Bire ilə mübarizə

Birə ilə mübarizə – Birələrin əlamətləri

Birələrin əlamətləri

Evinizdə, özünüzün, ev heyvanlarınızın üstündə sıçrayan qara nöqtələr varsa, ev heyvanınız şiddətli qaşınırsa, öz ayaqlarınızda qızartı və şiddətli qaşınma varsa, deməli birələrlə yoluxmusunuz. Birələr kiçik ölçülü (növündən asılı olaraq 1 mm-dən 10 mm-ə qədər) parazitlərdir. Dişiləri erkəklərdən daha böyükdür. Qırmızımtıl, boz rəngdə olurlar.  Birələr qanla qidalanır. Heyvanların və quşların üzərində yaşayaraq onların qanını sorurlar.

Bu parazitlər güclü sıçrayış qabiliyyətinə malikdirlər. Onlar 1 m-ə qədər məsafəyə tullana bilər. Hətta 3 m-ə qədər tullana bilən birənin olduğu da elmə məlumdur. Bu səbəblə onları tutmaq çox çətindir. Binanın zirzəmisində birə varsa, onların yüksək mərtəbələrə belə yayılacağına əmin olun.

Birələr qaranlıq və rütubətli yerləri sevirlər.

Birələrin əcdadlarının tarixi təxminən 100 milyon ildir. Birənin 2000-dən çox növü məlumdur.

Birələrin çoxalması

Birələr sürətlə artan parazitdir. Yumurta qoymaqla çoxalır. Bir dişi birə ilk qanla qidalandıqdan 35-48 saat sonra yumurta qoyur. Yumurtaları adətən birbaşa canlı heyvanın üzərinə qoyur. Sonra çoxalıb bütün əraziyə yayılırlar. Bir birənin ömrü orta hesabla 3 aydır.

Bu parazitlər əsasən yaz-yay aylarında artır.

Bir dişi birə yaşamı boyunca təxminən 2000 yumurta qoya bilir.

birelerden qurtulmagin yollari

Birələrin qidalanmasi

Birələrin qidası canlıların qanıdır. Yetkin bir birə 7 gün ərzində qidalanmalıdır, əks halda ölər. Ancaq çox hərəkət etməsə 60 – 100 gün qan içmədən yaşaya bilər.

Birələrin insanlara ötürdüyü xəstəliklər

Birələr qan sormaqla bir çox xəstəlikləri ötürdükləri üçün son dərəcə zərərli parazitlərdir. Birənin elə növləri var ki, dərinin altına girərək orada yumurta qoyur. Birələr qan sorma zamanı bir canlıdan digərinə keçərkən mikrob və xəstəliklər ötürürlər. Taun, tif, qızdırma, tulyaremiya, dəri xəstəlikləri, birə dermatiti, qarayara, bruselyoz, cüzam, dizenteriya, allergik və lezyonlu xəstəliklər birə vasitəsilə yayılır.

Birələrin heyvanlarda səbəb olduğu xəstəliklər

Xəstə heyvanın qanını soran birə sağlam heyvanı da dişləməklə ona infeksiya yoluxdurur.

Həmçinin birə heyvanın qanını sorduğu üçün dəridə səpgilər buraxır. Heyvanların bədənində qaşınma səbəbi ilə dərin yaralar yaranır ki, bu da dəri xəstəliklərinə səbəb ola bilir.

Birəli heyvanda qan itirilməsi səbəbi ilə zəiflik müşahidə olunur.

Birə dişlədikdə nə etməli?

Birə dişləyən yerdə kiçik deşik və qırmızı şiş görünür. Yarada güclü qaşınma olur.

Qızartı olan yeri isti su və antibakterial sabunla yuyun, buz qoyun. Həmin yeri çox qaşıyıb cızmayın. Şiddətli ağrı, şişginlik və iltihablaşma olsa, həkimə müraciət edin.

Birə ilə mübarizə

Birə ilə mübarizə aparmaq və onlardan qorunmaq üçün ev heyvanlarının sanitar-gigiyenik təmizliyini diqqətdə saxlamaq lazımdır.

Ev heyvanları doğulan kimi peyvənd edilməlidir. Heyvanlara parazit dərmanları  vermək lazımdır. Bu dərmanlar daxili parazitlərin (qurdların və bakteriyaların) qarşısını almaqla yanaşı, xarici parazitlərin, birə, gənə kimi zərərli həşəratların da öhdəsindən gəlir.

Məkanınızı birələrdən qorumaq üçün yaxşıca günəşləndirin. Çünki birə günəş işığını çox sevmir.

Birələrdən xilas olmağın yolları

Yoluxmuş heyvanları  sabunla yuyun. Kiçik dişli daraqla darayın. Heyvanları yuyarkən yovşan, lavanda, adaçayı otlarından və efir yağlarından istifadə etmək xeyirlidir.

Heyvanların dərisinə birə əleyhinə sprey, aerozol, toz və ya damcı vurun. Həşərat qovucu təsiri olan yaxalıq taxın.

Birə ilə mübarizə təkcə ev heyvanlarını təmizləməklə bitmir. Heyvanlardan evə yayılmış parazitləri də nəzərə almaq vacibdir. Evinizi hərtərəfli təmizləyin. Künclərə, mebel və xalçaların altına xüsusi diqqət yetirin. Birələr yumşaq mebel və paltarda da gizlənə bilərlər. Divanları, kresloları, stulları, ümumilikdə evin hər yerini dezinfeksiya edin. Ev heyvanlarının yatağını isti su ilə  yuyun.

Məkanınızı birələr istila edibsə, onlarla özünüzün bacarmağı çətin olur. Çünki birələr çox tez çoxala bilən parazitlərdir. Bu səbəblə, vaxt itirmədən onları məhv etmək üçün lazımi addımları atmalısınız.

Birə ilə mübarizə  üçün peşəkar komandadan ibarət olan şirkətimizə müraciət edə bilərsiniz. Bu və ya digər dezinseksiya xidmətləri ilə bağlı məlumat ala yaxud birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz.

Related Blog