Birələrə dişləmə

Birə dişləməsi. Birə necə təmizlənir?

Yay istirahətini insanlara haram edən  parazitlərdən biri də birələrdir. Kiçik görünüşlərinə baxmayaraq, törətdiyi problemlər çox böyükdür. Birə dişləməsi insan sağlamlığı üçün ciddi narahatlıqlara səbəb olur. Bəs birə dişləməsi zamanı nə etməliyik və birələri necə təmizləyə bilərik?

Birə dişləməsinin əlamətləri

Birələr evə əsasən heyvanlar vasitəsilə daxil olur. Xalçalar, yataq dəstləri və mebellərin arasında gizlənərək insanlara yaxınlaşır. Onların dişlədiyi nahiyədə qaşınma, qızartı və bəzən şişlik müşahidə edilir. Xüsusilə uşaq və allergiyaya meyilli şəxslərdə birə dişləməsi daha ciddi fəsadlara yol aça bilər. Dişlənmiş nahiyənin infeksiyalaşmaması üçün tez və düzgün tədbir görülməsi vacibdir.

Birələrin insanlara yoluxdurduğu ağır xəstəliklər

Birələr yalnız sancaraq narahatlıq yaratmır, həm də çox sayda yoluxucu xəstəliyin daşıyıcılarıdır. Onlar it, pişik, gəmiricilər və quşların üzərində yaşayırlar. Heyvanları dişlədikdən sonra insanları sancaraq aşağıdakı infeksion xəstəlikləri nəql edirlər:

Taun xəstəliyi yetkin birələr vasitəsilə yayılır. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Yüksək hərarət, limfa düyünlərinin şişməsi, halsızlıq kimi əlamətlərlə müşahidə olunur. Xəstəlik sürətlə yayılır və vaxtında müalicə olunmazsa, ölümlə nəticələnə bilər.

Birələr həm də tulyaremiya, qarayara, tifus, bruselyoz, cüzam, qoturluq və s. xəstəliklərin  daşıyıcılarıdır.

Birələrin insana yaydığı xəstəliklər bəzən ölümcül ola bilər. Xüsusilə taun və tifus kimi infeksiyalar vaxtında aşkar edilmədikdə ciddi nəticələrə səbəb olur.

Birə dişləməsi zamanı ilkin tədbirlər

Sadalanan xəstəliklər və allergiyalara səbəb olmaması üçün birə dişləməsindən sonra düzgün tədbir görmək vacibdir.

Əgər sizi birə dişləyibsə, ilk növbədə həmin nahiyəni sabun və ilıq su ilə yuyun. Bu, mikrobların qarşısını alır və qaşınmanı azaldır. Daha sonra spirt, antiseptik krem və ya aloe vera kimi təbii vasitələr tətbiq edə bilərsiniz. Güclü qaşınma varsa, həkim məsləhəti ilə antihistamin (allergiya əleyhinə) dərmanlar da istifadə edə bilərsiniz.

Birə necə təmizlənir?

Birə təmizliyi aşağıdakı kimi aparılır:

Evinizi təmizləyin

Əgər evinizdə birə varsa, döşəməni, xalçanı, mebellərin altını, bir sözlə parazitlərin gizlənə biləcəyi hər yeri dərindən təmizləyin. Tozsoranla təmizlik edəndən sonra saxlamayın. Tozsoranın torbasını dərhal atın.

Ev heyvanlarını müalicə edin

Birələr çox zaman ev heyvanları (it, pişik) vasitəsilə evə gəlir. Ev heyvanlarınızı birə əleyhinə şampunlarla yuyundurun. Onları baytar həkimin tövsiyəsi əsasında dərmanlarla müalicə edin. Boyunlarına birə əleyhinə yaxalıq taxın.

Həyətinizi təmizləyin

Otları biçin, tullantıları vaxtında atın. Heyvanların yaşayış yerlərini mütəmadi olaraq təmizləyin.

Peşəkar dərmanlama xidməti

Əgər eviniz və həyətiniz artıq birələrlə yoluxubsa, özünüzün mübarizəsi 100 faiz effekt verməyə bilər. Bu zaman peşəkar dərmanlama xidmətindən istifadə etmək problemi kökündən həll edə bilər.

Dərmanlar həm birələrin özünə, həm də yumurtalarına təsir göstərir və uzunmüddətli qoruma təmin edir.

Biz də yüksək effektli dezinseksiya xidmətimizlə sizə yardımçı ola bilərik. Keyfiyyətli dərmanlarımızla evinizdə, həyətinizdə olan bütün parazitlərin kökünü kəsəcəyik.

Related Blog