Covidin yeni mutasiyasi

COVID-in daha təhlükəli BA. 2.86 mutasiyası tapılıb

COVID – in daha təhlükəli növü aşkarlanıb

Dünyada COVID-in  daha təhlükəli yeni virus mutasiyası aşkarlanıb. Bu barədə Sanitariya.az-a müsahibə verən həkim-infeksionist Vasif Əliyev bildirib.

Ekspert qeyd edib ki, bu BA. 2.86 mutasiyasıdır ki, özündə 35 mutasiya cəmləşdirir: “COVID virusunun alttipi olan BA. 2.86 mutasiyası alimlərin fikrincə daha ağır xəstəlik törədə biləcək. Gələcəkdə yaranacaq təhlükə, ciddi yoluxma, xəstəxanaya yatış ehtiyacı, ölüm riski haqqında hələ ki, dəqiq fikir yoxdur. Bu mutasiya Avropada, Amerikada təsdiq olunsa da hələ ki, müşahidə edilir. Nəzarət altındadır”.

Hazırda koronavirusun  sürətlə yayılan alt tipinə gəlincə isə, ekspert bildirib ki, bu EG.5 virusudur: “ÜST avqustun 17-də bəyanat yaydı. İyul ayının 17-dən, avqustun 13-nə qədər olan tarixlər arasında 28 günlük müqayisəli raporda dünyada COVID-lə yoluxma hallarında 63 faiz artım vardı. Bu da hal-hazırda EG.5 virusudur. COVID virusunun Omikron ştamının bir alttipidir. Yoluxma sayındakı artım bunun yayılması ilə əlaqələndirilir. Xəstəlik sürətli yayıla bilir. Ancaq buna baxmayaraq xəstəxanaya yatış ehtiyacı və ölüm halları görülmür”.

V.Əliyev vurğulayıb ki, bu virus qonşu ölkələrdə var. Azərbaycanda olması ilə bağlı isə rəsmi məlumat yoxdur: “Xəstəxanalara müraciətlər yoxdur. Xəstəlik varsa da yüngül formada  olduğu üçün ev şəraitində keçirilir. Yayılma təhlükəsi bizdə də ola bilər. Çünki, qonşu ölkələrdə var. Ölkəmizdə gələcəkdə olsa da xəstəxanalara yatış ehtiyacı olarmı, onu zamanla görəcəyik. Amma hal-hazırda belə bir təhlükənin olduğuna inanmıram”.

Related Blog