Sanitariya Epidemioloji Xidmətlər MMC 25 oktyabr 2024-cü il tarixində Bakı Konqres Mərkəzində COP29 – a həsr edilmiş “Sanitariya epidemioloji xidmətlər yaşıl dünya naminə həmrəylikdir” mövzusunda konfrans keçirdi. Konfransda 80 qurum – ölkənin ali, mərkəzi, yerli icra hakimiyyəti orqanları, ali təhsil müəssisələrinin nümayəndələri, alim və professorlar, iri dövlət və özəl şirkətlər, klinikalar, AzTV, TV1 və Milli TV-nin əməkdaşları iştirak etdilər.
Onu da qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin bizi tərəfdaş şirkət seçməsi, sanitariya-epidemioloji xidmətlərin göstərilməsi və tibbi tullantıların daşınmasının təşkilinə cəlb etməsi uğurumuzdur.
Növbəti konfranslarda görüşənədək.