Fasad-təmizliyi

Fasad təmizliyi

Müasir binaların tikintisində şüşə fasadlara daha çox üstünlük verilir. Böyük binaların xarici səthinin şüşədən olması binaya nəhəng və heyranedici görkəm verir. Belə binalar parlaq görünüşləri ilə göz oxşayırlar. Şəhər mərkəzlərində ofis, biznes mərkəzləri, ticarət və əyləncə kompleksləri bu tipli memarlıq nümunələridir. Ancaq bu gözəlliyi qoruyub saxlamaq heç də asan deyil. Möhkəmlik baxımından deyil, çünki şüşələr davamlı materialdandır. Söhbət təmizlikdən gedir. Zamanla fasad şüşələrini toz-torpaq, sənaye obyektlərinin və avtomobillərin tüstüsü, hisi, eləcə də yağıntılar çirkləndirir. Ona görə də bu binaların fasadlarının təmizlənməsinə çox diqqətli olmaq lazımdır. Təmiz şüşə binanın gözəlliyinə gözəllik qatmaqla yanaşı, həm də bayırdan içəri işığın gəlməsini yaxşılaşdırır. Həmçinin insanlarda ilk təəssürat formalaşdırır.

Fasad şüşələri necə təmizlənir?

Fasadın təmizlənməsi prosesində öncə lazımi materiallar, alətlər toplanır. Təmizlik işləri aparılacaq binanın ərazisi prosesə hazır vəziyyətə gətirilir. Lazım olduğunda yollar lentlə bağlanır.

Fasad şüşələrinin təmizlənməsinə başlayarkən binanın hündürlüyü nəzərə alınmalıdır. Ona uyğun üsul və avadanlıqlar seçilməlidir. Bunun üçün böyük alətlər, eləcə də uzun tutacaqlı silgilər lazımdır.

Əvvəlcə fasaddakı kirlər qaşınır, tozlar təmizlənir. Sonra şüşələr yuyulur. Çərçivələr və şüşələr xüsusi yuyucu vasitələrlə hərtərəfli təmizlənir. Şüşələr su ilə yuyulduqdan sonra uzun qtutacaqlı silgi ilə yuxarıdan aşağıya doğru silinir. Sonda şüşələr fasadı uzun müddət tozdan qoruyan müxtəlif birləşmələrlə işlənir.

Hündürlüyü iyirmi metrə qədər olan binaların təmizlənməsində sadə avadanlıqlardan istifadə kifayət edir. Ancaq fasad çox çirkli olduqda alçaq hündürlükdə də yüksək təzyiqli su cihazları tətbiq edilir. Yüksək təzyiq aparatından istifadə edilərkən suya xüsusi aşındırıcı reagentlər (kimyəvi reaksiyada iştirak edən maddə, reaktiv) qatılır. Bu qatqının yaratdığı partlayış həm çirkləri, həm də göbələk çöküntülərini dərindən təmizləyir. Lakin şüşələrdəki rəng xarici çiləmə üsulu ilə vurulubsa, aşındırıcı materiallardan, partlayıcılardan istifadə etmək olmaz. Bu rəngin aşınmasına səbəb ola bilər. Əgər şüşələr aqreqat daxilində çiləmə üsulu ilə rənglənibsə, belə fasadların yuyulması adi texnologiya ilə aparıla bilər.

Hündür binaların fasad şüşələrinin yuyulmasının ən çox yayılmış üsulu dırmaşmaqdır. Bu üsul istənilən hündürlükdə işləməyə imkan verir. Proses peşəkar alpinistlər tərəfindən həyata keçirilir. Alpinist mütəxəssislərin etdiyi təmizlik işi ən hündür, əlçatmaz yerlərə çatmaq və prosesin tez yekunlaşması kimi üstünlüklərə malikdir.  

Hündür mərtəbəli binalarda fasadların təmizlənməsinin böyük təhlükə olduğunu nəzərə alaraq ən yaxşı üsul kimi krandan da istifadə tövsiyə edilir. Kranın tətbiqi həm də şüşə təmizliyində istənilən nəticəni verir.

Əgər fasad şüşələri yaxşı təmizlənibsə və çox çirklənməyibsə, onların təmizlənmə vaxtı ən azı altı aydan bir olmaqla ildə iki dəfədir.

Fasadları hansı hava şəraitində təmizləmək olar?

Məlumdur ki, hündürmərtəbəli binaların fasad şüşələri heç də tez-tez təmizlənmir. Buna görə də təmizlik prosesinə diqqətlə yanaşılmalıdır. Təmizlənmə prosesində önəmli amillərdən biri də havanın vəziyyətinin nəzərə alınmasıdır. Yağışlı havada qətiyyən təmizlik işləri aparmayın. Çünki yağışlı havada pəncərələri təmizlədikdə qurutmaq çox çətin olur. Günəşli havada da pəncərələri təmizləmək tövsiyə edilmir. Çünki şüşələrdə ləkələr yaranır. Hər iki halda istədiyiniz nəticə alınmayacaq. Buludlu, lakin yağıntısız hava şəraiti fasad şüşələrinin təmizlənməsi üçün ən ideal məqamdır.

Fasad təmizliyini peşəkarlara həvalə edin

Adi binaların şüşələrinin təmizlənməsi ilə müqayisədə fasad təmizlənməsi daha çətin işdir. Adi pəncərələrin təmizlənməsi zəhmət tələb edən iş olsa da, bunu özünüz edə bilərsiniz. Fasad şüşələrində isə bu mümkün deyil. Bu şüşələri içəridən silmək olmur. Bayırdan təmizləmək üçün sizin heç imkanınız yoxdur. Burada xüsusi avadanlıqlar, bu sahədə  bilik, bacarıq, məsuliyyətə malik peşəkar alpinistlər olmadan heç nə edə bilməzsiniz. Alpinist mütəxəssislərin həyata keçirdiyi təmizlik işi ən hündür, əlçatmaz yerlərə çatmaq və prosesin tez yekunlaşması kimi üstünlüklərə malikdir. Həmçinin təhlükəsizlik baxımından güvənlidir.

Binaların çirkli və baxımsız görkəmi insanlarda yaxşı  təəssürat yaratmır. Ona görə də fasad təmizliyi işini peşəkarlara həvalə etmək lazımdır. Peşəkar təmizlik şirkətləri tərəfindən görülən iş həm ürəkaçan, həm də daha təhlükəsiz olur. Fasad təmizliyi və digər korporativ təmizlik işlərini Sanitariya.az-ın mütəxəssislərinə tapşırmaqla bunun əyani sübutunu görəcəksiniz.

Related Blog

Fasad təmizliyi