Ozon-dezinfeksiyasi.

Ozon dezinfeksiyası nədir

Ozon virus, bakteriya, göbələk, toz gənələri, allergenləri, kif və xoşagəlməz qoxuları məhv etmək üçün effektiv dezinfeksiya üsuludur.
Ozon yüksək oksidləşdirici qazdır. O, havada, suda, bütün səthlərdə, həmçinin çatlar, deşiklər və digər əlçatmaz yerlərdə mikroorqanizmləri məhv edir. Elə bakteriyalar var ki, kimyəvi maddələrə davamlıdır. Ancaq ozon onları məhv etməyə qadirdir.
Epidemiya şəraitində ozon dezinfeksiyasının rolu əvəzsizdir.
Qaydalara əməl olunarsa, ozonlama tamamilə təhlükəsizdir.

Ozon dezinfeksiyası harada tətbiq edilir?

Hər yerdə tətbiq oluna bilər. Yaşayış binaları, bağ evləri, biznes mərkəzləri, ofislər otel, restoran, kafe, müxtəlif xidmət və sosial obyektlər, fabriklər, zavodlar, anbarlar, istixanalar, istehsal, tibb, təhsil müəssisələri, gözəllik salonları, idman zalları, avtomobillərin salonları və digər yerlərdə ozonlama həyata keçirilə bilər.

Tibb müəssisələrində ozon dezinfeksiyası

Dezinfeksiya tibb müəssisələrinin ən vacib qaydasıdır. Xəstəxana, poliklinika, laboratoriya, və s. yerlər dezinfeksiya olunmalıdır. Ozon qazı dezinfeksiya və sterilizasiyada ən təsirlisidir. Kimyəvi vasitə sərf etmədən xəstəliyin yayılma riskini minimuma endirir, daha təhlükəsiz mühit formalaşdırır.

Ofislərin ozonla dezinfeksiyası

Uğura sağlam kollektivlə çatmaq olar. İşlərinizin axsamağını istəmirsinizsə, kollektivinizin qayğısına qalmalısınız. Ofisinizdə mütəmadi aparılan dezinfeksiya kollektivdə virusa yoluxma riskini azaldır.
Ofis ləvazimatları, mebellər, masalar, açarlar, telefonlar, kompüterlər, bütün səthlər vaxtaşırı dezinfeksiya olunmalıdır. Mətbəx və sanitar qovsaqdakı avadanlıqlar, səthlər, həmçinin ofisin havası dezinfeksiya edilir. Ozonlamadan sonra məkan havalandırılmalıdır.
Sənədlər, pullar və digər kağızlarda virus və bakteriyalar olur. Onları ozonla dezinfeksiya etmək tövsiyə edilir. Bu məmulatları ozon generatoru işləyən yerdə təxminən 20 dəqiqə saxlamaq kifayətdir. Ozonlamadan 2 saat sonra sözügedən məmulatları istifadə etmək olar.

Avtomobillərdə xoşagəlməz qoxuların ozonla yox edilməsi

Siqaret tüstüsünün, tökülən mayelərin, daşınan heyvanların təsirindən avtomobillərdə xoşagəlməz qoxu yaranır. Avtomobilə hava təravətləndirici vurulur, salon tozsoranla təmizlənir, kirlər silinir, ancaq qoxu yenə də çəkilmir. Çünki bakteriyalar oturacaqlara və üzlüklərə nüfuz edib. Ozonla dezinfeksiya bu problemi həll edir. Kondisioneri də dezinfeksiya edin. Orada da bakteriyalar və qazlar yığılır. Heyvan tükləri, toz hissəcikləri, üzvi birləşmələr və bakteriyalar allergik reaksiyaya səbəb ola bilər. Ozonlama bütün bu problemləri aradan qaldırır.

Məkanlardan xoşagəlməz qoxuların ozonla götürülməsi

Yeni təmir edilmiş yerlərdə boya, yapışqan, lak, divar kağızı və s. materialların qoxuları yaranır. Yanğından sonra iy əmələ gəlir. Təmizləyici məhsulların, yuyucu vasitələrin kəskin qoxusu olur. Restoranlarda cürbəcür qidaların və yağların xoşagəlməz iyləri yaranır. İnsan və ya heyvan öləndən sonra meyit qoxusu hiss olunur. Bütün bunlar ozonla məhv edilir. Xüsusilə də mərhum hər hansı bir yoluxucu virus xəstəliyindən vəfat etdikdə ətrafdakı insanların sağlamlığı üçün ozon dezinfeksiyası qaçılmazdır. Zirzəmi və bloklardan gələn sidik, nəcis, tullantı qoxularının, eləcə də qeyri-peşəkar dərmanlama nəticəsində restoran, otel və evlərdə ölüb qalan siçan, siçovul iylərinin aradan qaldırılması üçün ozonlama tətbiq edilir. Ozon qoxunu basdırmır, tamamilə məhv edir.

Həşəratların ozon dezinfeksiyası ilə məhv edilməsi

Ozon dezinfeksiyası ilə həm də həşəratları məhv etmək olur. Tarakan, birə, milçək, qarışqa, gənə, güvə, meyvə milçəkləri, yataq böcəkləri, ağac bitləri, gümüş böcəkləri və digər həşəratlar bu üsulla məhv olur.

Havadakı zəhərli kimyəvi maddələrin ozonla təmizlənməsi.
Termometr qırıldıqda, civə ətrafa yayılır və zəhərlənməyə səbəb ola bilər. Yaxud da enerjiyə qənaət edən lampa qırılaraq havanı zəhərləyir. Ozonun köməyi ilə qapalı havadan bu zəhərlər təmizlənir.

İstixana və anbarlarda ozonlama

On dəqiqəyə istixana kifayət qədər ozonla doldurulur, hətta zərərvericiləri və mikrobları öldürmək üçün bitkilərin köklərinə nüfuz edə bilər. Bu da bitkilərin böyüməsinə kömək edir.
Ozon tərəvəzin üzərində kif əmələ gəlməsinin qarşısını alır.
Toxumlar dezinfeksiya üçün ozonlu suda isladılır.
Anbarda ozonlama gecə saatlarında, insanlar olmadan, tam qapalı və yüksək rütubət şəraitində (rütubət 60% -dən yuxarı olduqda effektiv olur) aparılır. Ozonlamadan sonra anbar bol havalandırılır.

Baytarlıq müəssisələrində ozonlama

Ev quşları və heyvanların yaşayış yerlərində yoluxucu xəstəliklərin patogenləri ozonla məhv edilir. Quşçuluq və heyvandarlıq komplekslərində binaların, avadanlıqların, qabların profilaktik dezinfeksiyası əhəmiyyətlidir.
Quş yumurtalarının inkubasiya texnologiyasında ozonun yumurta qabıqlarına, inkubatorun havasına və müxtəlif avadanlıqlara tətbiqi effektivdir.

İçməli suyun ozonla dezinfeksiyası

İçməli suyun ən effektiv dezinfeksiyası ozonlamadır. Virusları, bakteriyaları məhv etməkdə xlordan öndədir.
Ozon suda olan ağır metalları təmizləyir. Dəmir, manqan, arsen kimi insan sağlamlığı üçün son dərəcə təhlükəli olan maddələri zərərsizləşdirir. Suyun oksigen konsentrasiyasını artırır, şəffaflaşdırır. Sərtlik dərəcəsini azaldır. Pis qoxuları və dadları aradan qaldırır. Yaşıllaşmanın və su vasitəsilə yayılan xəstəliklərin qarşısını alır. Ozon su hövzələrindəki patogenlərin 99 faizini məhv edir. Kimyəvi zərəri yoxdu.

Ozonla çirkab sularının təmizlənməsi

Qısa zamanda oksigenə çevrilən ozon çirkab suların təmizlənməsində xlordan daha sərfəlidir. Ozon vasitəsilə tullantı sularından qoxu, rəng və üzvi kimyəvi maddələr çıxarılır.

Hovuzların ozonla dezinfeksiyası

Hovuzların ozonlanması suyun keyfiyyətini yaxşılaşdırır, virusları məhv etməklə insanlar arasında yayılmasına imkan vermir. Suyun rəngi ​​şəffaflaşır, qoxu yox olur.
Ozon dezinfeksiyası ilə bağlı ətraflı məlumat ala, yaxud bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.

Related Blog