Keyfiyyətlu-su-təminati-movzusunda-konfrans

“Ölkə əhalisinin keyfiyyətli su təminatı – dünən, bugün və sabah” mövzusunda konfrans

“Keyfiyyətli su təminatı” seminarı

Sanitariya Epidemioloji Xidmətlər MMC “Ölkə əhalisinin keyfiyyətli su təminatı – dünən, bugün və sabah”  mövzusunda konfrans təşkil edib. Konfransın təşkilində məqsəd əhalini keyfiyyətli su ilə təmin etmək sahəsində maarifləndirmə işlərinin aparılmasıdır.

Tükənən şirin su ehtiyatları, davam edən quraqlıqlar, iqlim dəyişikliyi, qlobal istiləşmə fonunda yaranan su qıtlığı problemini aradan qaldırmaq üçün hökümətin gördüyü tədbirlər və bu tədbirlərdən irəli gələn məsələlər müzakirə olunub.

Yeni qüvvəyə minmiş AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət  standartından irəli gələn tədbirlərin görülməli olduğu bildirilib.

Qeyd olunub ki, yaşayış binalarında, qida istehsalı və emalı müəssisələrində su tutarlarının, yeraltı su anbarlarının istismarı zamanı sanitar norma və qaydalara əməl olunmalıdır. Həmçinin suyun qənaətlə və səmərəli istifadəsi haqqında məlumatlar verilib.

Konfransda Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərsu ASC-nin, həmçinin digər dövlət və özəl şirkətlərin təmsilçiləri iştirak edib.

Related Blog