ilanlara qarşı mübarizə

İlanlar aktivləşib – Onlardan necə qurtulaq? 

İlanlar soyuqqanlı canlı olduqları  üçün isti ölkələrdə daim aktivdirlər. Azərbaycan kimi mülayim ölkələrdə isə qış vaxtı qış yuxusuna gedirlər. Yazda oyanırlar. Aktivləşmə ərazi baxımından fərqlənə bilir. mart-aprel aylarında qış yuxusundan ayılırlar, sığınacaqlarını tərk edirlər və qidalanmağa başlayırlar. Qışda itirdikləri qida ehtiyatlarını bərpa edib aktivləşirlər. Beləcə zəhərləri də aktivləşir. Onlar ovlarını ovlamaq üçün zəhərdən istifadə edirlər. Zəhərləri vasitəsilə ovu öldürüb udurlar.

İlan zəhərlidirsə, yaz aylarında da insanı sancdıqda zəhərləyə bilər. Çünki ilanların zəhəri bütün mövsümlərdə aktivliyini saxlayır. Hava isindikcə zəhər daha da güclənir.

Ilanların ən aqressiv dövrü

Artıq ilansancmalar qeydə alınıb. İlanlar qidalanmağa başladıqdan sonra cütləşmə dövrü başlayır. May ayında onların cütləşmə dövrüdür. Cütləşmədən sonra yumurta qoyurlar. Mayın axırı, iyunun əvvəlində çoxalmağa başlayırlar. İlanlar çoxalma vaxtı daha aktiv olurlar. Cütləşmə dövrü cütlər bir-birini tapmaq üçün axtarışa çıxır və beləcə, yer səthində daha çox görünürlər, insanların qarşısına çıxırlar. Cütləşmə dövrü daha aqressiv olduqlarından, sancmalar da daha çox bu vaxt artır.

Zəhərli ilanların növ sayı zəhərsizlərdən azdır. Ancaq insanlar onları ayırd etməkdə çətinlik çəkirlər. Məsələn gürzə zəhərlidir, kələz isə zəhərsiz. Ancaq bir-birlərinə bənzəyirlər. İnsanlar ilanları ayırd edə bilmədikləri üçün onlardan qorxub qaçır, yaxud öldürürlər. Nəzərə alsaq ki, ilanlar ekosistemin bir hissəsidir, təbiətə xeyri də var, deməli onları uzaqlaşdırmaq və canlı şəkildə tutub təbiətə buraxmaq daha məqsədəuyğundur.

İLanlar necə uzaqlaşdırılmalıdır?

İlanları uzaqlaşdırmaq üçün bir neçə üsuldan istifadə olunur. Bunlardan biri xüsusi repellentlərdən istifadədir. İlanlar kəskin qoxuları sevmirlər. Repellentlər də ilanların qaçdığı, yaxınlaşmadığı kəskin qoxulu maddələrdir. Bunlar həm maddə ola bilər, həm bitki (məsələn, yarpız repellent bitkidir). “Sanitariya Epidemioloji Xidmətlər” MMC kimi sanitariya xidmətləri göstərən şirkətlər repellentlərlə dərmanlama işləri həyata keçirirlər. Bağyanı sahələrdə həmin kimyəvi maddələrlə dərmanlama işləri vaxtında aparılarsa, ilanlar gəlməyəcək. Eyni zamanda gəmiricilərlə də mübarizə aparılsa, ilanlar həmin sahədən uzaqlaşırlar. Çünki ilanlar, xüsusilə də gürzələr gəmiricilərlə və sərçə kimi quşlarla qidalanır. Həmçinin onlar kol-kos, daşlıq, qayalıq olan ərazilərə, toyuq, quş saxlanılan yerlərə meyl edirlər.

Əgər artıq ilanlar varsa və sakinlər birbaşa aktiv tədbir istəyirlərsə, mütəxəssislər gəlib tələlər vasitəsilə ilanları tapıb tutub, onu oradan uzaqlaşdırıb təbii ərazisinə buraxa bilərlər.

İlan yumurtasını necə tanıyaq?

Quşlardan fərqli olaraq ilanlar yumurtalarını açıq yerlərə qoymurlar. Gizli, nəm yerlərə qoyurlar. Onların yumurtalarına nadir hallarda rast gəlmək olur. Bəzən həyətyanı sahələrdə tapılır. Bunların quş, yaxud ilan yumurtası olduğunu necə bilmək olar? Məlumdur ki, gürzə hələ yumurtanın içindəykən zəhərlidir. İnsanlar, xüsusilə də uşaqlar bilmədən yumurtanı qıra bilərlər. Bu zaman gürzə sancar və zəhərləyər. İlan yumurtasını digərlərindən fərqləndirən bir neçə əlamət var. İlan yumurtası quş yumurtası kimi oval şəkilli deyil, uzunsov olur. Quşların yumurtasının qabığı bərk olur, ilanın isə dəri, pərdə kimidir. İlan yumurtaları həm də bir-birinə yapışmış olur. Həmçinin ilan yumurtasının rəngi də quşunkuna nisbətən sarımtıl olur.

İlanların zəhərli olub-olmamasını ilk baxışdan bilmək demək olar ki, mümkünsüzdür. Və əksər insanlar zəhəri olmayan ilanlardan belə görünüş olaraq qorxur, həyəcan keçirirlər. Ona görə də ilanların ərazidən çıxarılması və rahat istirahət və yaşamı təmin etmək üçün bu sahədə professionallaşan mütəxəssislərə və şirkətlərə müraciət etməyiniz tövsiyyə olunur. Sanitariya.az şirkəti 7 ildən çox bu sahədə olan təcrübəsi ilə ilanlara qarşı mübarizə üçün sizə dəstək göstərməyə hazırdır. Ətraflı məlumat almaq üçün zəng edə yaxud whatsappa yaza bilərsiniz.

Related Blog