Qarisqa disləməsi

Qarışqa dişləməsinin təhlükələri

Qarışqa çox vaxt kiçik və zərərsiz görünsə də, bəzi hallarda ciddi narahatlıq yarada bilər. Xüsusilə evlərdə, bağlarda və iş yerlərində çoxalan qarışqa koloniyaları insanlarla tez-tez təmasda olur və bu zaman dişləmələr qaçılmaz olur.

Qarışqa dişləməsi necə olur?

Qarışqalar təhlükə hiss etdikdə özlərini qorumaq üçün dişləmə və ya iynələmə yolu ilə reaksiya verirlər. Bəzi növləri, məsələn, qırmızı qarışqalar daha güclü toksin ifraz etdikləri üçün dişləmə daha kəskin ağrı yaradır. Qarışqa ilk olaraq dərini dişləyir, daha sonra isə formik turşu və ya digər kimyəvi maddələr ifraz edərək dəridə qıcıqlanma yaradır.

Qarışqa dişləməsi nəyə səbəb olur?

Qarışqaların böyük hissəsi insan üçün təhlükəli olmasa da, onların bir çox növü müdafiə məqsədilə dişləyir və zəhər ifraz edir. Bu zəhər dəridə qıcıqlanma yaradır və aşağıdakı əlamətlərlə özünü göstərir: dəridə qızartı və şişkinlik, sancma və yanma hissi, qaşınma, bəzi hallarda allergik reaksiya.

Xüsusən də od qarışqası kimi aqressiv növlər daha güclü ağrı və uzunmüddətli qıcıqlanma yarada bilər. Həssas dərisi olan insanlarda isə dişləmə daha ağır reaksiya verə bilər.

Qarışqa dişləməsi nə dərəcədə təhlükəlidir?

Qarışqa dişləməsi adətən ciddi təhlükə yaratmasa da, bəzi hallarda tibbi müdaxilə tələb oluna bilər. Əgər dişləmə sonrası sürətli şişkinlik, nəfəs darlığı, başgicəllənmə və ya ürəkbulanma baş verirsə, bu, allergik reaksiyanın göstəricisi ola bilər. Bu halda mütləq həkimə müraciət edilməlidir.

Uşaqlar, yaşlı insanlar və allergiyaya meyilli şəxslər risk qrupuna daxildir. Ona görə də hər dişləməni diqqətlə izləmək vacibdir.

Ev şəraitində ilkin yardım

Qarışqa dişləməsi zamanı aşağıdakı sadə üsullar ağrını və qıcıqlanmanı azaltmağa kömək edir:

  1. Dişlənmiş yeri sabunlu su ilə yuyun. Bu, həm infeksiyanın qarşısını alır, həm də dərini sakitləşdirir.

 

  1. Soyuq kompres tətbiq edin. Şişkinlik və yanma hissi azalır.

 

  1. Allergik reaksiya varsa, antihistamin istifadə edin. Həkim məsləhəti ilə qəbul edilməlidir.

 

  1. Qarışqa dişləyən yeri qaşımayın. Qaşınma dişlənmiş yerdə infeksiya yaranmasına səbəb ola bilər.

Qarışqa dişləməsinin qarşısını necə almaq olar?

Evdə və iş yerlərində qarışqa aktivliyinin qarşısını almaq ən yaxşı müdafiə vasitəsidir. Bunun üçün yemək qalıqlarını açıqda saxlamayın. Mətbəx səthlərini mütəmadi olaraq təmizləyin. Qarışqa yuvasının olduğu yerləri müəyyən edib peşəkar şəkildə məhv edin. Evdə yırtıqları və giriş nöqtələrini bağlayın.

Peşəkar xidmət

Qarışqa problemi geniş yayılmış və davamlıdırsa, ən effektiv üsul peşəkar dezinfeksiya xidmətlərinə müraciət etməkdir. Mütəxəssislər həm mövcud qarışqa koloniyalarını təmizləyir, həm də yenidən yaranmasının qarşısını alır.

Sanitariya Epidemioloji Xidmətlər MMC qarışqa və digər həşəratlara qarşı effektiv mübarizə üsullarından istifadə edir. Bizə güvənin, təhlükədən uzaq olun.

 

 

Related Blog