça ilə  əllə silin. Təmizləyici vasitələrin pərdələrə zərər vermədiyinə əmin olun.  Yuyub, qurutma prosesində pərdənin əyilməsinə imkan verməyin.

Tül pərdələr necə təmizlənir?

Tül pərdələri pəncərədən açdıqdan sonra silkələyib çırpın. Yaxud da tozsoranlayın ki, tozu təmizlənsin. Soyuq suda yuyucu vasitə istifadə etmədən yaxalamaqla da tozunu almaq olar?

Tül pərdələri əllə yumaq tövsiyə olunur. Əvvəlcə pərdələri yuyacağınız qabı soyuq su ilə doldurub tülləri suya salın. Azacıq yuyucu vasitələrdən istifadə etmək olar. Tülləri güclü sürtmək olmaz. Yumşaq şəkildə yuyun.

Tül pərdələri pəncərəyə nəm halda asa bilərsiniz. Orada quruyacaq.

Parça və tül pərdələrin tez-tez yuyulması da zərərlidir. Pərdənin istifadəyə yararlılıq müddətini qısaldar. Tez-tez yuyulmaya ehtiyac qalmaması üçün ayda bir dəfə tozsoranla təmizləyin.

Parça pərdələrin təmizlənməsi

Parça və tül pərdələrin uzun illər istifadə oluna bilməsi üçün diqqət edin. Pərdələrinizin davamlı yuyulması onların ömrünü qısaldar, ona görə də ayda bir dəfə tozsoranla təmizləmək yuyulma tezliyini azaldacaq.

Pərdələri yuduqdan sonra təmiz su ilə yaxalayıb sıxın. Yaş tülləri yumşaq bir dəsmalla qurulayın və asın.

Qalın pərdələrə daha çox toz və kir yığılır. Bu səbəblə onları təmizləmək çətin olur.

Etiketdəki təlimata uyğun hərəkət edin. Çünki yalnız quru təmizlənə bilən pərdələr olur. Həmçinin yuyula bilənlər də var. Yuyulma qaydalarına da nəzər yetirin.

Pərdələrinizi toz və kirdən təmizlənməsi üçün çırpın.  Tozsoranlaya da bilərsiniz. Açıq havada havalandırmaq da tövsiyə edilir. Pərdədə ləkə varsa, əvvəlcə onları çıxarın. Ləkə çıxarıcı vasitələrdən istifadə edin. Təlimatlara uyğun olaraq yuyun. Elə pərdələr var ki, isti su ilə yuyulur. Bəziləri isə soyuq su ilə yuyulmalıdır.

Pərdələrin qurudulması da təlimata uyğun aparılmalıdır. Quruducuda qurudulan və yalnız havada  təbii qurudula bilən pərdələr mövcuddur.

İpək və tafta kimi parçalar quru təmizlənsə, daha yaxşıdır.

Rolik pərdələrin təmizlənməsi

Parça rolik jalüzlər rahat pərdələrdir. Onlar toz saxlamır. Ona görə də tez-tez yumağa ehtiyac olmur. Pəncərənin üzərindəcə tozsoranla asanlıqla təmizləmək olur. Çıxarıb əllə yuya da bilərsiniz

Jalüz pərdələrin təmizlənmə üsulu

Jalüz pərdələr alüminium materialdan hazırlanıbsa, iki ayda bir dəfə təmizləmək olar. Bu tozsoranlamaqla da ola bilər, yumaqla da. Vaxtında toz təmizlənərsə, yuyulma müddətini uzatmaq olar.

Metal materialdan  olan jalüzlərin yuyulması zərərli deyil. Pərdələrinizi düz bir yerə qoyub yuyucu vasitə qatılmış su ilə yuya bilərsiniz.

Taxta materialdan olan jalüz pərdələr asan təmizlənir. Parça ilə tozları rahat təmizləyə bilərsiniz.

Pərdələrinizin istədiyiniz təmizliyinə, parlaqlığına nail olmaq istəyirsiniz, ancaq buna nə vaxtınız, nə də fiziki gücünüz yetmir? Elə isə Sanitariya.az şirkətinə müraciət edin. Şirkətimiz evlərdə, ofislərdə, otel, restoran, tibb, təhsil müəssisələrində və digər yerlərdə pərdə, jalüz təmizliyi xidməti göstərir.

Related Blog