Yay aylarında havaların daha isti keçməsi və təbiətdə çox vaxt keçirdiyimiz üçün ilan təhlükəsi də artır. Xüsusilə də bağ evlərində, kənd ərazilərində və ya meşəlik bölgələrdə yaşayan insanlar üçün bu problem daha aktual olur. Son zamanlar ilanlar şəhər mərkəzlərində də çox görünür. İlanlar təbiətin bir hissəsi olsa da, onların həyətə, evin yaxınlığına gəlməsi ciddi təhlükə yarada bilər. Bəs onlardan necə qorunmaq olar ki, həm sağlamlıq, həm də ətraf mühit baxımından daha məqsədəuyğun olsun? Qorunma yollarını sizə təqdim edirik:
- Ətrafı təmiz saxlayın
İlanlar adətən gizlənmək üçün əlverişli, sərin və qaranlıq yerləri sevirlər. Buna görə həyətdəki daş yığınları, odun topaları, hündür otlar, kol-kos və tullantılar təmizlənməlidir. Nə qədər az gizlənəcək yer olsa, ilanların oraya gəlmə ehtimalı da bir o qədər az olar.
- İlanların sevmədiyi təbii qoxulardan istifadə edin
İlanlar kəskin qoxuları sevmirlər. Aşağıda sadalanan təbii vasitələrlə ilanları ətrafınızdan uzaqlaşdıra bilərsiniz:
Sarımsaq və soğan istifadə edin. Həyətyanı sahəyə doğranmış sarımsaq və soğan səpsəniz, ilanlar yaxın gəlməz.
Mixək və darçın yağı. Bu yağları su ilə qarışdırıb spreylə ətrafa çiləmək də sürünənləri uzaqlaşdırmaq üçün yaxşı vasitədir.
Yarpız, nanə, sarımsaq əkin. Bu bitkilər əkilən əraziyəilan yaxınlaşmır.
- Keçi tükü. El deyiminə görə, ilanlar keçi tükündən qorxur. Hətta bu üsul bəzi bölgələrdə uğurla tətbiq edilir.
4. İlanların qida mənbələrini aradan qaldırmaq
İlanlar əsasən gəmiricilər, qurbağalar və kiçik sürünənlərlə qidalanır. Gürzələr həmçinin sərçələrlə də qidalanır. Əgər ərazinizdə bu canlılar varsa, ilanlar onların ardınca gələcək. Bu canlıların qarşısını almaqla ilan təhlükəsini də azalda bilərsiniz.
- İlanların təbii düşmənlərindən istifadə edin
Bəzi canlılar var ki, ilanların təbii düşmənləridir. Məsələn, pişiklər, bəzi it növləri, tısbağalar, kirpilər ilanlara qarşı mübarizədə faydalı ola bilər. Bu heyvanların həyətinizdə olması mübarizə üsulu kimi əlverişlidir.
İlanlarla mübarizədə peşəkar şirkətlər
İlanlarla mübarizədə təbii üsulları nəzərdən keçirdik. Bunlar nəticə verməsə, bu sahədə ixtisaslaşmış şirkətlərə müraciət edə bilərsiniz.
Biz də Sanitariya Epidemioloji Xidmətlər MMC olaraq, bu sahədə sertifikata malik ixtisaslaşmış komanda və müasir mübarizə metodlarımızla ilan təhlükəsini sizdən uzaqlaşdırırıq. Bəs bunu necə edirik?
Mübarizə metodlarını həm özünüzə, həm də ekosistemin bir parçası olan ilanlara zərər vermədən həyata keçiririk.
İlanlara qarşı mübarizə tədbirlərimiz aşağıdakılardır:
1. Dərmanlama. İlanların sevmədiyi kəskin qoxulu (repellent) dərmanı həyətyanı sahələrə səpirik. İlanlar bu ərazidən uzaqlaşırlar.
2. İlan tələsi. Həyətə ilan tələsi yerləşdiririk. Tələnin içərisinə ilanın sevdiyi qidalar – gəmiricilər, bildirçin yumurtası və s. yerləşdiririk. İlan qidaya gələrək tələyə düşür və onu uzaqlaşdıraraq təbii ərazisinə buraxırıq.
3. Serpentoloji xidmət. İlanlar serpentoloq (ilan tutan) mütəxəssisimiz tərəfindən tutularaq ərazidən uzaqlaşdırılır.
İlanlardan qurtulmaq və uzaq olmaq üçün bizə müraciət edin, təhlükəsiz yaşayın.