“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində iştirak etdik

13-16 may tarixlərində ölkəmizdə XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri keçirildi.
Kənd təsərrüfatının inkişafına yönəlmiş sərgilərdə 31 ölkədən 450 şirkət məhsul və xidmətlərini nümayiş etdirdilər.
Sanitariya Epidemioloji Xidmətlər MMC olaraq sərgidə biz də iştirak etdik.
Kənd təsərrüfatı və bağçılıq sahəsində zərərverici həşəratlarla mübarizə məqsədilə istehsal olunan dərmanların satışını həyata keçirən dünyanın aparıcı şirkətləri tərəfindən əməkdaşlıq təklifləri aldıq.
Məhsuldar keçən sərgidə yeni tərəfdaşlarımıza hədiyyələr təqdim etdik.
Həmçinin onlar da bizə hədiyyələr verdilər.
Yeni tərəfdaşlarımıza təşəkkür etdik. Növbəti sərgilərdə görüşənədək!

Related Blog