Kovrolit təmizliyi

Kovrolit təmizliyi

Kovrolit məkanın həm görünüşünə, həm də istiliyinə təsir edən əşyadır. Təmiz kovrolit məkanın gözəlliyinə gözəllik qatır. Bəs onların təmizliyini necə təmin edə bilərik? Əlbəttə ki, bu həmişə asan olmur. Xalçaların üzərinə toz yığılır. Müəyyən növ qida, içki və digər ləkələr düşür. Nəmdən sarı, qara ləkələr yaranır. Bütün bunların öhdəsindən gəlmək üçün müxtəlif üsullar var: quru, buxarla, təbii, kimyəvi təmizlik.

Təbii üsulla təmizlik

Xalçanın təbii məhsullarla təmizlənməsi üsulları çoxdur. Təmizləmə prosesinə tozsoranla başlayın. Xalçanı tozsoranla yaxşıca təmizləyin. Üstünü təmizlədikdən sonra, çevirib alt hissəsini də tozsoranlayın. Xalçanın lap içərisində olan tozlar da təmizlənəcək.

2 stəkan soda, yarım fincan qarğıdalı nişastası, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı toz mixək, 1 xörək qaşığı boraks, kəklikotu, rozmarin, dəfnə yarpağını böyük deşikləri olan qabda qarışdırın. Qarışımı bərabər qaydada xalçanın üzərinə səpin və xovların arasına yaxşı nüfuz edənədək fırça ilə qarışdırın. 2 – 8 saata qədər saxlayın. Sonra güclü tozsoranla yaxşıca tozsoranlayın. Xovların arasındakı yığılan tozlar qarışımla birlikdə çıxacaq.

Təbii sabun da xalçaları silmək üçün əla vasitədir. Ləkə və kir çıxaran xüsusiyyətlərə malikdir. Dəsmalı ilıq suda isladıb, sabunlayın. Dəsmalı xalça fırçasının ətrafına dolayıb xalçanı silin. Sonra sirkəli su ilə yaxalayın. Xalça parıldayacaqdır.

Sodanı böyük deşikləri olan qaba tökün. Üzərinə bir neçə damcı lavanda efir yağı əlavə edib yaxşı qarışdırın. Sonra xalçaya səpin, gözləyin və tozsoranlayın. Xalçadakı xoşagəlməz qoxular çəkiləcək. Çünki soda qoxuları çox effektiv şəkildə udur.

Qabartma sodasına qərənfil efir yağını əlavə edib xalçaya səpsəniz, gənələri məhv edəcək.

Xalçadakı qoxuları aradan qaldırmaq üçün digər bir vasitə də sirkədir. O, səbəbkar bakteriyaları məhv etməklə qoxuları aradan qaldırır. Sirkəni sprey şüşəsinə töküb xalçaya səpin. Xalça quruduqca sirkə qoxusu dağılacaq. Bir neçə saata sirkənin öz qoxusu da, xoşagəlməz qoxu da yoxa çıxacaq.

Xalçadakı qoxulu ləkəni aparmaq üçün limondan da istifadə edin. Bir neçə xörək qaşığı suya bir limonun suyunu töküb qarışdırın və ləkənin üzərinə tökün. Qarışığı tökdüyünüz yeri sabunlu su ilə silin və parça ilə qurudun. Limon suyu xoşagəlməz qoxuları aparmaqda ideal vasitədir.

Ləkənin üzərinə limon suyu töküb 1 saat gözləyin. Sonra sabunlu su ilə həmin yeri silin və  qurudun. Bu çay ləkələrini aparmaq üçün effektivdir.

Kovrolitin üzərinə maye dağılıbsa, əvvəlcə quru parça ilə qurudun ki, dərinə getməsin. Sonra mayenin ləkəsi qalıbsa onu aradan qaldırın. Soda xalça ləkələrini çıxarmaq üçün ideal məhsuldur. Ləkəyə soda səpin, bir neçə dəqiqə gözlədikdən sonra xalçanı su ilə silin və ya yaxalayın.

Sirkə ilə su qarışığı da ləkə təmizləmək üçün əlverişli vasitələrdəndir. 1 litr suya 60 ml sirkə töküb qarışdırın. Ləkəyə çiləyin, sonra yuyun.

Buxarla təmizlik

Xalçaları təmizləmək üçün buxar maşınından da istifadə olunur. Tozsoranlayandan sonra buxar maşınının başına mikrofiber parça bağlayın və xalçanı silin. Xalça parıldayacaq, içindəki gənələr yüksək temperaturda məhv olacaq. Buxarla kovrolit təmizliyi ev tozuna allergiyası olanlar üçün effektiv üsuldur.

Ancaq buxar maşını xalçadakı ləkələri tam aparmır. Yalnız onun təsir etdiyi yüksək temperatur ləkəni yumşaldır.

Kovrolitlərin kimyəvi təmizlənməsi

Buraya kovrolitin kimyəvi maddələrlə, şampun, yuyucu toz, ağardıcı və digər vasitələrlə yuyulması, təmizlənməsi aiddir. Bu zaman xalçadan mümkün qədər çox kir və mikrob çıxır, təmiz və ətirli olur.

Parçanı 3 faizli hidrogen peroksidlə isladın və xalçanın ləkəsini silin. Bu hətta çətin gedən qan ləkələrini çıxarmağa kömək edir. Bir dəfəyə getməsə təkrar silin.

Quru təmizləmə

Quru təmizləmə üsulunun üstünlüyü odur ki, xalçanın qurumasını gözləmək lazım deyil. Bu metod xalçanı, kiri özünə çəkən təmizləyici tozla örtməklə həyata keçirilir. Toz xalçaya nüfuz etdikdən sonra tamamilə vakuumla təmizlənir.

Kovrolit təmizliyi xidmətimiz

Sanitariya.az şirkəti evlərdə, ofislərdə, otellərdə, restoranlarda və digər ictimai iaşə obyektlərində daşınmayan kovrolitlərin yerində təmizləmə xidmətini həyata keçirir. Şirkətimiz bunun üçün xüsusi avadanlıq, təmizlik materialları və yerində xalça təmizləmə təcrübəsi olan əməkdaşlara malikdir. Kovrolit təmizliyi və digər xidmətlərə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz.

Related Blog

Kovrolit təmizliyi