Qəhvəyi mərmər bagacigi ilə mübarizə

Azərbaycanda təhlükəli zərərverici – qəhvəyi mərmər bağacığı

Son illərdə Azərbaycanda kənd təsərrüfatı və yaşayış sahələrinə ciddi zərər vuran qəhvəyi mərmər bağacığı geniş yayılmaqdadır. Bu zərərverici artıq Zaqatala, Balakən, Qax, Şəki kimi bölgələrlə yanaşı Bakı və Abşeron ərazisində də aşkarlanır. Qəhvəyi mərmər bağacığı həm bitkilərə, həm də evlərə daxil olaraq ciddi problemlər yaradır.

Qəhvəyi mərmər bağacığının zərərləri

Bu bağacıq fındıq, alma, armud, qarğıdalı, pomidor, xiyar və digər bitkilərin şirəsini soraraq onların inkişafını zəiflədir. Nəticədə meyvələr deformasiya olur, məhsuldarlıq azalır və təsərrüfat sahibləri maddi itki ilə üzləşirlər.

Payız aylarında isə qəhvəyi mərmər bağacığı qışlamaq üçün yaşayış evlərinə, anbarlara və təsərrüfat tikililərinə daxil olur. Qışlama dövründə çoxalaraq xoşagəlməz qoxu və narahatlıq yaradır. Buna görə də, həm kənd təsərrüfatında, həm də məişət mühitində bu zərərvericiyə qarşı vaxtında tədbir görmək vacibdir.

Qəhvəyi mərmər bağacığı ilə necə mübarizə aparılmalıdır?

Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları aşağıdakılardır:

1. Mexaniki və fiziki üsullar

Bağacıqlar qışda sığınacaq yerlərinə (evlərin çardaqları, anbarlar, yarıqlı divarlar və s.) yığılır. Bu yerlərin təmizlənməsi və bağlanması vacibdir.

Taxta və odun yığınlarını evdən uzaqda saxlayın.

Tələlərdən (işıqlı və ya feromonlu tələlər) istifadə edin.

Qapı, pəncərəyə tor vurun. Bu, bağacığın evə daxil olmasının qarşısını alır.

 2. Bioloji mübarizə

Parazitoid arılar bağacığın yumurtalarını məhv edir.

Bu arı növü bəzi ölkələrdə təbii şəkildə yayılıb və bağacığın sayını azaldır.

3. Aqrotexniki tədbirlər

Payızda bağdakı yarpaqlar, quru budaqlar və zərərvericinin gizlənə biləcəyi materiallar yığılaraq məhv edilməlidir.

Torpaq şumlanması və alaq otlarının təmizlənməsi qəhvəyi mərmər bağacığının pup mərhələsində məhvini asanlaşdırır.

  • Kimyəvi mübarizə (dərmanlama)

Ən çox istifadə olunan üsuldur. İstifadə olunan preparatlar: piretroidlər, neonikotinoidlər və orqanofosfat tərkibli insektisidlər.

Dərmanlama səhər və ya axşam saatlarında, hava sakit olduqda aparılmalıdır.

Dərman seçərkən ətraf mühitə və arılara az zərərli vasitələr üstün tutulmalıdır.

Dərmanlamadan əvvəl bağda bağacının miqdarı müşahidə edilməli, lazımi səviyyədə olduqda mübarizəyə başlanmalıdır.

Mübarizə tədbirləri həm kənd təsərrüfatı sahələrində, həm də yaşayış yerlərinə yaxın ərazilərdə eyni vaxtda aparılmalıdır ki, zərərvericilər bir sahədən digərinə keçə bilməsin.

Peşəkar dərmanlama xidməti

Sanitariya Epidemioloji Xidmətlər MMC olaraq qəhvəyi mərmər bağacığına qarşı müasir və təhlükəsiz dərmanlama üsullarından istifadə edirik. Mütəxəssislərimiz tərəfindən aparılan müayinələr nəticəsində zərərvericinin yayılma sahəsi müəyyən olunur və uyğun vasitələrlə mübarizə tədbirləri həyata keçirilir.

Sanitariya.az olaraq bizim üstünlüklərimiz:

Təhlükəsiz, ekoloji təmiz preparatlar.

Sürətli və effektiv nəticə.

Evlər, ofislər, anbarlar və kənd təsərrüfatı sahələri üçün fərdi həllər.

Qəhvəyi mərmər bağacığı ilə mübarizə peşəkar yanaşma tələb edir. Əgər evinizdə və ya təsərrüfat sahənizdə bu zərərvericini görmüsünüzsə, vaxt itirmədən bizimlə əlaqə saxlayın.

Sizin rahatlığınız və məhsulunuzun təhlükəsizliyi bizim prioritetimizdir!

Related Blog