gənə dişləməsi

Gənə dişləməsi və gənə dərmanı

Yay fəsli ilə əlaqədar təbiətdə vaxt keçirmək artdıqca, gənə təhlükəsi də artır. Xüsusilə meşəlik, otlaq və kənd ərazilərində bu parazitlər insanlara və heyvanlara ciddi  problem yaradır.

Gənənin yaratdığı xəstəliklər

Gənə dişləməsi ciddi sağlamlıq problemləri yarada bilər. Onlar qan soraraq insanlarda aşağıdakı təhlükəli xəstəliklərə səbəb ola bilərlər. Lyme xəstəliyi, Krım-Konqo qanaxmalı qızdırması, qripəbənzər xəstəlik və aşağıdakı digər problemlər.

Allergik reaksiyalar bəzi insanlarda gənə dişləməsinə qarşı dəridə qızartı, qaşınma, şişkinlik, ağrı kimi allergik reaksiyalar baş verir.

Dəri infeksiyaları Gənə insanı dişlədikdə başını dərinin altına salır. Başı dəridə qaldıqda və ya düzgün çıxarılmadıqda, infeksiya inkişaf edə bilər. Qızarıqlıq, irinləmə, iltihab yaranar.

Nevroloji fəsadlar

Müalicə olunmayan hallarda bəzi gənə yoluxmaları meningit, üz siniri iflici, xroniki yorğunluq sindromu kimi sinir sistemi problemlərinə səbəb ola bilər.

Gənə dişlədikdə nə etməli

Gənə dişlədikdə ilk növbədə sakit olmaq və düzgün tədbir görmək vacibdir.

Gənənin üstünə heç nə tökməyin. Onu yandırmayın.

Gənəni dərhal çıxarmaq lazımdır. Maqqaş və ya incə uclu pinset ilə başına yaxın yerdən yavaşca və düz istiqamətdə çəkin. Bədənini sıxmayın, fırlatmayın və əzib öldürməyin. Çünki bu, daha çox mikrobun bədənə keçməsinə səbəb ola bilər.

Gənə çıxarıldıqdan sonra dişlənmiş nahiyəni spirt, yod və ya sabunlu su ilə dezinfeksiya edin.

Gənəni kiçik bir qabda və ya bağlanmış sellofan içində saxlayaraq həkimə aparın. Gənənin analiz olunması lazım olar.

Gənənin çıxarılması çətin oldusa, yaxud dişləmədən sonra 1-2 həftə ərzində halsızlıq, qızdırma, səpki, qızartı, şişkinlik, irinləmə, qızdırma, halsızlıq, oynaq ağrıları və digər narahatlıqlar baş verərsə, mütləq həkimə müraciət edin. Bu infeksiya əlaməti ola bilər.

Gənə ilə mübarizə üsulları

Gənə ilə mübarizənin təbii və kimyəvi üsulları var.

Gənəyə qarşı qoruyucu tədbirlər bunlardır:

Uzunqollu geyimlər, uzun şalvar, şlyapa və qapalı ayaqqabı geyinmək (xüsusilə meşəlik və otlu sahələrdə) lazımdır. Açıq dərilərə gənə əleyhinə dərmanlar, təbii yağ əsaslı spreylər çəkin.

Sprey, krem, şampun və yaxıcı formasında olan preparatlar dəridə qoruyucu qat yaradaraq gənələrin yapışmasının qarşısını alır. Eyni zamanda, bəzi dərmanlar gənənin bədənə yapışdıqdan sonra ölərək düşməsini təmin edir. Xüsusilə kənd təsərrüfatı ilə məşğul olanlar, çöldə çalışan insanlar və ev heyvanı saxlayan ailələr bu məhsullardan mütləq istifadə etməlidirlər.

Ev heyvanları da gənələrin daşıyıcısı ola bilər. Bu səbəbdən həm insanlara, həm də heyvanlara uyğun gənəyə qarşı dərman seçmək önəmlidir. Baytar məsləhəti ilə istifadə olunan dərmanlar heyvanların sağlamlığını qoruyur və ailə üzvlərini də potensial infeksiyadan uzaq saxlayır.

Məkanın təmizliyi Həyətyanı sahədə otları qısa kəsin, quru yarpaqları və tullantıları təmizləyin. Ev heyvanlarını mütəmadi olaraq yoxlayın və onları qoruyucu vasitələrlə müalicə edin.

Gənələrə qarşı təbii mübarizə

Lavanda, limon otu, çay ağacı yağı kimi efir yağları gənələri uzaqlaşdırmağa kömək edə bilər.

Toyuqlar və hindquşları kimi bəzi heyvanlar gənələri yeyərək təbii mübarizəyə kömək edir.

Kimyəvi dərmanlama xidməti

Gənələrə qarşı yalnız fiziki, təbii tədbirlər kifayət etmir. Zərərvericilərə qarşı dərmanlama müasir dövrdə ən effektiv üsullardan biridir.

Gənəyə qarşı dərman istifadəsi həm profilaktika, həm də qorunma baxımından vacibdir. Vaxtında görülən tədbirlər sayəsində siz və sevdikləriniz yay fəslinin gözəlliklərindən narahat olmadan faydalana bilərsiniz. Yayı gənəsiz keçirmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Dezinseksiya xidmətimizlə daim yanınızdayıq.

Related Blog